Blog: Teodor86 →  ABŞ-da internet axtarış bazarında Google şirkətinin payı yenidən artmağa başlayıb



ABŞ-da internet axtarış bazarında Google şirkətinin payı yenidən artmağa başlayıb, comScore monitorinq şirkətinin son hesabatında qeyd edilib. Onun məlumatlarına əsasən, avqust ayında Google-un bazar payı 64,8%-ə kimi azalıb və bu göstərici son 2 ildə ilk dəfə qeydə alınıb. 2009-cu ilin avqust ayından Google-un payı bazarda sabit olaraq 65% və yuxarı olub.

Bununla belə, artıq sentyabr ayında internet nəhəng itirilmiş mövqeləri geri qaytarıb və şirkət son ayı 65,3% bazar payı ilə tamamlamağı bacarıb. ComScore monitorinq şirkəti qeyd edib ki, Google əsas rəqibi Yahoo-nun hesabına axtarış bazarı hissəsini geri qaytarmağı bacarıb. Qeyd edək ki, Yahoo-nun bazar payı avqust ayındakı 16.3% göstərici ilə müqayisədə azalaraq 15.5% olub.

( Ətraflı oxuyun )
Paylaş :