İnternet →  Saytlardakı qeydiyyat prosessində yeni dövr tələbləri

Aparılan bir araşdırmada istehlakçıların veb saytlarında gəzişmək, yazılara və ya saytdakı məhsullara şərh yazmaq ya da online alış etmək üçün veb saytların qeydiyyat formalarından necə istifadə etdiklərinin statistikası tərtib edildi. Sayt sahibləri üçün maraqlı ola biləcəyini düşünüb bu barədə məlumat vermək istədik.

Araşdırma Blue Research tərəfindən Janrain üçün edilmişdi. Araşdırma Oktyabr ayında 619 nəfər arasında keçirilib.

( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  Windows Live Messenger Connect


Windows Live Messenger Developer blogundan verdikləri məlumata görə yeni Connect xidməti beta olaraq istifadəyə verilib. Adından da göründüyü kimi Facebook Connect ilə bənzər bir sistemdir. Deyəsən Microsoft, Facebook-un mətbəxindən xəbərdar olduğu üçün, həmin sistemdə uğurlu olan sistemləri özünə inteqrasiya edir.
3 əsas hissədən ibarətdir — Identity, Social distribution, Realtime shared experiences. Sistemdə hal-hazırda 500 milyondan artıq istifadəçi var. Nəzərə alsaq ki, Facebook da Microsoft-a adiyyatı olan bir sistemdir. Facebookda da ~500 milyon istifadəçi olduğunu fikirləşsək, bu Microsoft üçün kifayət qədər böyük göstəricidir.
Bir neçə gün əvvəl Messengerin yeni versiyası beta olaraq istafadəyə verilmişdi. İndi isə yeni funksiyaları yayımlayıblar.
Yuxarıda saydığım üç əsas başlıq da, bir növ Facebookdakı sistemi xatırladır.

-Identity — Windows Live Contacts API-sindən istifadə edərək, profil məlumatlarından istifadə etmək mümkün olacaq.
-Social distribution — misal olaraq Facebook-un share-ni göstərmək olar. Buna bənzər paylaşım düymələri filan olacaqmış.
-Realtime shared experiences — Burada isə Facebook-da olan social plugins bənzəri sistemdir.

Facebook-un yüksək sıçrayışı başqa texnologiya nəhənglərini də bu sahəyə marağını xeyli artırdı. Microsoft-un Facebookda payı olmağına baxmayaraq belə bir addım atmasına səbəb nədir bilmirəm. Bəlkə də Facebook-un əlindən çıxmaq ehtimalını nəzərə alıb belə bir addım atır. Digər tərəfdən Google da sosial platforma yaratmaq həvəsindədir. Bu addımlar da Facebook-un real gücünü nümayiş etdirir.
Paylaş :
  • +2
  • 30 июня 2010, 17:06
  • Shaig
  • 2

Parketinq →  ADSL sorğusunun nəticələri açıqlandı başlıq-keçid

Provayderlərimizin ADSL xidmətlərinə həsr olunmuş sorğunun nəticələrini bu gün açıqladıq. Bu sahədəki real vəziyyəti qiymətləndirmək məqsədilə keçirdiyimiz sorğuda 400-dən çox abonent iştirak edib.
Paylaş :
  • +2
  • 28 апреля 2010, 18:00
  • Weboxu
  • 1