Blog: Reshad_Mirzeyev →  “.az” Milli domain adımızda problemlər


Bildiyimiz kimi 2 gün əvvəl “Технологии будущего” şirkətinin(Hosting.ua) Ukraynanın Odessa şəhərində yerləşən ofisində baş vermiş yanğın nəticəsində 100-lərlə serverə ziyan dəymiş, çoxsaylı provayderlərin fəaliyyətində problemlər yaranmışdır. Azərbaycan saytlarının çoxunun xarici serverlərdə yerləşdiyi sirr deyil. Bu hadisə Azərbaycan saytlarına da təsirsiz qalmadı. Nümunə üçün Netmoney şirkətinin 4 serverinin “Технологии будущего” şirkətindən alındığını göstərmək olar.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  GoDaddy də Çin bazarından çıxdı

Google`un rəsmi şəkildə Çin bazarından çıxdığını xəbər vermişdik. Çini tərk edən növbəti texnologiya nəhəngi isə GoDaddy oldu. Çin hökümətinin internetə tətbiq etdiyi qanunlar şirkətin .cn domainlərinin satışını dayandırmasına səbəb olubdu.
Çində ".cn" sonluğu ilə alınan hər domain ünvanı üçün, istifadəçilərdən şəkil və iş məlumatı tələb edilir. GoDaddy şirkəti isə özündən domain alan istifadəçilərindən bu məlumatları istəmir. Beləliklə Çin və şirkət arasında anlaşılmazlıq başlamış olur.
Çindəki əhalinin hədisiz çox olmağı, bu bazarı çox qiymətli hala gətirir. Ancaq bazar böyük olmaqla bərabər həmdə problemlidir. Burada əsas qayda Çinin qanunlarına tabe olmaqdır. Əks təqdirdə mövqelənmək mümkün olmur. Yəqinki GoDaddy`nin bazardan çıxmağı local bir şirkətin çox böyüməsinə səbəb olacaq.
Paylaş :
  • 0
  • 25 марта 2010, 22:33
  • Shaig
  • 3

Təhlil →  Zamanla ayaqlaşan texnologiya?


NT`nin saytına elədə tez-tez daxil olmuram. Olduqda isə elədə uzun vaxt keçirtmirəm. Ümumiyyətlə isə sayt Rus dilində açılır və elə həmin dildə də istifadə edirəm. Heç Azərbaycan dilinə klikləyib, istifadə etməmişdim. Bu yaxınlarda bir dostumun tövsiyyəsi ilə Azərbaycan versiyasına daxil olanda maraqlı bir paradoksla qarşılaşdım. Son yazılan xəbər 26.09.2005 tarixində idi. Xəbərin başlığı isə Network Technologies zamanla ayaqlaşır idi. Yəniki 5 il əvvəl yenilənən saytın/şirkətin zamanla ayaqlaşması böyük bir paradoksdur. Onsuzda bu sayt .AZ domainlərini qeydiyyata alan saytdır. Yenə Rus dilli versiyada son yenilənmə 2007-ci ildir. Amma Azərbaycan dilli versiyada bu lap 2005-ci ildir. Ümumiyyətlə Texnologiya şirkətinin saytlarının belə gec yenilənməsi yəqinki ancaq Azərbaycanda görünə bilər. Bir şirkətin ki biznesi internet üzərində qurulubdu və həmin şirkət öz biznesinə biganə yanaşırsa bu doğurdan təəccüblüdür. Mənə isə daha çox maraqlı gələn bu paradoks oldu.
Paylaş :
  • 0
  • 18 февраля 2010, 22:25
  • Shaig
  • 9

Təhlil →  Dünyanın böyük saytlarının .Az domainləri


Bu mövzuya toxunmaq çoxdan bəri ağlımda idi. Ancaq ətraflı araşdırma üçün vaxt olmurdu. Mən də fikirləşdimki, yaxşısı budur hər dəfə vaxt edəndə bir az baxım, yazım və qaralamada saxlayım. Yadımdan çıxanları şərhlərdə paylaşarıq. Demək olar ki, mənim baxdıqlarım arasında konkret tendensiya ilə qarşılaşmadımki, bir qayda olaraq hamsı boş və ya alınmış olunsun. Maraqlı nəticələrlə rastlaşdım.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 25 февраля 2010, 16:57
  • Shaig
  • 24

Texnologiya →  .Az domainləri yaman populyar olub!


Dünən Ə.Rüstəmin twitlədiyi anda xəbərim oldu, Trend.az saytından olan məqalə idi. Azərbaycanda soyadların dəyişilməsi ilə bağlı məsələ indi aktualdır. Həmin məsələ ilə bağlı olan şəxsi fikirlərdən biri də, soyad sonluqlarının, Azərbaycanın domaini — .az ilə bitməsidir. Trend.az saytındakı müsahibədə belə deyilirdi.
Sitat:
Bununla bağlı mənim öz məxsusi fikrim var. Hesab edirəm ki, milli səviyyədə, bütün ölkə əhalisi üçün vahid soyad sonluğu düşünülməli və bu sonluq yalnız azərbaycançılığa, Azərbaycan xalqına, dövlətinə mənsubluğu göstərməlidir. Məsələn, mən təklif edərdim ki, Azərbaycanda bütün soyadların sonu «az» sonluğu ilə bitsin. Əlbəttə, soyadın son iki hərfi heç bir ciddi məna kəsb etmir. Deyək ki, ruslarda «ov», farslardakı «an», «yan», gürcülərdəki «ze» sonluğunun heç bir mənası yoxdur. Ancaq müəyyən milli domen göstəricisidir. Azərbaycanlıların soyad sonluqları «az»la qurtarsaydı, daha yaxşı olardı. "Az" Azərbaycanın həm internet domenidir, həm də xalqın, ölkənin adının ilk hecasıdır. Sözsüz ki, bu mənim fikrimdir və əlbəttə, hər bir fikir kimi, bunun da ictimai müzakirəyə çıxarılmaq haqqı var.
Düzü bilmədim nəyə görə domaini familyalara aid edirik. Həm niyə son vaxtlarda bu domain məsələsi belə populyar olubdu?
Paylaş :
  • 0
  • 5 февраля 2010, 11:07
  • Shaig
  • 5

AİF →  AİF`in .az domainləri ilə bağlı keçirtdiyi iclas - yenilənib: #2

Bu gün AİF`in növbəti iclası keçirildi. Bu barədə blogda da məlumat verilmişdi. Toplantıda Milli İnternet ünvanların — .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə edildi. Toplantıda .az domainlərinin satışı ilə məşğul olan İntrans`ın direktoru Faiq Fərmanov da iştirak edirdi.
Müzakirə edilən məsələlər .az domainlərinin qeydiyyatını tənzimləmək, idarəsini asanlaşdırmaq yönümündə idi. Faydalı müzakirələr getdi, ümid edirəm ki, nəticəsi də olacaqdır.
Mövzu il boyu diqqətdə saxlanacaqdı. Yəqinki bu mövzuda daha çox blog yazıları və məlumatlar olacaqdı.

Osman Gündüz`ün toplantıdakı təqdimatı:


AİF`in rəsmi bəyənatı:

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 4 февраля 2010, 22:05
  • Shaig
  • 6