İnternet →  Optik Kabel ilə internet istifadəsi başlayır...


Sentyabrın əvvəlində Azertelecom-un fəaliyyəti və Optik Kabelin çəkilməsi ilə bağlı post yazmışdım. Artıq bu gündən mən də bu provayderin istifadəçisiyəm.
Onu qeyd edim ki, hələki ödəniş tələb olunmur. Bir növ biz alfa testerlərik. İstədikləri istifadə etməyimiz və hər hansı bir problemlə qarşılaşdıqda zəng edib bu barədə məlumat verməyimizdir.
Çəkiliş prossesində də əməkdaşlardan xeyli razıyam. İşlə əlaqədar həftə içi çəkiliş üçün sabit bir zaman deyə bilmədiyimdən, istirahət günü gəlib çəkdilər.

( Ətraflı oxuyun )
Paylaş :
  • +7
  • 20 ноября 2011, 16:08
  • Shaig
  • 16

İnternet →  Azertelecom evlərə Fiber Optik Kabel çəkəcək


Bir qədər əvvəl yeni Backbone haqqında məlumat vermişdim. Belə görünür ki, Azertelecom end userlərə də satış edəcək. Yəni yəqin ki, yaxında onun qiymətlərini də yoxlaya biləcəyik.
Hələ Azertelecom-un saytı işlək vəziyyətdə deyil, hələki hazırlanma mərhələsindədir. Ona görə də saytdan provayder haqqında ətraflı məlumat almaq olmur.
Backbone-nun end userlərə xidmət göstərəcəyini isə bu gün öyrəndim. Azertelecom-un nümayəndəsi evlərə gəlib bu servis barədə məlumat verirdi. Belə aydın oldu ki, binanı Azertelecom xəttləri ilə artıq təchiz ediblər. Evlərə də bu ayın sonları, gələn aydan internet xətti çəkə biləcəklər. Nümayəndənin dediyinə görə, 20Mb/s sürət cəmi 29 AZN olacaqmış. Üstəlik də limitsiz trafiklər. Üstəlik 20Mb/s sürət təkcə download yox, həm də upload sürətini də verəcək. Beləliklə bu yeniliklə birgə internet qiymətləri çox kəskin şəkildə düşə bilər. İndiki halda mən 30 manata istifadə etdiyim paketdən 10 dəfə daha sürətli və həqiqi deyilən sürətdə internet ala bilərəm. Hesab edirəm ki, əgər nümayəndənin dediklərinin hər biri real olsa, bu internetimizdəki növbəti dönüş nöqtələrindən ola bilər.
Bəlkə də son zamanlardakı qiymət endirimləri hələ davam edəcək. Bu hələ başlanğıc idi. Bir də bundan sonra Delta Telecom-un bir xeyli düşünməsi lazım olacaq. Çünki, mən artıq yeni provayderin rəsmi fəaliyyətə başlamasını gözləyirəm. 20Mb/s sürət istər-istəməz cəzb edir.
Paylaş :
  • +1
  • 7 сентября 2011, 18:06
  • Shaig
  • 11

Google →  Google fiber network`ə də əl atır.

Ötən ilin dekabr ayında "İnternet yoxsa Google" deyə bir yazı yazmışdım. Google da bu fərziyəni hər keçən gün bir az daha reallığa doğru getdiyini göstərir. İndi də fiber optik internet işinə əl atır. Hələki ABŞ daxilində 50 min ilə 5 yüz min ev arasında evi bu sürətlə təmin edəcəklərmiş. Sürət isə indikindən 100 dəfə daha böyük — 1Gbps olacaq. Sistem Google Fiber-To-The-Home (FTTH) adlanır. Bu sürət indi Yaponyada istifadə olunurmuş. Maraqlıdır görən Google`un bu proyekti ABŞ daxilində qalacaq yoxsa getdikcə yayılacaq. Ancaq hər necədirsə Google bacardığı qədər interneti əlinə almağa çalışır.
Paylaş :
  • 0
  • 11 февраля 2010, 10:25
  • Shaig
  • 5