Xaricidil.net → Xaricidil.net rəsmi bloqu fəaliyyətə başladı [infoqrafika]

saytı üçün bir müddətdir ki, rəsmi bloq fikirləşirdik. Sonda müstəqil bloq açmaqdansa, Weboxu bloq sistemi daxilində kanal açmaq qərarına gəldik. Bundan sonra ara-sıra saytı özünə dair, statistik analiz, sahəmizə yaxın maraqlı mövzularda yazılar yerləşdirməyə çalışacağıq. İlk yazını təkcə salamlamadan ibarət olmasını istəmədik, ona görə də maraqlı ola biləcək statistik məlumatları da sizinlə bölüşmək istəyirik. Belə ki, dünən saytın üçün əlamətdar gün oldu, belə ki səhifə öz 10 000-ci üzvünü qəbul etmiş oldu. Hazırda səhifədəki üzv sayı 10 129 nəfərdir. Etiraf edək ki, Aznet miqyası üçün yaxşı göstəricidir. Saytın öz üzv sayı isə 33.4 min nəfərdən bir qədər artıqdır. Buna görə də qərara aldıq ki FB səhifəmizə və saytın öz bazasına əsaslanaraq kiçik bir infoqrafika qurub ilk yazımızda oxucularla paylaşaq.
( Ətraflı oxuyun )
- +5
- 23 мая 2011, 16:52
- 19



