İnternet → Yoxla.az yeni xüsusiyyətləri istifadəyə verdi
Bu barədə -ın rəsmi blogunda yazılıb. Bir müddətdir ki, üzərində iş aparılırdı. Artıq işlər tamamlanıb:Bu həftə saytımıza yeni funksionallıq əlavə etdik – xidmət haqda istifadəçilərin rəyini paylaşması. Başqa insanlar hər hansı bir xidməti aldıqda digər istifadəçilərin təcrübə və rəylərindən faydalanaraq düzgün qərar verə biləcəklər.
Hər hansı bir provayderin paketini seçdiyinizdə sol tərəfdə insanların onu bəyənib-bəyənmədiyini, həmçinin neçə nəfərin rəy yazdığını görə biləcəksiniz. Xidməti bəyəndiyiniz və ya bəyənmədiyiniz (qınadığınızı) halda sadəcə bu düymələrlə səs vermək kifayətdir.
Əgər siz öz təcrübənizi başqaları ilə paylaşmaq istəyirsinizsə o zaman ətraflı olaraq xidmətin müsbət və mənfi cəhətləri haqda rəy yazın.
( Ətraflı oxuyun )
- +2
- 25 ноября 2011, 13:39
- şərh yaz
Facebook → Facebook şərhlərdə dəyişiklik edib
Facebook istifadəçiləri, şərh edərkən özlərini daha yaxşı ifadə edə bilmək üçün zəngin məzmunlar əlavə edə biləcəklər. Məsələn; video, fotoşəkil ya da veb saytı linki əlavə etmək artıq mümkündür.
Necə istifadəçilər Facebookda link paylaşanda, video paylaşanda həmin linkin ilkin görünüşü yaranırdı, eləcə də bu commentlərdə olacaq. Məsələn, hansısa bir statusa şərhlə YouTube linki əlavə edəndə, həmin videoya elə Facebook daxilində, şərhdə baxmaq mümkün olacaq.
Bu Facebook-u bir qədər mürəkkəbləşdirir, onun sadəliyini itirir. Bu funksiyanın istifadəçilər tərəfindən necə qarşılanacağını isə irəliləyən günlərdə görə biləcəyik.
Necə istifadəçilər Facebookda link paylaşanda, video paylaşanda həmin linkin ilkin görünüşü yaranırdı, eləcə də bu commentlərdə olacaq. Məsələn, hansısa bir statusa şərhlə YouTube linki əlavə edəndə, həmin videoya elə Facebook daxilində, şərhdə baxmaq mümkün olacaq.
Bu Facebook-u bir qədər mürəkkəbləşdirir, onun sadəliyini itirir. Bu funksiyanın istifadəçilər tərəfindən necə qarşılanacağını isə irəliləyən günlərdə görə biləcəyik.
- +1
- 22 июля 2011, 11:56
- 2
Facebook → Facebook reklamlarına şərh yazmaq olacaq

Facebook artan istifadəçisi ilə reklam verənlərin də özünə cəlb edir. Etdiyi yeniliklərlə də, öz reklam potensialını daha da artırır.
Bildiyimiz kimi bir müddət əvvəl Facebook checkin etdiyiniz məkanları ya da bəyəndiyiniz səhifələri sağ kolonda reklam anlayışında friendlərə göstərir və friendlər də bu bəhsi keçən məkanlara getməsini ya da məhsulları bəyənməsini tövsiyə edirdi. Əlbəttə bu istifadəçilərin icazəsi ilə gerçəkləşir. Bu üsulla istifadəçilər istifadə etdikləri markaların reklamlarının bir parçası halına gəlirdi.
Növbəti yenilik ilə də reklamlar bir az daha sosiallaşır. İstifadəçilər saytın sağ kalonundakı bəzi reklamlara şərh yaza biləcək.
( Ətraflı oxuyun )
- +1
- 27 июня 2011, 13:07
- şərh yaz
Facebook → Rəqəmlərlə Facebook-un son statistikaları
* Dünyada 500 milyon adam aktiv olaraq Facebook istifadə edir.
* Dünyadakı hər 13 insandan 1-i Facebook istifadəçisidi.
* Dünyadakı hər 26 insandan biri hər gün ən az 1 dəfə Facebooka girir.
* 18-34 yaş arasındakı Facebook istifadəçilərinin 48%-i oyanan kimi əvvəlcə Facebooku açır. Və bunların 28%-i yatmadan əvvəl mobil telefonlarından girərək yuxuya gedir.
( Ətraflı oxuyun )
- +2
- 8 марта 2011, 09:27
- 7
Mak.az → Mak.az`da yeniliklər.
Gündəlik daxil olduğum sayt və forumlardandır . Bu gün də Mak.az`ın forumuna daxil olanda , bir sıra yeniliklər olubdu.Əvvəla yenilik nədən ibarətdir onu deyim, sonrada bir iki əlavəm olacaq. Çox sevindirici haldırki saytda şərh sistemi tətbiq edildi. Uzun müddətdir bunu gözləyirdik demək olar ki. Digər bir xoş cəhəti isə ondan ibarətdirki, ayrıca qeydiyyatdan keçmək lazım deyil. Forumda olan hesabla daxil olub, şərh yazmaq kifayət edir. Eyni baza üzərində işləyir. Bundan əlavə tanınmış sosial platformalarda paylaşmaq imkanıda əlavə olunubdu. Bunlar hamsı müsbət cəhətlərdir.
Bəs nələr olsa daha yaxşı olardı?
( Ətraflı oxuyun )
- 0
- 15 декабря 2009, 00:10
- 10



