İnternet →  GoDaddy 2,25 milyard dollara satıldı

Bir müddət idi ki, GoDaddy-nin satılacağı ilə əlaqəli xəbərlər gəzirdi. Qiymətin 2 — 2.5 milyard arasında olacağı ifadə edilir. Hər nə qədər 0.5 rəqəmlər kiçik kimi görünsədə, 500 milyon dollarlıq bir rəqəmdir. Məsələ tam dəqiqləşdiyi üçün, bu barədə məlumat verə bilərik. Şirkət KR & Co., Silver Lake Partners və Technology Crossover Ventures-a satıldı. Bu satışdan sonra GoDaddy-nin daha da böyüməsi gözlənilir. 2009-dan 2010-a nisbətən 25% artış ile 947 milyon dollarlıq satış edilmişdi. Əgər şirkətin böyüməsi belə davam eləsə bu ilin sonuna qədər 1.1 milyard dollarlıq satışın olması gözlənilir.
Paylaş :
  • 0
  • 4 июля 2011, 17:50
  • Weboxu
  • 1

İnternet →  ICANN-dan yeni domain adları almaq imkanı



İnternet domain adlarının idarəsini və rəhbərliyini boynuna götürən ICANN (İnternet Corporation for Assigned Names and Numbers) adlı quruluş çox maraqlı bir qərar verdi. İinternet saytları üçün yeni domain sonluqlarından istifadə etmək imkanı yaradılır.
Bilindiyi kimi, internet saytlarının adlarının sonunda .com, .net, .edu, .gov kimi sonluqlar var. Əlbəttə ki, xüsusi ölkə domainləri.

Nöqtə istənilən domain adı.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 20 июня 2011, 12:46
  • Weboxu
  • 3

Bloglar →  AzeriBlog yenidən açılır.


Təqribən 1 ay əvvəl — oktyabr ayının 28-də, AzeriBlog-un bağlanmağı ilə əlaqədr bir yazı yazmışdım. Həm blog servisinin bağlanmağı məyus etdi. İlk blog servisi bağlanırdı. Həm də bir qədər istənməyən söz-söhbətlər olmağı məyus edti.
Başqa bir maraqlı məqam isə, dalbadal Azərbaycana aid blog servisləri bağlandı. Azeriblogun ardından Blogda.az servisi bağlandı. Üstündən bir az keçmiş, yumruya məxsus Canli.az servisinə daxil olmaq mümkün olmadı. Belə görünür ki, servis artıq fəaliyyətini dayandırıb.

Bu gün e-mailimə Azeriblogdan bir məktub gəldi. Məktubda blog servisinin aqibəti haqqında məlumat verilirdi.
Sitat:
Yeni ilin ilk gününün ilk dəqiqəsində AzəriBlog sistemi yeni dizayn və yeni imkanlarla yenidən istifadiyə veriləcək.

Mətndən belə görünür ki, 2011-ci ilin başlanğıcında blog servisi yenidən açılacaq. Həm dizaynda, həm də sistemdə müəyyən yeniliklər də olacaqmış. Düzdü məktubda məlumat verilməyib, ancaq mən hesab edirəm ki, baza da bərpa olunar. Sayt açılanda yenidən baxıb nə yerdə olduğunu görə bilərik. Uğurlar.

Məni maraqlandıran digər məsələ isə, saytın açılandan sonra onun köhnə mövqeyinə qayıdıb-qayıtmayacağıdır. İndiyə qədər kifayət qədər ciddi qəbul edilmiş resurs idi. Lakin birdən-birə xəbərsiz bağlanması onun ciddiliyinə indiki anda xələl gətirib. Sayt iki aydan çox bağlı qalacaq. Bu müddətdə oradakı blog sahibləri öz bloglarını yeniləyə bilməyəcək. Bu isə gələcəkdə insanların blog açarkən düşünməyə vadar edən məsələ olacaq. Ümumiyyətlə yerlo blog servislərinə inam azalacaq. Bu tək Azeribloga aid deyil. Digər sistemlər də eyni vəziyyətdədir. Beləliklə Azeriblogun yenidən mövqeyini bərpa etməyi yəqin ki asan olmayacaq. Üstündə çox çalışmaq gərək olacaq.
Paylaş :

Təhlil →  Azeriblog bağlandı, domain satılır [Yeniləmə]

Azərbaycanın ən böyük blog servisi, blog şəbəkəsi olan AzeriBlog təəssüfki bağlandı. Saytın əsas səhifəsində domainin satıldığı yazılır. Bu satış məsələsi barədə çoxdan eşitmişdim. Belə sonlanacağını isə ehtimal etmirdim.
Yəqinki satış barədə çoxlarının da artıq xəbəri var. Yazmaqda gecikmə səbəbim Azeriblogla əlaqə saxlamağa çalışmağım oldu. Ancaq e-mail və msn-dən bir cavab gəlmədiyi üçün mən də müşahidələri qeyd edəsi olacam.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 28 октября 2010, 15:08
  • Shaig
  • 19

Blog: Turalfot →  .co domain'i 2007-ci ildə də var imiş



Saytı izləyən oxucuların yəqin xəbəri var ki, bu yaxınlarda .co domaini haqqında yazı getmişdi. Daha dəqiq yazı bir növ .co domainin elanı haqqında idi, halbuki artıq bilinirdi ki, bu domain 3 ay əvvəldən istifadədədir.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: rashadaliyev →  GoDaddy-yə virus düşüb??



GoDaddy-nin xidmətlərindən yəqin ki, bir çoxumuz istifadə edirik. Bəzilərimiz sadəcə domain bəzilərimiz domain ilə birlikdə hostinq xidməti də alır. ( Mənim kimi ;) Təqribən 2.3 ildir ki, aldığım hostinq xidmətindən kifayət qədər məmnun olduğum GoDaddy-yə bu gün daxil olarkən çox çaşdım. Bəli Google Chrome GoDaddy-nin saytının viruslu olduğunu deyirdi.

Təqribən 1-2 saat qədər çəkən bu problemdən sonra sayta daxil olarkən içəridəki bəzi bölmələrdə problemin 5 saat sonra da davam etdiyinin şahidi oldum.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Yeni .co domaini

Bu gün oxuduğuma görə, domain seçimləri arasına yeni bir sonluq da əlavə olunur — .co.
Statistik göstəricilərə nəzər salsaq dünyada həftə ərzində 800 mindən çox domain qeydiyyatdan keçirilirmiş. Həmin statistikaya görə isə Azərbaycan statistikası təqribi 3700-dən artıqdır. Düzdür statistikanın doğruluğu barədə bir söz deyə bilmərəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 27 мая 2010, 13:34
  • Shaig
  • 6

İnternet →  .az zonasında 10011 ünvan qeydiyyatdan keçib

Azərbaycan Respublikasının yuxarı dərəcəli .az milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 10 mini ötüb.

Milli.Az xəbər portalı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinradən xəbər verir ki, mayın 5-i üçün olan vəziyyətə görə, milli domen zonasında 10011 ünvan qeydə alınıb.
Cəmi cari il ərzində .az zonasında 700-dən çox domen qeydiyyatdan keçib.

.az domen zonası Azərbaycanda yerləşən və ya ona aid olan obyektlər üçün istifadə olunur.

İkinci dərəcəli əsas domen adlarında qeydiyyatdan keçmiş ünvanların sayı üzrə vəziyyət aşağıdakı kimidir: com.az (530 domen), net.az (65), int.az (53), gov.az (61), org.az (79), .edu.az (85), .info.az (21), .pp.az (51).

Mənbə: www.mincom.gov.az/az/main.html
Paylaş :

Blog: Reshad_Mirzeyev →  “.az” Milli domain adımızda problemlər


Bildiyimiz kimi 2 gün əvvəl “Технологии будущего” şirkətinin(Hosting.ua) Ukraynanın Odessa şəhərində yerləşən ofisində baş vermiş yanğın nəticəsində 100-lərlə serverə ziyan dəymiş, çoxsaylı provayderlərin fəaliyyətində problemlər yaranmışdır. Azərbaycan saytlarının çoxunun xarici serverlərdə yerləşdiyi sirr deyil. Bu hadisə Azərbaycan saytlarına da təsirsiz qalmadı. Nümunə üçün Netmoney şirkətinin 4 serverinin “Технологии будущего” şirkətindən alındığını göstərmək olar.

( Ətraflı oxuyun )
Paylaş :