İnternet →  Bir gündə AzNet-də nələr olur? [infoqrafika]


Əsasən dünya internetində bir saatda, bir gündə nələr olduğu ilə bağlı infoqrafikalar görürük. Belə bir infoqrafikanı yerli internet seqmentində verməyi düşündük. Bizdə istifadəçilərin o qədər də çox olmadığını nəzərə aldıqda bu bir saat ərzində olaraq yox, bir gün ərzində olmaqla statistikaları araşdırmaq daha rahat olar. Ən uyğun isə servis saytların statistikalarını araşdırmaq olar. Bunun üçün Azərbaycan internetində keyfiyyətli, çox istifadə edilən hesab etdiyimiz servis saytlarının statistikalarından ibarət müxtəlif məlumatlar əsasında infoqrafika hazırladıq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 18 сентября 2011, 01:19
  • Shaig
  • 13

Təhlil →  Azərbaycan üzrə ən çox istifadə olunan e-mail servislər [araşdırma, statistika]


Son vaxtlarda internetə qarşıma çıxan, dünya üçün və eləcə də Azərbaycan üçün müxtəlif statistikalarla qarşılaşdım, maraqlı bildiklərimizi də blogdan paylaşdıq. Axır bir neçə gün ərzində isə Facebook-un sosial inboxunu aktiv etməyi ilə demək olar ki, mail bazarında ən iddialı oyunçu oldu. Lakin iddialı demək, hələki lider demək deyil. Onun funksiyası ola bilər ancaq istifadəsinin nə dərəcədə yayılacağı bəlli deyil.
Bəs indi Azərbaycanda mail servislərinin istifadəsində kimlər irəlidədir? Bunun üçün sadə bir araşdırma elədim. Üzv sayı çox olan saytların qeydiyyat mailləri arasında hansı servisin üstünlük təşkil etdiyini yoxlamaq lazım idi. Bunun üçün müvafiq saytlardan bu barədə xahiş elədim və onlardan statistikanı aldım. Araşdırmaya kömək etdikləri üçün hər bir sayta təşəkkür edirəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 1 февраля 2011, 20:59
  • Shaig
  • 27