Yazı-Pozu →  Galaxy S-in Kies-ə qoşulma problemi


Yəqinki, Galaxy S istifadəçilərinin Kies proqramından xəbərləri var. Bu Samsungun proqramıdır və telefonla PC arasında rahat əlaqə saxlamaq üçün istifadə edilən bir proqramdır. Düzdür elə-belədə telefonu kompüterə qoşmaq olur. Bu proqram vasitəsilə backuplar götürmək, əməliyyat sistemini update etmək və s. kimi vacib əməliyyatları yerinə yetirmək mümkündür. Galaxy S-in üzərində gələn Android versiyası 2.1 Eclair-di. Onu Froyoya update isə mümkündür. Amma əvvəl gərək Kiesə qoşulaq. Bu zaman da error verirdi. Qəti şəkildə qoşulmurdu. Videoda görülən problem yaranırdı.

( Ətraflı oxuyun )
Paylaş :

Twitter →  Twitter-də XSS açıqları


Bu gün RSS-dən izlədiyim saytlardan birində, Twitter-in XSS açıqları barədə oxudum və mən də sınayım dedim. Həqiqətən də işləyir. Mən də LabrinTest deyə bir username açıb onun üstündə test elədim.
Əvvəla CSS-lə rənglər vermək olur. Məntiqi budur ki, backgrounda və fonta eyni color verdikdə, sadəcə rəng tvitləmiş oluruq:
http://twitter.com/LabrinTest#@"style="background-color:red;color:red;position:absolute;top:0;left:0;width:100%;height:100%"/


Digər bir test isə, JavaScripdit. Burada da zərərsiz bəsit bir kod istifadə edirik:

http://twitter.com/LabrinTest#@"onmouseover="jAvascript:alert('XSS error verir!');"/


https://twitter.com/LabrinTest/status/25112947015
Paylaş :
  • +1
  • 21 сентября 2010, 16:34
  • Shaig
  • 5

Twitter →  Twitter`də bug var - yeniləndi #2

Niyəsə son günlərdə məşhur şəbəkələrin təhlükəsizliklə problemləri çıxır. Facebook`un məsələsi gündəmdən düşməmiş indi də Twitter`in bug`i ortaya çıxıb. Həmin bug vasitəsilə istənilən istifadəçinin sizi izləməsini təmin etmək olur. (sirrini yazacam amma mənim accountu buna alət etməyəcəyinizi ümid edirəm =) ). Problemi tapanlar türklər olublar. Hələki dünyanın tanınmış bloglarında məsələ işıq üzü görməsə də metodun işə yaradığını əminliklə deyirəm. Bug özü də Twitter kimi sadədir:
Twitter`ə accept [sizi izləməyini istədiyiniz adamın username`i]. Məsələn: accept billgates

Mən yoxladım hələ işə yarayır. Belə getsə bu barədə tezliklə dünya mediasında da eşidərik =)

Yenilənmə: Türkiyədən yayılan bu bug Twitter tərəfindən düzəldildi. Bir müddət izləyənlər və izləyicilər sıfırlanmışdı. Artıq rəqəmlər yerinə qayıdıb.
Paylaş :
  • +3
  • 10 мая 2010, 20:51
  • Sadig
  • 10