Təhlil → HTML5 və Flash

Əvəllər düşünməzdim ki, HTML ilə Flash-ı bir-biri ilə qarşılaşdırmaq məntiqli gəlsin. İndi isə aktual qarşılaşdırmalardan biridir. Xüsusi ilə `ın öz məhsullarında onu dəstəkləməməsi məsələni lap qızışdırır. İndi texnologiyada hər kəs Flasha qarşıdır kimi bir fikir formalaşmağa başlayır məndə. İlk olaraq S.Jobs — Apple, Flashı tərk etdi. Öz açıqalamarında Flashı dəstəkləməmə səbəblərinin başlıca olaraq texnoloji tərəfdən geri qaldıqlarını, sürət və təhlükəsizlik problemləri olduğunu göstərdi. Əvəzinə HTML5-i məsləhət görür. iPad və iPhone-larda artıq flasha icazə yoxdur…
isə hələki məsələdə tərəf tutmur (ya da mən qarşılaşmamışam). Hər iki formatı dəstəkləmək fikrindədir.
təmsilçiləri isə HTML5-in tərəfdarıdır. Deyirlər ki, Flash-sız web olmaz, ancaq gərək Flash özünü təkmilləşdirə. İndi kifayət qədər problemləri var.
( Ətraflı oxuyun )
- +2
- 9 мая 2010, 01:09
- 19
Blog: Shaig → Niyə sərbəst browser seçimindən sonra Opera istifadəçiləri çoxalır?

Fevral ayından , Microsoft Avropada browser seçim hüququnu sərbəst edibdi. Bundan ən xeyir görən isə olubdu. Operanın yüklənməsi sürətlə artıbdı. Ümumiyyətlə Opera bu müddətə 2 dəfə böyüyübdü. Yəqinki araşdırma şirkətlərinin açıqlamaları gələndə bunu daha aydın görmək olacaqdı. Bu Operanın öz məlumatlarıdır. Hətta bəzi Avropa dövlətlərində 200-300% . Bəs bunun görən bunun səbəbi nədir? Yəni adi istifadəçi, browseri olmayan biri ilk dəfə niyə Operanı yükləmək üçün seçir. Razıyamki Opera, İnternet Explorer`dən yaxşıdır. Ancaq Firefox, Chrome, Safari kimilərindən daha çox niyə Opera seçilir? Hətta Firefox və Chrome Operadan da üstündürlər demək olar. Mənim şəxsi fikrimcə bunun 2 səbəbi var. Bir səbəb rəngdir. Operanı digərlərindən dərhal seçir. Qırmızı logo. Daha çox diqqət çəkir. Digər səbəb isə onun adıdır. Opera bir musiqi növü kimi, Avropada kifayət qədər seviləndir. Adıda insanların ağlında yer eləyibdi. İnsanlara FireFox ya da Chrome heç bir məna ifadə etmir. Ona görə Opera adı daha doğma gəlir istifadəçilərə. Avropa mədəniyyətində olan Opera musiqisi, onların səyyah seçiminə də təsir edir. Mən belə düşünürəm. Beləcə Opera daha çox yüklənir.
- +1
- 19 марта 2010, 13:19
- 8
Microsoft → Artıq browser seçim hüququ sərbəst olacaq

Son zamanların browser dərdi artıq öz həllini tapacaq kimi görsənir. Xüsusilə Google və Çin arasında yaşanan browser söz-söhbətlərindən sonra Internet Explorer barəsində çox ciddi ittihamlar irəli sürülmüşdü. Nəticədə IE6`nı artıq Google öz məhsullarında dəstək verməməyə başladı. Sonra Almaniya və Fransa hökümətləri rəsmi şəkildə Explorerdən istifadə etməməyi tövsiyyə etdi. Elə bizim yerli internet saytları da bu barədə bəzi addımlar atdılar. Gedərək də öz nəticəsini verməyə başlayır. Digər bir tərəfdən isə Avropa Komissiyası, Microsoftun İnternet Explorer ilə monopoliya meydana gətirməyə çalışdığı iddiasıyla bir araşdırma başlatmışdı. Yəni hər tərəfdən sıxışdırılan Microsoft qərar gəlibdiki bundan xilas olsun. Belə ki, gələn həftədən 12 browser arasından seçim eləmək imkanı olacaq istifadəçilərin. Windows XP, Windows Vista və Windows 7`də belə bir imkanı yeni update ilə istifadəçilərə təqdim edən Microsoft ilk əvvəl bunu İngiltərə, Belçika və Fransada edəcək. Mart ayının ilk 10 günlüyündə isə bütün Avropanı əhatə etməyi düşünür. Ancaq Amerikada hələ ki bu tətbiq olunmayacaq. Ən azından bu haqda nəsə məlumatım yoxdur — heç yerdən oxumamışam.
- +1
- 23 февраля 2010, 16:18
- 9
Blog: Shaig → Texnologiyaya aid foto/karikaturalar
Bəzən internetdə gəzərkən qarşıma maraqlı fotolar çıxır. Bu fotolar bir növ karikatura xarakterli fotolar və ya oxuduğum xəbəri xarakterizə edən foto kadrlar olur. Oxuculara bir qədər yumor hissi ilə çatdırılmış rəsimlərdir. Onlar qarşıma bir-bir yazmaq da istəmirəm. Amma bəzən yazmamaqda olmur. Çox vaxt qarşıma çıxanda `də share edirdim. Sonra fikirləşdim ki, arada qarşıma çıxdıqca bir kənara qoyum bir neçə dənə yığışında birgə share edərəm:
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- 0
- 27 января 2010, 09:44
- 1
Microsoft → Almaniya İnternet Explorer`ə YOX deyir!
Çinli hacker`ların, Google hesablarını İnternet Explorerin , Almaniyanın nüfuzlu mərkəzlərini sərt qərarlar almağa məcbur etdi. Səlahiyyətli nümayəndələr, İnternet Explorerdən uzaq dayanılması mövzusunda .Çin ilə Google arasındakı əlaqələr, hacker skandalının ardından gərginləşmiş və qarşılıqlı bəyanatlarla qopma nöqtəsinə gəlmişdi. Daha sonra Google hesablarının, İnternet Explorer browseririnin bug`ından faydalanaraq sındırıldığı ortaya çıxdı.
Almaniya Federal Rabitə Təhlükəsizliyi Dairəsi, bu inkişaflardan yola çıxaraq, Explorer lazımı bug`ları bağlayana qədər məşhur browserin istifadə edilməməsi yolunda tövsiyə verməyi qərarı aldı. Çinli hacker`ların etdiklərinin, Google qədər Microsoftun da imicinə zərər vurubdur.
- 0
- 17 января 2010, 15:13
- 5
Mozilla → Firefox`un yeni versiyası harda qaldı?

Sevimli brouzerim FireFox`ın yeni versiyasının efirə çıxma tarixi ertələnmişdi. Bu dəfə isə qəribə bir xəbər . Hətta deyirlər ki, indiyə qədər nə oxumuşdunuzsa hamsını unudun. Planlarında başdan ayağa dəyişiklik ediblər. Onlar yenilikləri fərqli versiya nömrələri ilə vermək əvəzinə, olan yenilikləri qısa aralıqlarla efirə vermək qərarına gəldi. Onlar yenilikləri qısa aralıq — updatelərlə verəcəklər. Görək yekun qərar belə olacaq yoxsa yox.
Mozillanın hədəfi isə proyekt mərhələsindəki "Lorentz" kod adlı yeni versiyanın, Google Chrome`un məşhur «hər tab üçün ayrı əməliyyat prossesi meydana gətirmək» xüsusiyyətini bir addım da irəli aparmaqdır. Belə görsənirki Chrome`un sürəti hər kəs kimi Mozillarınında xoşuna gəlibdi. Yeni hədəfləri ən sürətli browser olmaqdır. Görək bu hədəfə çata biləcəklər?
Onu da deyim ki, onsuzda FireFox da az sürətə malik deyil. Sadəcə addonslar sürətini azaldır, bir az ağırlaşdırır
- 0
- 16 января 2010, 10:43
- şərh yaz
Google → Chrome browserlər arasında 3-cülüyə qalxdı.

Gün keçdikcə İnternet Explorer istifadəçi itirir. Onun itirdiyi istifadəçiləri isə digər browserlər aralarında paylaşaraq öz istifadəçilərinin sayını artırırlar. Yeni məlumatlara görə, ən çox irəliləyən Chrome oldu. Google Chrome, %4.6 istifadə nisbəti ilə ilk dəfə olaraq Safarini keçdi. İnternet Explorer və Firefoxun ardında üçüncü sıraya qərarlaşan Google belə görsənirki üst yerlər üçün iddialıdır. Yəqin ki, Chrome OS`dan sonra istifadəsi daha da artacaq.
Ancaq birinci və ikinci sıradakı browserlərin olduqca böyük bir faizə sahib olması Chrome`un bir üst sıraya keçməsini çətinləşdirir. Yəni bu qısa zamanda reallaşmayacaq yəqinki. Çünki üst sıraların faiz nisbəti çox yüksəkdir.
İnternet Explorer, 2008in ikinci yarısından bəri enişdə olmasına baxmayaraq 62%lik bir istifadə nisbəti ilə birinci sıradakı yerini hələ də qoruyur. Bu uzun müddət də belə qalacağa bənzəyir. Çünki ikinci sıradakı Firefox, 24.6%`lik istifadə nisbəti ilə İnternet Explorerə çatmağı xeyli zaman alacaq. Üstəlik İnternet Explorerin faiz itirməsinə baxmayara FireFoxda bu belə deyil. Görək 2010-cu ilin sonunda vəziyyət necə olacaq.
- 0
- 4 января 2010, 12:07
- 2
Texnologiya → Əməliyyat sistemləri, axtarış motorları və internet səyyahları statistikası
2008-ci ildən 2009`un sonlarına doğru olan bəzi statistik məlumatlarla tanış oldum və bölüşmək istədim. Bu statistikalar bir qədər müqayisəlidir. Hamımız internet səyyahları arasında İnternet Explorerin lider olduğunu bilirik, Əməliyyat sistemləri arasında Windows`un, Axtarış sistemindədə Google`un. Bu statistikada isə onların il ərzindəki qrafiləri və mobil dünyadakı yerləri göstərilibdi.
Keçim indidə statistikaya. Əvvəl internet səyyahları:
( Ətraflı oxuyun )
Keçim indidə statistikaya. Əvvəl internet səyyahları:
( Ətraflı oxuyun )
- 0
- 21 декабря 2009, 11:46
- 2
Google → Chrome`un rəsmi addons dəstəyi yaxında başlayacaq.
Bir neçə həftə əvvəl açılan Əlavələri ndə developerlərdən əlavələri qəbul edən Google, önümüzdəki həftə Chrome addonslarını istifadəçilərin istifadəsinə açacaq.( Ətraflı oxuyun )
- 0
- 7 декабря 2009, 20:14
- şərh yaz
Opera →
Opera 10.10 çıxdı…
Opera 10.10 versiyası çıxdı. Mozilla və Microsoftla ciddi rəqabət edən Opera hər zaman yenilikçiliyi ilə bir addım öndə olub.
- 0
- 26 ноября 2009, 15:51
- 4



