Blog: RMehbaliyev → Facebook internetdə Azərbaycandilli məzmunun yaranmasına mane olur?
Azərbaycanda son illər ərzində sosial şəbəkəsinin üzvləri durmadan artmaqdadır. Bunun əlbəttə ki, bir çox müsbət cəhətləri olsa da, mənfi cəhətləri də var. Xüsusən Facebook-un geniş yayılmasından sonra milli kontentimizin inkişafına bəzi istiqamətlərdə mənfi təsirini görmək mümkündür:1. Forumların azalması. Azərbaycanda cəmi bir neçə il öncə kifayət qədər aktiv forum var idi və -da nəsə axtaran zaman daha əvvəl bir çoxlarının artıq bunu hansısa forumda soruşduğunu və bizim üçün də yarayacaq cavabı aldığının şahidi ola bilərdik. İndi isə insanlar adətən bunu öz Facebook statuslarında və ya müvafiq Facebook səhifələrində və qruplarında soruşub cavab tapırlar. Lakin məlumdur ki, daha sonra eyni sual kimdəsə yaranarsa, o həmin cavabdan istifadə edə bilməyəcək, çünki Google-da axtarış zamanı Facebook-dakı yazışmalar çıxmır və axtaran adam daha əvvəl həmin suala verilmiş cavabı görməyəcək. Eləcə də müxtəlif müzakirələrin forumlarda yox, Facebook-da aparılması Azərbaycandilli forumların zəifləməsinə səbəb olur.
2. Bloqların lazımi sürətlə artmaması. Bloqların sayı Azərbaycanda artsa da, qeyd etməliyik ki, bir çox hallarda Facebook-da qeyd (Note) funksiyası istifadəçiləri şəxsi bloqlarını yaratmaqdan daha çox onu elə çox asanlıqla Facebook hesabları ilə qeyd şəklində yazaraq paylaşmağı üstün tuturlar. Facebook-da qeyd funksiyası olmasaydı, bloqlarımızın sayı daha sürətlə artardı. Bu tipli yazıların bloqda yazılması həm də ona görə faydalıdır ki, hamı üçün baxmaq imkanı var və Google-da axtarışlar zamanı nəticələrdə görünür.
( Ətraflı oxuyun )
- +1
- 4 августа 2011, 19:55
- 25
Texnologiya → Bloqosfer 2010 - Azərbaycan bloqçuları bir arada!
Nəhayət ki, Azərbaycan İnternetinin bloqçuları və yeni media mütəxəssisləri bir araya gəlmək, fəaliyyətlərini müzakirə etmək şansını əldə etdilər. “″-a hazırlıq artıq başlamışdır və 10-12 Sentyabr 2010-cu ildə Xudat rayonunun Nabran qəsəbəsində keçiriləcəkdir. Bloqsferin təşkilinə dəstək olmaq istəyən hər bir şəxsi sıralarımızda görməyə sevinərdik.Qızmar, süst yaydan sonra iş mövsümə bol-bol motivasiya və ideya ilə dolu başlayın! Bloqosfer 2010-a qeydiyyat açıq elan olunur!
“Bloqosfer 2010″ Soros fondunun dəstəyi ilə təşkil olunmağa başlasa da, yeni-yeni partnyorlarımızın qoşulması istisna deyil. Xəbərlərimizi izləyin.
- +2
- 20 августа 2010, 14:55
- 13
Ultra → Belarus-Azərbaycan İKT forum

Bu barədə artıq çoxlarınızın xəbəri var. İstər mətbuatda öz əksini tapan press-relizlərdən, istərsə də . Dünən bir qədər qəribə və hərəkətli bir gün keçdi. Bütün Bakı elektrik enerjisindən məhrum olduğu , Belarus və Azərbaycan tərəfi İKT-ni biryerdə inkişaf etdirməyə çalışırdılar. Xoşbəxtlikdən «Park-inn» generatorları sayəsində qonaqların qarşısında yalnız 2-3 san.lik elektik itkisi ilə gözükölgəli olduq. Qalan hər şey isə qrafikə uyğun keçdi.
Tədbirdə əsas maraqlı tərəflər ölkələr (Azərbaycan, Belarusiya) olduğu üçün rəsmi dəstəklə həyata keçən forumda ab-hava da rəsmi olub. Azərbaycanda bir növ «Slikon vadisi» yaratmaq üçün Belarusiya`nın da təcrübəsini öyrənmək və «Elektron Hökumət» layihəsində istifadə olunmağa yarayacaq proqram həllərinin araşdırılması üçün nəzərdə tutulan forum dünən baş tutdu.
( Ətraflı oxuyun )
- +1
- 10 февраля 2010, 09:00
- 3
Texnologiya → Bakıda Azərbaycan-Belarus İKT forumu keçiriləcək
Fevral ayının 9-da paytaxt Bakıda informasiya-kommunikasiya texnologiyaları sahəsində birinci Azərbaycan-Belarus biznes forumu keçiriləcək.
Tədbirin məqsədi iqtisadiyyat sahəsində dövlətlərarası münasibətlərin genişlənməsi, ölkələrin İKT sahəsində inkişaf vəziyyətlərinə dair məlumat mübadiləsinin aparılması, əməkdaşlığa dair birgə istiqamət və layihələrin müzakirəsindən ibarətdir.
Forum çərçivəsində Belarus tərəfi bu ölkədə həyata keçirilən layihələr, xüsusən də milli iqtisadiyyatın rəqabətə davamlılığının artırılmasına yönəldiləcək proqram təminatı, informasiya-kommunikasiya və digər yeni və yüksək texnologiyaların işlənib hazırlanması üçün yaradılmış Yüksək Texnologiyalar Parkı (YTP) barədə məlumatlar təqdim edəcək.
Forum əsnasında YTP-nin direktoru Valeri Sepkalonun “Belarus Respublikasının innovasiyalara açıq mühiti” mövzusunda təqdimatı keçiriləcək. Həmçinin Forumda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsinin “Azərbaycan Respublikasında Regional İnnovasiya Zonasının yaradılması perspektivləri” mövzusunda təqdimatla çıxış edəcəyi nəzərdə tutulur.
Tədbirdə iki ölkənin şirkət və təşkilatları arasında sazişlər imzalanacaq.
Forumun proqramı aşağıdakı tematik bölmələrdən ibarətdir:
bank sektoru üçün həllər;
neft və qaz sektoru üçün informasiya texnologiyaları həlləri;
Azərbaycanın rabitə operatorlarının (GSM, CDMA, PSDN) nümayəndələri ilə görüş; Azərbaycanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri ilə görüş.
- 0
- 8 февраля 2010, 22:29
- 4




Fevral ayının 9-da paytaxt Bakıda informasiya-kommunikasiya texnologiyaları sahəsində birinci Azərbaycan-Belarus biznes forumu keçiriləcək.