İnternet →  Azərbaycanın elektron ticarət portalının təqdimat mərasimi keçirilib


Dünən Bakıda Azərbaycanın www.b2b.az elektron ticarət portalının təqdimat mərasimi keçirilib.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) birgə dəstəyi ilə yaradılmış portalın məqsədi respublikada elektron ticarət sahəsinin inkişafının intensivləşdirilməsidir.

Təqdimat mərasimində dövlət strukturlarının, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də sahibkarlar və ictimai xadimlər iştirak ediblər. Tədbirdə iştirakçılara elektron ticarət portalının məqsədi, portalın biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə geniş məlumat verilib. Dövlətin biznes sahəsinin inkişafı istiqamətində həyata keçirdiyi sistemli və ardıcıl siyasətin nümunəsi olan yeni portal sahibkarlar üçün maraqlı tərəflərə istehsal olunan məhsul və göstərilən xidmət, eləcə də məhsul və xidmət alıcılarının tələbatları haqqında məlumat təqdim etmək imkanı verəcək.

Mənbə: mincom.gov.az
Paylaş :

İnternet →  Çin və Yaponyadan e-ticarət saytı


Çinin ən böyük axtarış mühərriki internet saytı olan Baidu və Yaponiyanın ən böyük e-ticarət firması Rakuten, üç il üçün 50 milyon dolların üstündə bir büdcə ilə birləşərək, Çinli internet istifadəçiləri üçün 'B2B2C' adlı online ticarət mərkəzi qərargahı açıqladılar.
Birləşmənin şərtlərinə görə, Rakuten hissələrin %51inə sahib olarkən geri qalan %49 hissə sahibi Baidu olacaq.
B2B2C`in digər e-ticarət saytlarından fərqli olaraq həm firmalar arasında ticarət təmin ediləcək həm də firmaların məhsullarını son istehlakçı tərəfindən də rahatlıqla satın ala biləcəklər. Buna Alibaba və Ebay qarşımı bir online bazar deyə bilərik. Alibabada yalnız şirkətlər arasında e-ticarət edilərkən Ebayın məntiqi isə birbaşa olaraq istehlakçı əsaslıdır.
Çinli internet istifadəçilərinin xaricdəki məhsullara rahatlıqla çatmasını hədəfləyən bu yeni ideya, 2010`un ikinci yarısında istifadəyə veriləcək.
Paylaş :

Oxatan →  Əl çirkləndirməyən pullar… başlıq-keçid

Deyirlər pul əl çirkidir. Həm əl pulu çirkləndirir, həmdə pul əli. Amma əl çirki olmayan pullarda var. Bu da elektron pullardır. Azərbaycan internetində təəssüfki bu elektron pullar yayılmayıbdı.
Paylaş :