Blog: Zhala_Najafova → Sosial Bloq Yazıları 3 müsabiqəsinin nəticələri açıqlandı
19 yanvar Azərbaycan Media Mərkəzində Gənc Bloqçular Şəbəkəsi layihəsi çərçivəsində keçirilən “Sosial Bloq Yazıları 3” müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçirilib.“Sosial Bloq Yazıları 3” müsabiqəsinə digər – birinci və ikinci müsabiqədən daha çox yazılar daxil olmuşdur. Sevindirici haldır ki, üçüncü müsabiqə Azərbaycanın müxtəlif regionlarından (Bakı, Gəncə, Şəki, Sumqayıt, Mingəçevir, Zaqatala, Şabran, Şirvan, Tovuz) daha çox bloqçu iştirak etmişdir. Bu dəfəki müsabiqədə, ümumilikdə 116 bloq yazısı təqdim olunmuşdur.
Bundan başqa müsabiqələrin ən azı ikisində iştirak etmiş ən yaxşı bloqu olan 10 nəfərə pulsuz domen və şirkətindən 1 illik hostinq hədiyyə olundu.
( Ətraflı oxuyun )
- +1
- 20 января 2011, 16:39
- şərh yaz
Blog: Zhala_Najafova → "Gənc Bloqçular Şəbəkəsi" layihəsinə start verildi
Sentyabr ayından etibarən “Gənc Bloqçular Şəbəkəsi” fəaliyyətə başlamışdır. Bu layihə çərçivəsində 5 ay müddətində regionlarda seminarlar, təlimlər və digər müxtəlif tədbirlər keçiriləcəkdir. Gənc Bloqçular Şəbəkəsinin məqsədi Azərbaycan regionlarındakı aktiv gəncləri sosial bloqçuluğa cəlb edərək öz fəaliyyətlərində, ictimai həyatda, sosial məsələlərin işıqlandırılmasında İnternet, Yeni Media vasitələrindən daha geniş və effektiv istifadəyə cəlb etməkdir. Oktyabr ayında keçiriləcək seminarların siyahısı ilə tanış ola bilərsiz.
( Ətraflı oxuyun )
- +3
- 1 октября 2010, 17:58
- şərh yaz



