İnternet → Day.az -ın yeni bölmələri - c/p
Bir vaxtlar həm reytinq, həm də imic baxımından çox öndə olan saytlardan biri idi. Hətta deyərdimki ümumi olaraq bazar adına, onun bir vaxtlar göstərdiyi fəaliyyətlərə görə təşəkkür də edirəm. İnternet saytlarını ümumi «public» hala gətirdi. TV-də filan görünməklə, ictimaiyyət arasında özünü tanıtmaqla interneti də tanıtdı. Ancaq bu bir vaxtlar idi. Son zamanlarda xəbər portalı imicini dəyişib ümumi portal olmağa çalışanda bəri deyərdimki öz samballılığını itirir. "Ördək qaz yerişi yerimək istəyib vurub öz yerişini də itirib". Xüsusilə bu Qazaxların sayta nəzarətindən sonra. Yaxınlarda endirmək bölməsi də açdılar. Beləliklə day.az xəbər portları, open.az, mix.a, big.az -la rəqib hala gəldi. Bu gün bir az baxdım, sən demə başqa hazırlıq mərhələsində olan bölmələri də var imiş.
( Ətraflı oxuyun )
- +1
- 15 ноября 2010, 02:45
- şərh yaz
Təhlil → Day.az-ın yeni görünüşü və bölmələri [foto] - yenilənmə #2

Keçənlərdə -ın yeni versiyaya keçəcəkləri barədə yazıb . Bu gün yeni bölmələri bir az qurdaladım. İlkin ekran görünüşləri və linkləri bölüşmək istədim.
Əvvəla gördüyüm yeni bölmələr:
Xəbərlər
Мой Day
Hava
Prikollar
TV proqram
Qoroskoplar
Yuxuyozma kitabı
Tərcüməçi
Bloqlar
Ümumi struktura baxanda mənə -nu xatırlatdı. Təbii ki elə «Мой Day» sözündən bu bənzətməni görmək mümkündür. Ancaq daha çox Belarus saytı -ı və Qazaxların saytını xatırladır. Elə source kodlar arasında da bunu gördüm. Belə görünür ki, saytın yeni forması ünvanında gedir. «Мой Day»-in ekran görünüşünə baxandan sonra da Mail.ru-nun eyni adlı səhifəsinin görünüşünün çox oxşar olduğunu görmək olar:
( Ətraflı oxuyun )
- +1
- 25 июня 2010, 17:35
- 24
Oxatan → Day.az-ın dayaz yenilikləri
Deyəsən saytları yeniləmək bu il dəb halını alıb. İllərdi dizaynına əl vurmayan, internetimizə yöndəmsiz banner reklamı ənənəsi gətirən da bu il yenilənmək həvəsindədir. Özləri . Saytı təkcə yeniləməklə qalmayıb, əcaib-qəraib yeni funksiyalar da əlavə etmək istəyirlər. Deyəsən xəbər saytından çevrilib portal olmaq fikirləri var. Əvvəla e-mail servisiləri olacaqlarını deyirlər. Xəbər saytında bunun nə mənası var bilmirəm.
Digər tərəfdən axtarış sistemləri və lə əməkdaşlıq olacaqmış. Yəniki API-lərindən istifadə edəcəklər. Xəbər saytında axtarış. Bu da qəribə məntiqdi.
Ən maraqlısı isə «Мой Day» deyilən bir sosial şəbəkələri olacaqmış. Qısaca desək — «reytinq düşüb, oxuyan yoxdu, əlimizə nə gəlirsə dürtək sayta. Fikirləşək görək hansı servislər çox reytinqlidir. Mail, axtarış, sosial şəbəkə. Hamsından istifadə edək».
İndi əsas maraqlıdır bütün bunları hansı formada inteqrasiya edəcəklər? Xəbər bunun harasında olacaq? Day.az nə saytı olacaq?
- +2
- 16 июня 2010, 17:54
- 17
İnternet → Day.az`ın Azərbaycan dilli versiyası - Milli.az
`ın yeni, Azərbaycan dilli versiyası açıldığını bu gün gördüm. Yeni versiyanın adı `dır Rus dilli versiyadan demək olar ki, heçnə ilə fərqlənmir. Sadəcə olaraq bircə fərq tapmaq mümkündür ki, day.az left`də görsənir, milli.az isə center`dədir. Əslində Day.az`ın Azərbaycan dilli versiyasının çıxmağı barədə xəbərlər hələ Elnur Baimovun vaxtından var idi. Hətta Mak.az`ın forumunda bu barədə kifayət qədər müzakirələr də edilmişdi. Hətta saytın ünvanının oxu.az olacağı barədə söhbət getmişdi. İndi oxu.az hələ də E.B.da olduğundan yeni rəhbərlik Azərbaycan dilli versiya üçün Milli.az adını seçiblər. Beləliklə sayt 3 dildə fəaliyyətdə oldu: (ru), (en), (az)
Ümidvaram bu dizaynları bir dəfəlik müassir, düz-əməlli hala gətirərlər.
- 0
- 1 февраля 2010, 12:30
- 9
Oxatan →
Quru statistika
Yəqin çox oxuyucu bilər. Bilməyənlər üçündə mən deyimki, day.az hələ statistik göstəricilərini açıq formatda heç vaxt təqdim etmir. Bunu nə müştərilər üçün, nə də reklam agentlikləri üçün açmırdı.
- 0
- 4 ноября 2009, 16:02
- şərh yaz



