Blog: Elliot → Cavablar.net-in 1 ili.

Təxminən 1 il əvvəl Weboxu-da yeni eksperimental bir saytın, IT sual-cavab sistemi olan Cavablar.net saytının fəaliyyətə başlaması haqda .
Saytın ilk öncə web sahəsinə aid suallara həsr olunduğunu get-gedə bütün İT sferasını əhatə etməsini planlaşdırıldığını da qeyd etmişdim. Şərhlərdə bir sıra faydalı məsləhətlər olmuşdu, onlar da operativ şəkildə reallaşdırılmışdı. Bəzi dostlarda aznetdə sual-cavab tipli saytın baş tutacağına, uzun müddət yaşaya biləcəyinə inam az olsa da, fikrimcə Cavablar.net bunun əksini göstərə bildi və avtomatik işlək mexanizmə çevrilə bildi. Beləliklə artıq 1 il müddət keçib. Bu 1 ilə aid qısa hesabat xarakterli məlumat vermək istəyirəm.
( Ətraflı oxuyun )
- +4
- 18 июня 2011, 00:26
- 7
Blog: Elliot → Cavablar.net elektron jurnalı, say 3.
Cavablar e-jurnalının 3-cü buraxılışı işıq üzü gördü. Bu say vaxt məhdudiyyəti üzündən vaxtından gec hazır oldu, məhz vaxt amili üzündən görünüş baxımından tələsiklik hiss oluna bilər, üstündə ciddi iş aparılmayıb. Amma fikrimcə əsas olan məzmundur və bu sayda xeyli sayda maraqlı sualların cavabları yer alıb.
Yükləmək üçün keçin.
Yükləmək üçün keçin.
- +3
- 16 марта 2011, 22:34
- 6
Blog: Elliot → Cavablar.net elektron jurnalı, say 2.

Cavablar e-jurnalının 2-ci buraxılışı işıq üzü gördü. Online rejimdə təqdim edirəm:
Yükləmək üçün keçin.
- +4
- 25 октября 2010, 13:47
- 6
Blog: Elliot → "Cavablar.net" e-jurnalı, say 1.
Bir neçə gün öncə twitter-də ki, bundan sonra Cavablar.net sual-cavab bazası müntəzəm olaraq e-jurnal şəklində də hazırlanıb internetdə yerləşdiriləcək. Artıq ilk say hazırdır. İlk sayda dizayn və mətn korrektliyi üzərində ciddi iş aparılmayıb, növbəti saylarda bu xüsusa da diqqət yetiriləcək. Əsas məqsəd sual və cavabları daha kompakt formada təqdim etməkdir.

50 sual 50 cavabı özündə ehtiva edən ilk sayı yükləyə bilərsiniz.
( Ətraflı oxuyun )

50 sual 50 cavabı özündə ehtiva edən ilk sayı yükləyə bilərsiniz.
( Ətraflı oxuyun )
- +1
- 16 августа 2010, 11:43
- 6
Blog: Elliot → Mobil axtarışda milli hərflərdən istifadə üçün mini-həll
Mobil telefonların əksəriyyətində milli hərfləri daxil edə bilmədiyimizdən bəzən kompüterdən kənarda olanda hər hansı dəqiq bir ifadənin axtarışı mümkün olmur. Əgər Google Azərbaycan dilini Yandex rus dilini bildiyi dərəcədə bilsəydi, təbii ki belə problem olmazdı, məsələn "ən hündür zirvə" ifadəsini «en hundur zirve» yazardıq, google da bunu anlayardı. Amma hazırda anlamır. Ona görə də javascriptin köməyi ilə bu problemi həll edən mini səhifə düzəltməyə qərar verdim.

Səhifənin ünvanı — dir. İstifadə qaydası sadədir. Məsələn "ən hündür zirvə" əvəzinə "e0n hu0ndu0r zirve0" yazmaq kifayətdir. Faydalanmaq istəyənlər telefon bookmarkına əlavə edə bilər. Yaxın günlərdə səhifəni daha da əlverişli etmək üçün düşünəcəm. Hələ ki səhifə bir neçə sətirlik sadə koddan ibarətdir.

Səhifənin ünvanı — dir. İstifadə qaydası sadədir. Məsələn "ən hündür zirvə" əvəzinə "e0n hu0ndu0r zirve0" yazmaq kifayətdir. Faydalanmaq istəyənlər telefon bookmarkına əlavə edə bilər. Yaxın günlərdə səhifəni daha da əlverişli etmək üçün düşünəcəm. Hələ ki səhifə bir neçə sətirlik sadə koddan ibarətdir.
- +4
- 29 июня 2010, 15:38
- 14



