Texnologiya →  İnternet saytların ritmi də varmış?

Bu gün internetdə çox qəribə bir layihə barədə eşitdim. Sən demə hər saytın öz musiqisi var imiş, bizlər eşitməsək də saytlar da bizimlə musiqinin diliylə danışa bilərmişlər. Bu xəyala o qədər inanmış insanlar var imiş ki, yeni bir CodeOrgan.com kimi layihə ortaya çıxıb. Sistem barədə mən CNN`də gördüm və ətraflı məlumatı da məncə elə onların dilindən eşitmək daha yaxşı olardı.



Mənim anladığım qədərilə sitem öz iş prinsipində, sayt açılarkən saytın HTML atributları sistem tərəfindən əvvəlcədən qəbul olumuş notlara uyğun şəkildə «bəstələyir». Təbii ki, layihə barədə eşidən kimi yoxladığım ilk ünvan sözsüz ki, Google oldu =). Sonra isə layihənin həyata keçirənlərin ən sevimlisi olan NASA`nın saytını sınaqdan keçirdim. Sonra da Weboxu`ya növbə gəldi. Yoxladığım bütün saytları melodiyası bir-birindən nə ilə sə fərqlənirdi. Hərhansısa qanunauyğunluq sezmədim mən. Əcnəbi psixoloqlar həmişə kompüter arxasında çox oturanların həyatlarını maraqsızlaşdırdıqlarını düşünürlər, görünür developerlər hər şeydə hansısa marağın və əyləncənin mövcud olduğuna onları inandırmağa çalışırlar.

Sən demə iş görəndə musiqiyə qulaq asmaqda haqsız deyilmişəm =)
Paylaş :
  • +2
  • 28 февраля 2010, 17:18
  • Sadig
  • 3