İnternet →  İnternet bağlantısında problemlər - bəzi saytlar problemli açılır


Son 1 ayda internet bağlantısından yana üzümüz gülmür. Ofisdəki internet Streamdəndir və ara-sıra kəsilmələr ilə lap bezdirir. Evdə isə Bakinternetdir. Son zamanlara qədər elədə çox problem yaşamırdıq. Hərdən nəsə nasazlıq olurdu. Ancaq son zamanlar burada da tez-tez internet kəsintiləri olmağa başlayıbdı. Son 2 gündə isə lap qəribə problemlər olur. Bəzi saytların açılmağı günün müəyyən periodlarında açılmır. Məsələn Facebook.com, Yahoo.com, PHP.net kimi saytlara gah daxil olmaq mümkün olur, gah da heç açılmır. (php.net Yahoo serverlərində olduğundan eyni problem yaşanır) Sosial platformalar, Facebook və Twitter`də gördüyüm qədəri ilə Yahoo`ya daxil ola bilənlər isə e-mail`ə daxil olmaqda çətinlik çəkirlər. Mən də həmçinin yoxladım, həqiqətən çətin oldu. Ajax`la olan formasına daxil olmaq mümkün olmadı ancaq classic Yahoo mail açıldı.
Digər bir problem də Facebook`un bəzi provayderlərdə zəif işləməsidir. Bu zəifliyə görə də Facebook API`sindən istifadə etmiş saytlarında açılmağı ləngiyir. Məsələn Weboxu`da Facebookda edilən paylaşımların sayını göstərmək üçün API`dən istifadə etmişik deyə, Facebook`u zəif açan provayderlərdə Weboxu`nun açılmağında da ləngimə olur.
Başqa kim, hansı saytların açılmağında problemlərlə üzləşibdisə bölüşsə maraqlı olardı.
Paylaş :
  • 0
  • 7 марта 2010, 21:45
  • Shaig
  • 39