Blog: RMehbaliyev →  "Get orda kimdən soruşsan deyəcək" və ya şəhər nəqliyyat sisteminin onlayn təminatı


Yəqin dəqiq tanımadığınız ünvana gedərkən həmin ünvanı insanlardan soruşarkən bu ifadəni çox eşitmisiz: «Get orda kimdən soruşsan deyəcək.» İnsanlar adətən Sizi təqribi həmin yerə istiqamətləndirirlər, sonra isə həmin yerdə başqasından soruşmağı təklif edirlər :) Bu məqaləni yazmaq ideyası da dəfələrlə bu «məsləhət»i həmvətənlərimdən eşitdikdən sonra ağlıma gəldi. Qərara aldım ki, digər ölkələrdə olan gördüyüm müsbət təcrübələrdən birini Sizinlə paylaşım.
Təhsilimlə əlaqədar 2 il Budapeştdə yaşadığımdan elə məhz bu şəhərdə nəqliyyat sisteminin onlayn təchizatı barəsində Sizə qısa məlumat verəcəm.

( Ətraflı oxuyun )
Paylaş :

Kataloq.NET →  Ramazan təqvimi

Kataloq.NET ənənəvi olaraq müsəlmanların orucluq ayı olan mübarək Ramazan ayında İnternet istifadəçilərinə bir hədiyyə hazırladı. Həmişəki kimi bu Azərbaycan İnternetində bir yenilikdir. Belə ki, oruc tutan və namaz qılan İnternet istifadəçilər üçün artıq namaz vaxtlarını və orucluq vaxtlarını kompüterlərində görə biləcəklər. Bu məqsədlə Azərbaycanda ilk dəfə olaraq xüsusi proqram (widget) hazırlanıb.

Ramazan widgeti Azərbaycanın bir çox şəhərləri üçün namaz vaxtlarını və orucluğun başlama və bitmə vaxtlarını göstərir. Alarm seçildiyi tərdirdə, namaz vaxtlarında səs siqnalı, orucluq vaxtlarında isə əzan səsi ilə xəbərdarlıq edir. Bundan əlavə hər gün widgeti yükləyən istifadəçilər bir yeni hədis oxuya biləcəklər. Hər iftar vaxtı isə iftardan sonda edilən yemək duasını görmək mümkün olacaqdır.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 10 августа 2010, 23:25
  • Weboxu
  • 4