Blog: Turalfot →  Qürursuz "böyük i" =)

O gündən məni bilirsiz nəyin dərdi götürüb? Desəm vallah güləcəysiz. =)
Deməli, word fayllarda ya da elə internetdə normal, adət elədiyimiz şriftlərlə yazanda kiçik «L» hərfi böyük «i» hərfindən uzun olur.
Bu nə caps lock mədəniyyətinə sığır, nə də ədalət çərçivələrinə. (:

Mən belə görürəm ki, «i» hərfinin özündə də heç qürur yoxdu.

Zarafat bir qırağa, adı üstündə «böyük hərflər» deyə bir şey var. Bəlkə də Bil Qeytz fikirləşmiyib ki, Azərbaycan dilində «ilk», «Ilkin» və s. və i.a. və b. və d. kimi sözləri yazanda bu bizim böyük i hərfi boyda balaca qalır kiçik L hərfinin yanında.
Çıxış yolu budu ki, ya hərflər yığışıb kiçik L hərfinə abır-həya öyrətməlidilər, ya da İTşniklər Microsofta.

Böyüyün böyük yeri var, kiçiyin də kiçik yeri axı.

Yarı yalan, yarı gerçək!!!
Paylaş :