Azercell →  Azercell-in Facebook Hədiyyələri


Azercell Faebook üzərindən Sosial Media kampaniyasına başladı.
Facebook səhifəsində xüsusi bir Application vasitəsi ilə kampaniyada iştirak mümkündür.
Facebook hesablarından bu barədə məlumat verdilər.

( Ətraflı oxuyun )
Paylaş :

Bakcell →  Bakcell-in CINeration abunəçiləri üçün Zero Facebook



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti elan edir ki, 07 fevral 2012-ci il tarixindən etibarən zero.facebook xidmətindən müstəsna olaraq yalnız CINeration abunəçiləri istifadə edə biləcəklər.

Mobil telefonlardan zero.facebook.com səhifəsinə giriş CINeration abunəçiləri üçün tamamilə pulsuz olacaq. Onlar eynilə adi facebook.com saytında olduğu kimi burada da öz statuslarını yeniləyə, xəbərləri oxuya, ismarıclar göndərə, gələn ismarıclara cavab verə və dostların səhifəsinə yaza biləcəklər. Yalnız şəkillərə baxdıqda və ya zero.facebook.com səhifəsini tərk edib digər mobil internet səhifələrinə daxil olduqda istifadəçilərin balansından pul çıxılacaq. İstifadəçi şəkillərə baxmaq və ya digər mobil səhifəyə keçmək istədikdə ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə xəbərdarlıq ediləcək.

zero.facebook xidmətindən istifadə etmək üçün CINeration abunəçiləri öz mobil telefonlarından aşağıdakı ünvanlardan birinə daxil ola bilərlər:

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Birjadakı (IPO) Facebook


Xarici bazarı həyəcanlandıra Facebook-un birjaya açılma prossesi eyni zamanda Facebookla bağlı maraqlı statistikaları da ortaya çıxarır. İndiyə qədər bu qədər dəqiq rəqəmlərin açıqlamama səbəbi Facebookun qapalı şirkət olmağı idi. Artıq bütün rəqəmlər hər kəsə açıq olacaq.
Şirkətin səhmləri 5 milyard dollardan satışa çıxarılacaq.

Facebookun açıqlanan gəlirləri də olduqca yüksəkdir. 845 milyon aylıq aktiv istifadəçisi olduğu deyilən Facebookun 2011-ci ildə 3.71 milyard Dollar gəlir əldə edib. 2010-cu ilə görə iki qat olan bu gəlir miqdarının 1 milyard Dolları isə mənfəətdir. Ayrıca, şirkətin 3.9 milyard Dollar nağd pulu var.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Sosial Mediada reklam kampaniyaları


Son zamanlarda, dost-tanış çevrəsində misal çəkdiyim bəzi Sosial Media reklam «case study»ləri olurdu. Həmin bu reklam nümunələrini onlarla paylaşmağımı istəyənlər çoxaldığından, düşündüm ki, blogda da həmin nümunələri yerləşdirim. Beləcə gələcəkdə də, yerli və ya xarici maraqlı Sosial Media «case»ləri olduqca paylaşaram. Əgər sizin qarşınıza belə nümunələr çıxsa, siz də paylaşarsınız.

Azərbaycanda təəssüf ki, Sosial Media kampaniyasını çox adam Facebookda şəkil yarışması kimi qəbul edir. Kampaniyada da iştirak edənlər də insanlardan «Like» istəyərək çox insanı bezdirir. Məncə belə kampaniyalar gedərək həmin yarışmanı keçirənlərə də antipatiya yaradır. Kimdən ki «Like» istəyib bezdirirlər, o yarışmanı təşkil edən brand-ı, ondan «Like» istəyəni də lənətləyir.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook-un Azərbaycan istifadəçiləri artır: 700.000+


Facebook-un Azərbaycan istifadəçiləri sürətlə artır. Facebook statistikalarını ölçən SocialBakers-in verdiyi statistik məlumata görə artıq 702400 Facebook istifadəçimiz var.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Facebookda @Bakcell-in "Köməkçi" bölməsi


Sosial Media inkişaf etdikcə böyük şirkətlər bu platformaları daha çox istifadə etməyə başlayır.
Bu sahədə qabaqcıl şirkətlərimiz isə mobil operatorlardır.Bakcell şirkəti də öz Facebook səhifəsində «Köməkçi» adını verdiyi tətbiqi istifadəyə verib. Burada bir növ saytın mini forması olaraq istifadəçilərə xidmət göstərilir.
Bu barədə Facebook səhifəsində Bakcell məlumat verib:

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Twitter və Google Plus arasında soyuq münasibətlər başlayıb


Açıldığı gündən əsasən Facebook-a rəqib göstərilən Google Plus artıq yeni funksiyaları ilə internetdə sürətlə yayılmağı planlaşdırır. Əlində axtarış sistemini öz xeyrinə istifadə etməyə başlayan Google, rəsmi blogundan Search Plus adlandırdığı yeni sistemi istifadəyə verdiyini yazmışdı:


( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  "Facebook Comment" plugini mobil platformalarda

Facebook-un internet saytları üçün şərh qutusu (Facebook Comment) artıq mobil cihazlarda da istifadə edilə biləcək.

Facebook şərh qutusunu sayta əlavə etmək də çox sadədir. Facebook şərh qutusunu normal veb saytınız aktivləşdirməyiniz kafidir. Şərh qutusu mobil saytlar üçün avtomatik olaraq yüklənəcək.

Facebook-un bu şərh pluginin istifadəsi insanların müəyyən qismi tərəfindən müsbət olaraq qiymətləndirilir. Beləcə istifadəçilərin şərh yazmağını daha asanlaşdırdığı fikri yürüdülür. Həm də şərh olunan mövzular, şərhçinin dostları da gördüyündən mövzu barədə daha çox insanın xəbəri olur. Bir digər qisim insanlar isə bu plugin sayəsində anonim şərh etmək istəyən istifadəçilərin şərhdən yayındığı və beləcə mövzuya olan bütün fikirlərin bildirilmədiyini qeyd edirlər.

Facebook Comment pluginindən istifadə etmək üçün aşağıdakı keçiddən istifadə edin:
https://developers.facebook.com/docs/reference/plugins/comments/
Paylaş :

Blog: Tural →  Öldükdən sonra vəsiyyətinizi facebookdan paylaşın

IF i Die
Ölüm hər an olacaq bir şeydir. Təəssüf ki, öləcəyimiz günü bilmədiyimiz üçün tədbir də ala bilmirik. Hamımız sosial şəbəkələrdə aktiv oluruq, yeni tanışlıqlara və dostluqlara yiyələnirik. Yaxşı, öldüyümüz zaman bunu virtual dostlarımıza daha dəqiq facaebookda olan dostlarımıza necə çatdıra bilərik?

( Ətraflı oxuyun )
Paylaş :