Blog: RMehbaliyev → E-demokratiya, e-nəsil, e-seçkilər... Avropa Gənclər Parlamenti, Krakov
Mart ayında nin Polşanın Krakov şəhərində növbəti regional sessiyasının keçiriləcəyi barəsində elan gördüm. Elanı oxudum və məlum oldu ki, müxtəlif komitələrdəki mövzularda internetin və yeni texnologiyaların tətbiqi diqqət mərkəzindədir. "İnkişaf" komitəsində olan mövzu isə birbaşa in prosesində iştirakı və müasir medianın gənclərin seçkidəki iştirakının artırılmasında necə istifadə oluna biləcəyi barəsində idi və hazırda nin layihə koordinatoru olduğumdan bu cür sosial innovativ ideya ətrafında müzakirələrdə iştirak etmək üçün bu komitədə olmaq qərarını verdim. Komitəmizdə müxtəlif ölkələrdən (Azərbaycan, Türkiyə, Estoniya, Polşa, İsveç, Belarus, Ukrayna, Xorvatiya) iştirakçıların olması müxtəlif ölkələrdəki təcrübələrlə tanış olmağa imkan verirdi. Xüsusən də sahəsində dünyada ilk yerlərdən birini tutan Estoniyadan iştirakçının olması müzakirələri daha da maraqlı etdi. Müzakirələri mövzu ətrafında (E-nəsil üçün e-demokratiya, Avropa gənclərinin seçkilərdə daha aşağı iştirak etməsinə cavab kimi. Müasir media Avropa Birliyində gənclərin seçkilərdə iştirakının artırılmasında necə istifadə oluna bilər?) beyin həmləsi etməklə başladıq, fikirlərimizi 3 qrupa böldük: problemlər, faktlar, həlli yolları.
( Ətraflı oxuyun )
- +2
- 14 мая 2011, 02:21
- 2



