Xaricidil.net → Online rus dili tədrisi - ilk mərhələ
Xaricidil.net saytı ilk fəaliyyət göstərdiyi 2 il ərzində yalnız ingilis dilini tədris edirdi. Saytın strukturu tam oturuşmalı idi ki, yeni dillərə də keçə bilək. Artıq ötən iki ildə təkamüllə formalaşan platformanın əsas etibarilə stabilləşdiyini düşünərək yeni dillər haqda düşünməyə qərar verdik. Saytda səsvermə keçirdik, yekun nəticəni də . Nəticəyə görə 1024 nəfərdən 50%-i saytda növbəti dil kimi məhz rus dilini arzu etdiklərini bildirdilər. Beləliklə ilk olaraq bu yay starter-tanışlıq səviyyədə sıfırdan öyrədən 10 dərs hazırlamağa qərar verdik. 1 ay ərzində dərsləri hazırlayıb sayta yerləşdirdik və bu haqda bildiriş də yazdıq:
Nəhayət Xaricidil.net saytına 2-ci dil də qədəm qoydu! Rus dili ilə ilkin tanışlıq üçün sıfırdan dərslər artıq sizin ixtiyarınızdadır. Verilmiş 10 dərsdə əlifbadan başlayaraq fonetik təhlilə qədər faydalı olacaq əsas ilkin baza təqdim olunur. Yaxın gələcəkdə isə rus dili üzrə daha yuxarı səviyyələr üzrə tam dərslər (qrammatika+test+oxu+audio və.s.) və testlər planlaşdırılır. Uğurlar.
Bu ilk mərhələ idi, yaxın gələcəkdə yuxarı səviyyələr üzrə dərslər də planlaşdırılır. Bundan əlavə bildiyiniz kimi saytda ingilis dilində virtual fəaliyyət göstərir, buna analoji olaraq rus dili üçün də Beseda adlı conversation club bölməsi , rus dilində cümlə qurmaq praktikası az olanlar sərbəst şəkildə bir-birlərinə dəstək olaraq biliklərini artırsınlar.
Beləliklə rus dili bölməsi .
- +4
- 24 августа 2011, 13:22
- 1
Ultra → Elektron xidmətlər tədricən sıravi vətəndaşın gündəlik həyatlarına daxil olacaq
ULTRA şirkətinin prezidenti Tahir Mirkişilinin müsahibəsi
— Tahir müəllim, elektron xidmətlərin tətbiqi barədə Sizin fikriniz, yerli əhali elektron xidmətlərdən istifadə etməyə hazırdırmı?
( Ətraflı oxuyun )
— Tahir müəllim, elektron xidmətlərin tətbiqi barədə Sizin fikriniz, yerli əhali elektron xidmətlərdən istifadə etməyə hazırdırmı?
— Avropa ölkələrində əhalinin 70 faizi elektron xidmətlərdən istifadə edir. Azərbaycanda isə gündəlik həyatda elektron resurslardan yararlanmağa yalnız əhalinin 30 faizi hazırdır. Belə düşünürəm ki, ölkədə bu sahədə vəziyyət dinamik sürətdə dəyişəcək. Təqaüdçülərimiz bankomatlardan istifadə etməyi öyrəniblər, bu isə o deməkdir ki, digər elektron xidmətlər də Azərbaycanın sıravi vətəndaşların gündəlik həyatlarında tədricən öz yerini tapacaq. Bu prosesi sadəcə olaraq canlandırmaq lazımdır. İT texnologiyalar sahəsində yeniliklərin tətbiq olunması istənilən cəmiyyətdə inqilabi bir prosesdir. Arxasınca böyük kütləni apara biləcək liderlər, eləcə də şirkətlərin bu işə həvəsləndirilməsi vacibdir. Amerikada 90-cı illərdə əhalinin yalnız 10 faizi alış-veriş əməliyyatları üçün internetdən istifadə edirdi. ABŞ hakimiyyəti tərəfindən internetdə məhsul satışı həyata keçirən şirkətlər üçün mənfəət vergisinin iki dəfə azaldılmasından sonra, beş il ərzində elektron xidmət istifadəçilərinin sayı 80 faizədək artmışdır.
Azərbaycanda elektron xidmətlərinin istifadə əhatəsinin genişləndirilməsi istiqamətində elektron təklif və xidmətlərin spektrini genişləndirmək, eləcə də onların keyfiyyətini artırmaq lazımdır.
( Ətraflı oxuyun )
- 0
- 28 июля 2010, 09:55
- 1
Ultra → Ultra şirkəti e-Təhsil layihəsi çərçivəsində növbəti məktəbdə sisteminin istifadəsini təhvil verdi
2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sisteminin tam istifadəsini təhvil verdi. Sistemin tam hazırlanması üçün neçə aydır ki, hazırlaşan konsorsium şirkətlər e-Təhsil layihəsi üzrə layihənin sistemini tətbiq etdilər. Artıq “Elitar Gimnaziya”-da e-Təhsil sisteminə tam qoşuldu. Bununla yanaşı, e-Təhsil layihəsinə 10 məktəb tam qoşulmuşdur.Elitar Gimnaziyanın müəllim heyəti e-Təhsil sisteminin özəlliklərindən istifadəyə başlayıblar. Artıq müəllimlər elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından və Təhsil Portalından istifadə etməyə başlayıblar. E-Təhsil sisteminin tam tətbiqi üçün Gimnaziyanın bütün müəllimlərinə xüsusi treyninqlər keçirilmişdir. Təhsilin tam informasiyalaşdırılması üçün məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində yerləşən təhsil şəbəkəsinə qoşularaq yüksək sürətli fibrooptik kabelli internetə qoşulmuşdur.
( Ətraflı oxuyun )
- 0
- 24 мая 2010, 10:51
- şərh yaz
Ultra → ULTRA Elektron layihələrin növbəti mərhələsinə doğru addımlayır
Müsahibiiz ULTRA şirkətinin baş direktoru Tahir Mirkişilidir.
— Tahir müəllim hazırda Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi İT sahəsində də sürətli inkişaf var. Bu inkişafda Ultra şirkətinin hansı payı var?
— Həqiqətən də bu gün iqtisadiyyatın inkişafını informasiya texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. İnformasiya texnologiyaları rəqabət sahəsində və ölkə imicinin dəyişilməsi üçün zəmin yaradan ən mühüm faktora çevrilmişdir. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu sahənin mühüm rolunu ön plana çəkərək ölkədə prioritet sahə elan etmişdir.

- +1
- 30 апреля 2010, 13:33
- şərh yaz
Texnologiya → Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası yaradılmışdır
Press-reliz: Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”-ı çərçivəsində yaradılmışdır və əsas məqsədi elektron tədris resurslarının beynəlxalq standartlara əsaslanaraq qiymətləndirilməsi, həmin resursların təhsil portalında yerləşdirilməsi və onların daha effektiv formada tətbiqidir. Şuranın fəaliyyətini Təhsil Nazirliyinin nəzdində Təhsilin İnformasiyalaşdırılması İdarəsi şuranın fəaliyyətini əlaqələndirəcəkdir. Artıq Şuranın ilk iclası keçirilmiş və fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- 0
- 10 февраля 2010, 10:40