Box.az →  Box.az-da məktubların saxlanması üçün yeni sistemə keçid

Bir ilə yaxındır ki biz məktubların saxlanması üçün yeni sistem (mail storage system) üzərində işləyirdik. Nəhayət bu sistem hazırdır və biz istifadəçilərimizi tədricən yeni sistemə keçirməyə başlamışıq. Hazırda bir neçə min istifadəçi bu sistemə keçirilmişdir.

Yeni sistemin əvvəlkindən fərqi nədir?
İlk növbədə sürət və böyümək imkanı. Box.az-da hal-hazırda yüz minlərlə hesab və on milyonlarla məktub saxlanılmaqdadır. Məktubları saxladığımız əvvəlki sistem bu böyük həcmlər üçün hesablanmayıb və bu səbəbdən sürətdə yavaşlamalar müşahidə edilməkdədir.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Tural →  Bu gün Elektron poçt xidmətinin yaranma günüdür


İlk e-mail tam 40 il əvvəl bu ayda göndərilmişdi. E-mail internetin də yayılmasıyla insan həyatındakı əhəmiyyətini olduqca artırmış vəziyyətdə. Artıq, əvvəlki kimi məktublar qalmamış hər şey e-mail sayəsində elektronik hala çevrilmişdi. Son zamanlarda sosial şəbəkələrdəki mesajlaşma xüsusiyyətləri e-mailin istifadəsini azaltsa da e-mail hələ əhəmiyyətini qorumaqda.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Яндекс (Yandex)-in e-mail servisinə Azərbaycan dili əlavə edilib


Rusiyanın axtarış nəhəngi Yandex-in e-mail servisinə Azərbaycan dili əlavə edilib.
Yandex qısa müddət əvvəl Türkiyə bazarında açılmışdı. Qeyd edək ki, Türkiyədə yerli ofis açan Yandex Türk dilinin qanunauyğunluqlarını nəzərə alaraq axtarış alqoritmi inkişaf etdirir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 6 октября 2011, 01:31
  • Weboxu
  • 12

İnternet →  Hotmail tamamilə yenilənəcək


Microsoft, e-poçt xidməti Hotmail üçün 3 Oktyabr günü New Yorkda bir event təşkil edir. Dəvətnamədən belə görünür ki Microsoft 3 Oktyabr günü tanıdacaqları Hotmail barədə bir xeyli iddialı.

3 Oktyabrda təşkil ediləcək eventin dəvətnaməsində belə yazır: «Hotmail haqqında bildiyiniz hər şeyi unudun. Yalnız bu tarixi unutmayın: 03.10.11 Bazar ertəsi, New York. İndi Hotmailə ikinci dəfə nəzər salma zamanıdı.»

Microsoft-un e-mail xidməti bir zamanlar çox populyar olsa da, xüsusi ilə Gmail-dən çox geridə qalır. Yahoo da mail servisini intensiv yeniləyir. Belə görünür ki, Microsoft yarışda çox geridə qalmaq istəmir.
Paylaş :
  • +1
  • 13 сентября 2011, 00:21
  • Weboxu
  • 2

Box.az →  Box.az 11 yaşını qeyd edir [infoqrafika]

Azərbaycanın e-mail servisi Box.az bu gün 11 ildir ki, istifadəçilərin ixtiyarındadır.
Bununla əlaqəli sayt infoqrafika hazırlayıb.
Məlumatlardan görmək olar ki:
Saytın 180 000-dən çox istifadəçisi var.
Onların 66%-ı kişi, 33% qadınlardır.
İstifadəçilərin ən çox yaş aralığı 18-24 arasıdır — 40%. İkinci 25-34 yaş aralığı — 20%. Üçüncü isə 17 yaşa qədər — 19%.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 8 августа 2011, 13:17
  • Weboxu
  • 1

Texnologiya →  Microsoft Office 365-in tanıtımında GMail-ə söz atdı

Microsoft bu dəfə də hər il təşkil etdiyi Global Exchange konfransında Microsoft məhsullarını tanıtdı. Xüsusilə bulud əsaslı Office 365 proqram süiti olduqca böyük marağa səbəb oldu. Bu marağın ən böyük səbəbi isə şübhəsiz Microsoftun məhsulu tanıdarkən göstərdiyi «GMail Man» adlı sitcom qəhrəmanı oldu.




( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 29 июля 2011, 14:32
  • Weboxu
  • 6

Twitter →  Twitter e-mail bildirişlərini artırdı


Twitterin rəsmi hesabından göndərilən tweet ilə bu gündən başlayacaq yeni bildiriş sisteminin elanını edildi. Buna görə, əgər Twitterdəki izləyiciniz tweetinizi ‘retweet' etsə, sizə mantion etsə, ya da favoritlərinə qeyd etsə, sizə bildiriş e-maili gələcək.

Twitter istifadəçiləri bu zamana qədər yalnız biri onları izlədiyində və şəxsi mesaj (DM) göndərdiyi zaman e-poçt bildirişi alırdılar. Bunlara əlavə olaraq yeni bildirişlərin də gəlməsi, çox izləyicisi olan istifadəçilərin e-mail-lərinin çoxlu məktubdan dolacağı mənasına gəlir. Facebook-da olduğu burada da daha çox mail alacaqsınız. Bu həm tez-tez serverində problemlər olan Twitterin özü üçün də sıxıntı yarada bilər. Həm də e-mail servislərinin xoşuna gəlməyən bir yenilikdir.

Default olaraq sistem hər kəsdə aktiv olacaq. Ancaq istəyənlər asan bir şəkildə e-mail bildirişləri söndürə bilər. Bunun üçün Settings-də, Notifications-a daxil olaraq bu xüsusiyyəti bağlaya bilərsiniz.
Paylaş :

Təhlil →  Azərbaycan üzrə ən çox istifadə olunan e-mail servislər [araşdırma, statistika]


Son vaxtlarda internetə qarşıma çıxan, dünya üçün və eləcə də Azərbaycan üçün müxtəlif statistikalarla qarşılaşdım, maraqlı bildiklərimizi də blogdan paylaşdıq. Axır bir neçə gün ərzində isə Facebook-un sosial inboxunu aktiv etməyi ilə demək olar ki, mail bazarında ən iddialı oyunçu oldu. Lakin iddialı demək, hələki lider demək deyil. Onun funksiyası ola bilər ancaq istifadəsinin nə dərəcədə yayılacağı bəlli deyil.
Bəs indi Azərbaycanda mail servislərinin istifadəsində kimlər irəlidədir? Bunun üçün sadə bir araşdırma elədim. Üzv sayı çox olan saytların qeydiyyat mailləri arasında hansı servisin üstünlük təşkil etdiyini yoxlamaq lazım idi. Bunun üçün müvafiq saytlardan bu barədə xahiş elədim və onlardan statistikanı aldım. Araşdırmaya kömək etdikləri üçün hər bir sayta təşəkkür edirəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 1 февраля 2011, 20:59
  • Shaig
  • 27

Facebook →  Facebook e-mail servisi verəcək?

Son zamanlarda Facebook adı ətrafında e-mail söhbətləri müxtəlif formalarda davam edirdi. Əsas məsələ GMail-in öz dəstəyini Facebookdan çəkməyi olmuşdu. Google bu məsələni şərh edərkdən qeyd etmişdi ki, biz GMail ilə hər bir məlumatı açırıq, Facebook isə eyni imkanları vermir. Ona görə də dəstəyi dayandırdılar.
Facebook hər nə qədər API və Connect versə də, bu məlumatlar ancaq Facebook daxilində istifadə edilə bilir. Xarici platformalarda API dəstəyi yoxdur.
Bazar ertəsi günü isə Facebook-un növbəti böyük "event" i olacaq. Tədbir 15 noyabr səhər saat 9:30-da San Fransiskoda baş tutacaq. Bu tədbirdə isə Facebook-un nə tanıdacağı hər kəs üçün maraqlıdı. Məşhur texnologiya bloglarından biri olan Techcrunch isə Facebook-un bu tədbirdə e-mail servisini tanıdacağını iddia edir. Facebookda seçdiyini qısa adlar, həm də sizin e-maillərini olacaq. Məsələn username@facebook.com.
Paylaş :
  • +2
  • 12 ноября 2010, 03:01
  • Weboxu
  • 7

Təhlil →  Azərbaycanın e-mail servisləri

Bu gün Facebookda bir statusdan sonra, ağlımda Azərbaycana aid mail servisləri sadalandı. Eşitdiyimə görə informatika dərsi keçilən məktəblərdə də uşaqlara rus mail servisləri nümunə kimi öyrədilən yerlər var imiş. Əsasən də mail.ru. Mən də yadıma düşən Azərbaycan mail servislərini paylaşım dedim.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 20 октября 2010, 17:24
  • Shaig
  • 7