Box.az → Box.az`da yeniliklər
Bu gün görə, Azərbaycandakı böüyk e-mail xidmətlərindən olan `ın rəsmi blogunda dəyişiklik olubdu. Yenilənən bir az daha sadələşibdi.Digər dəyişiklik isə səhifəsində olubdu. Görək irəlidə nə kimi yenilikləri olacaq…
- 0
- 29 ноября 2009, 02:02
- şərh yaz
Box.az → Əlavələri yükləmək üçün yeni alət
Bu gün `ın blogunda oxudum. Mənə in funksiyasını xatırlatdı. Yazını buyurub oxuya bilərsiniz:
( Ətraflı oxuyun )
Çox zaman məktub göndərərkən ona şəkil, video və ya başqa sənədlər əlavə edirik. Əlavə olunan faylın ölçüsü 1MB-dan böyük olduqda bu bir qədər vaxt ala bilər. Bu faylı yükləyən adamda sual yaranır ki “mənim faylımın nə qədəri yüklənib, nə qədəri qalıb?“, “bəlkə heç fayl yüklənmir, bağlantıda problem var?“. Bu problem zəif, dial-up bağlantılarında daha da aktualdır.
Bunu nəzərə alaraq biz Box.az-a yeni yükləmə alətini əlavə etdik. Bu alət vasitəsilə siz nəyinki yükləmə prosesinə nəzarət edə bilərsiniz, həmçinin eyni zamanda birdən çox fayl seçə bilərsiniz!
Aşağıdakı şəkildə “Fayl əlavə et” düyməsinə basdıqdan sonra çıxan dialoq pəncərəsi göstərilib. Gördüyünüz kimi bu pəncərədə siz eyni anda bir neçə fayl seçə bilərsiniz
( Ətraflı oxuyun )
- 0
- 2 ноября 2009, 11:08
- şərh yaz
Box.az → Box.az çatına smayliklar və başqa yeni funksiyalar əlavə olundu
Box.az çatına bir sıra əlavələr etdik. Ən əhəmiyyətlisi smaylikların əlavə olunmasıdır. Sağ tərəfdəki şəkildə hal-hazırda çatda istifadə edilə biləcək simvol kombinasiyaları və onlara uyğun smayliklar göstərilib.Həmçinin çata göndərdiyiniz linklər artıq avtomatik olaraq tanınacaq və üzərinə basılan zaman yeni pəncərədə açılacaq.
Son olaraq çat sisteminə avtomatik qoşulmağı əlavə etdik. İnternet bağlantısından və ya başqa problemlərdən dolayı çat bağlantısı qopduğu zaman sistem avtomatik olaraq 5 saniyə sonra qoşulmağa cəhd göstərəcək.
Ümid edirik ki, bütün bunlar sizin çat söhbətlərinizi daha da emosiyalı və rahat edəcək.
- +1
- 14 октября 2009, 19:14
- şərh yaz




