Android →  Android üçün Chrome istifadəyə verilir


Google-un kompüterlər üçün brouseri Chrome internetdəki uğurlu gedişatından sonra Android brouserlər üçün Beta formasını təqdim edir.
Bu barədə Chrome blogunda məlumat verilib.
Mobile Chrome yeni versiya olan Android 4.0 Ice Cream Sandwich-lərdə aktiv olacaq. Bu həm mobile həm də tablet PC-lərdə istifadəyə açıq olacaq. Aşağı versiya brouserlər üçün aktiv deyil.
Android Marketdən Beta versiyanı endirib test etmək mümkündür.

( Ətraflı oxuyun )
Paylaş :

İnteraktiv Marketinq →  "Browser"lərdə reklam dövrü?


İnternet reklamı zaman keçdikcə müxtəlif formalarda qarşımıza çıxır. Böyük şirkətlər müxtəlif reklam imkanları yaradırlar. İnternet reklamda lider mövqedə olan şirkətlərdən biri də axtarış nəhəngi olan Google-dur. Axtarış üzərinə qurulan reklam strategiyası ilə internet reklamın ən böyük oyunçularındandır.
Internet reklamında yeni bir kanal da brouserlər vasitəsi ilə yarana bilər. Son zamanlarda bəzi istifadəçilər Chrome brouserlərində reklam görməyə başlayıb. Bu Google-un əməliyyat sistemi qurulu Samsung Chromeook-ların reklamıdır. Yeni bir «tab» açdıqda yuxarı tərəfdə, səhifənin orta hissəsində reklam görülür. Hələ ki, burada təkcə Google-un öz məhsulunun reklamıdır və geniş auditoriya tərəfindən görülmür. Məsələnin gələcək hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil. Lakin istənilən halda yeni bir reklam kanalının yaranmasına səbəb olan amildir. Beləcə brouserlərdin də reklam gəlirləri ola bilər.
Dünyada isə Sosial Mediadan insanların fikrinə istinad etsək, buna münasibətləri heç də müsbət deyil. Onlar istəkləri xaricində reklama məruz qaldıqları üçün Chrome istifadəsini yenidən düşünəcəklərini deyirlər.
Paylaş :
  • +4
  • 29 ноября 2011, 00:29
  • Weboxu
  • 3

Blog: hatams →  "Firefox with Bing" layihəsi. Microsoft və Mozilla arasında yeni əməkdaşlıq.



Microsoft və Mozilla şirkətləri "Firefox with Bing" layihəsinə start verir. Bu layihə daxilində Firefox brauzerinin məxsusi versiyası təqdim olunacaq. Razılaşmaya əsasən Bing.com səhifəsi brauzerdə ana səhifə kimi, Bing axtarış sistemi isə, əsas axtarış saytı kimi təqdim ediləcək.

Bing layihəsinin nümayəndəsi Tor Şteynerin deyib ki, "Əsas məqsədimiz Bing sisteminin həvəskarlarına yeni imkanlar yaratmaqdır. Firefox çox populyar brauzerdir və əməkdaşlığımızın faydasına inanırıq."



( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 30 октября 2011, 09:05
  • hatams
  • 5

Google →  Around the Google Technology




Baku Google Technology User Group növbəti tədbiri oktyabrın 1-i saat 10:00-da Qafqaz Universitetinin akt zalında keçiriləcək. İlk tədbirdən fərqli olaraq bu "Around the Google Technology" daha çox texniki ağırlıqlı olacaq. Adından da göründüyü kimi bu tədbirimizdə sırf Google texnologiyalarının tətbiqi istiqamətində çıxışlar nəzərdə tutulub.



( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 15 сентября 2011, 19:32
  • Samedli
  • 1

Blog: farxadus →  Turan production :)

Son vaxtlar Google məhsullarının aktiv işlədilməsinin şahidi oluruq. Google hara gəldi burnunu soxur… Sosial şəbəkələr, mobil telefonlar (bu yaxınlarda Motorolla şirkətini bütünlüklə aldılar), video yayım saytları, poçt xidmətləri, mobil reklam və yazı şəkilli reklam və s. servisləri ələ keçirməyi bacarır… Düzdü Google+ şəbəkəsində hələ ki tam olaraq ələ keçirə bilməsədə, ilk 1-2 ay ərzində, digər sosial şəbəkələrin 2 ilə yığdığı istifadəçiləri cəlb edə bilib. Google hər yerə soxulduğu kimi, buna görə də biz də Google -a soxulmaq istəyirik, türkün məsəli =) Son vaxtlar GTUG yaranması, buna bir misaldır.

Elə bu Google Developerlərindən biri də, bizim Turan Rüstəmlidir. Turanla, mən qwe.az layihəsini apararkən tanış olmuşdum. Lakin yalnız internet üzərində. Bir qədər sonra, BakuTel 2009-da görüşdük. O zaman, Turan işlədiyi "İdrak Technology" şirkətidə bu sərgidə iştirak edirdi. Öz məhsulları təqdim olunurdu. Əgər səhv etmirəmsə, bizim pasport adlandırdığımız "Şəxsiyyət vəsiqəsi" — elə bu İdrak Technology şirkətinin bəhrəsidir. Elə sərgidədə geridə qalmayıb, Microsoft şirkətinin SilverKey məhsulu üzərində xidmətlər təklif edirdilər.

Lakin mən bu gün sizə Turanın İdrak şirkətində işi yox, Google məhsulları ilə işləməsi haqda danışmaq istəyirəm. Düzdür, bu intervyu yox, maraqlı bir insan barədə oxucularım üçün tanışlıq postudur. İnşaAllah Elekberov's Interview barədə də düşünüb, Turanı dəvət edərik ki, bizim suallara cavab versin.

Bu gün sizə təqdim etmək istədiyim, Turanın Chrome üçün yazdığı əlavələrdir (extention).

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 9 сентября 2011, 12:13
  • farxadus
  • 3

İnternet →  Azərbaycan İnterneti 2011-ci ilin ilk yarımili: Statistikalar, Brouserlər - Opera liderdi

2011-ci ilin ilk yarım ili arxada qaldı. Düşünürəm ki, ilk yarımildə dəyişənlər barədə bir qədər araşdırma etmək olar. Əslində hadisələri baş verdiyi ardıcıllıqla onsuz da yazırıq. Ancaq olanlar barədə bir qədər müqayisəli və ətraflı yazmaq da olar. Texnologiya dayanmadan inkişaf edir və 6 ay əvvəli ilə indiki zaman arasında təəccüblü statistik göstəricilər də rast gəlmək mümkündür. Hesab edirəm ki, ilin sonuna doğru da belə hallar olacaq. Əvvəl bu yazını bir başlıq altında yazmağı qərarlaşdırsam da, sonradan yazının gedərək uzanmağına görə, hissələrə bölmək qərarına gəldim.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 12 июля 2011, 21:57
  • Shaig
  • 1

Google →  Chrome 12 stabil versiya çıxdı


Web dünyasının ən tez-tez update olan və bazar payını sürətlə artıran brouseri Google Chrome 12 stabil versiyasını çıxardı.

12.0.742.91 versiya nömrəsi ilə gələn son versiya ilə birlikdə edilən bəzi yeniliklər:

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 8 июня 2011, 15:56
  • Weboxu
  • 1

Google →  Chrome 11 stabil versiya yayımlandı


11.0.696.57 versiya nömrəsi ilə gələn bu yeni versiyayla birlikdə edilən ən əhəmiyyətli dəyişiklik, «səsdən mətnə çevirmə» olaraq xarakterizə etdiyimiz tətbiqləri meydana gətirməyə və işlətməyə istiqamətli HTML5 səs import API-sinə dəstək verməyə başlamağıdır. Yəni irəliləyən dövrlərdə gələcək tətbiqlərlə birlikdə Chrome istifadəçiləri danışacaq, Chrome da birbaşa yazıya keçirəcək. Bundan sonra Chrome üzərində işləyən extensionlarda səsə əsaslananlarını artımını müşahidə edə bilərik.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google, Chrome OS-un planşet versiyasını da hazırlayır


Google, tam veb əsaslı hazırladığı əməliyyat sistemi Chrome OS-u bir addım daha irəli aparır. Qaynaq kodlarından əldə edilən məlumata görə, axtarış nəhəngi Chrome OS-un həm də tabletlərə istiqamətli versiyasını hazırlayır.

Google mövzuyla əlaqədar etdiyi açıqlamada yalnız vəziyyəti təsdiqləməklə kifayətlənərkən, detallara girmək üçün isə hələ erkən olduğunu ifadə etdi. Erkən olmasının səbəbi isə prioritetin planşetlərə verilməməsidir. Hələ ki, bildiyimiz kimi hal-hazırda Google tabletlər üçün Android nəzərdə tutulduğundan bu məntiqli vəziyyətdir. Chrome OS isə ilk etapda netbooklara istiqamətli olaraq gələcək və irəliləyən dövrlərdə digər quruluşdakı daşına bilən cihazlara adaptasiya ediləcək.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Aznetdə gəlmələr üzrə brauzerlərin payları: Opera Internet Explorer-ı ötüb keçir, Google Chrome isə Mozilla Firefox-a yaxınlaşır

Aznetdə gəlmələr üzrə brauzerlərin payları: Opera Internet Explorer-ı ötüb keçir, Google Chrome isə Mozilla Firefox-a yaxınlaşır
Bu gün artıq inanılmır ki, hələ 8-10 il əvvəl saytlara gəlmələrin 90% Internet Explorer-in payına gəlirdir. Lakin Mozilla Firefox-un birinci versiyasının işə salınma tarixindən bugünə qədər Internet Explorer-ın payının azalması baş verib – elə ABŞ-da və Qərbi Avropada bu brauzer artıq ən çox istifadə edilən brauzer deyil. Bizim ölkəmizdə bu proses geciksə də, baş verir. Brauzerlər arasında bölünməni Biz cinema.az ünvanı olan Azərbaycan kinoteatrın vebsaytının əsasında müzakirə edəcəyik. Bu sayt alexa.com reytinq üzrə Azərbaycanın ən çox keçid əldə edən saytların ilk yüzlüyünə daxil olan sabit gəlmələr sayına malik olan bir saytdır. Google Analytics-ın məlumatına görə istifadəçilərin 95% cinema.az saytına Azərbaycandan daxil olur.
Ilk halda bütün 2010 ildə brauzerlər arasında bölünmənin statistikanı göstəririk.

Bütün 2010-cu il üzrə




( Ətraflı oxuyun )
Paylaş :