Box.az → Milli Spamerlərimiz
Yerli e-mail xidmətlərimizdən olan daxili e-mail trafikindən əldə etdiyi milli spamlar barədə son statistik məlumatları :Məşhur təhlükəsizlik şirkəti Symantec spam haqda hesabatında bildirir ki, dünyada məktubların 74.2%-ni spam təşkil edib. Bunu bizim öz statistikamız da təsdiq edir, Box.az-a gələn məktubların .
Bu qədər böyük həcmi görəndə qeyri-ixtiyari sual yaranır: Bu qədər spamı kim göndərir və nə məqsədlə?
Symantecin həmin hesabatında bu suala da cavab var:
( Ətraflı oxuyun )
- +5
- 1 ноября 2011, 03:03
- 2
Box.az → Box.az-da məktubların saxlanması üçün yeni sistemə keçid
Bir ilə yaxındır ki biz məktubların saxlanması üçün yeni sistem (mail storage system) üzərində işləyirdik. Nəhayət bu sistem hazırdır və biz istifadəçilərimizi tədricən yeni sistemə keçirməyə başlamışıq. Hazırda bir neçə min istifadəçi bu sistemə keçirilmişdir.Yeni sistemin əvvəlkindən fərqi nədir?
İlk növbədə sürət və böyümək imkanı. Box.az-da hal-hazırda yüz minlərlə hesab və on milyonlarla məktub saxlanılmaqdadır. Məktubları saxladığımız əvvəlki sistem bu böyük həcmlər üçün hesablanmayıb və bu səbəbdən sürətdə yavaşlamalar müşahidə edilməkdədir.
( Ətraflı oxuyun )
- +1
- 25 октября 2011, 20:10
- şərh yaz
İnternet → Bir gündə AzNet-də nələr olur? [infoqrafika]

Əsasən dünya internetində bir saatda, bir gündə nələr olduğu ilə bağlı infoqrafikalar görürük. Belə bir infoqrafikanı yerli internet seqmentində verməyi düşündük. Bizdə istifadəçilərin o qədər də çox olmadığını nəzərə aldıqda bu bir saat ərzində olaraq yox, bir gün ərzində olmaqla statistikaları araşdırmaq daha rahat olar. Ən uyğun isə servis saytların statistikalarını araşdırmaq olar. Bunun üçün Azərbaycan internetində keyfiyyətli, çox istifadə edilən hesab etdiyimiz servis saytlarının statistikalarından ibarət müxtəlif məlumatlar əsasında infoqrafika hazırladıq.
( Ətraflı oxuyun )
- +3
- 18 сентября 2011, 01:19
- 13
Box.az → Box.az 11 yaşını qeyd edir [infoqrafika]
Azərbaycanın e-mail servisi bu gün 11 ildir ki, istifadəçilərin ixtiyarındadır.Bununla əlaqəli sayt infoqrafika .
Məlumatlardan görmək olar ki:
Saytın 180 000-dən çox istifadəçisi var.
Onların 66%-ı kişi, 33% qadınlardır.
İstifadəçilərin ən çox yaş aralığı 18-24 arasıdır — 40%. İkinci 25-34 yaş aralığı — 20%. Üçüncü isə 17 yaşa qədər — 19%.
( Ətraflı oxuyun )
- +5
- 8 августа 2011, 13:17
- 1
Box.az → Box.az Mobil versiyası yeniləndi

Box.az blogundan verdiyi xəbər ilə, mobil versiyasının yeniliyini .
Yeniliklər arasında:
Azərbaycan və Rus dillərinə tərcumə (bir çox telefonlarda şrift problemi olduğundan bunu etmirdik, lakin yeni modellərdə bu problem yoxdur)
Sosial şəbəkə bildirişləri ayrı qovluqda göstərilir.
Cavab yazarkıb orijinal məktubdan bir hissə göstərilir
Yeniləşdirilmiş ünvan kitabçası
Məktubların sadə mətn formatında göstərilməsi (daha sürətli yüklənib, daha az trafik istifadə etməsi üçün biz HTML məktublarını da mətnə çeviririk)
Yeni rahat dizayn və naviqasiya alətləri
Onu da qeyd edək ki, toxunmalı ekranı olan telefonlar üçün optimallaşdırılmış (iPhone, Android, və s.) xüsusi mobil versiya üzərində işlərimiz davam edir və bir neçə ay içində işıq üzü görəcək.
- 0
- 21 марта 2011, 22:34
- şərh yaz
Box.az → Box.az Chat bütün mobil cihazlarda.

Box.az rəsmi -ın müxtəlif mobil cihazlar tərəfindən istifadə qaydaları açıqlanıb. Qısa müddət əvvəl BlackBerry-lər üçün mobil telefondan istifadə qaydası izah .
Bu dəfə blogundan və (iPhone) platformaları üçün istifadə edilə biləcək izahlar edib.
Symbian üçün isə istifadə ediləcək proqramın linkini Twitterdən .
( Ətraflı oxuyun )
- +3
- 19 марта 2011, 16:12
- şərh yaz
Box.az → BlackBerry smartfonlarında Box.az Chat

Bir neçə ay əvvəl biz kompüterinizə yükləmək üçün (http://chat.box.az/)proqramını təqdim etmişdik. Lakin günümüzdə bir çoxumuzun internetə mobil telefonumuzdan girməyimizi nəzərə alsaq, çat proqramının telefonda olmasını mühüm hesab edə bilərik. Buna görə biz mobil telefonlar üçün Box.az Chat proqramını qurmaq haqda silsilə yazılar yazmağı planlayırıq.
İlk olaraq BlackBerry smartfonlarından Box.az Chat-a girmək üçün addımları diqqətinizə çatdırırıq:
( Ətraflı oxuyun )
- +2
- 21 февраля 2011, 14:01
- 4
Təhlil → Azərbaycan üzrə ən çox istifadə olunan e-mail servislər [araşdırma, statistika]

Son vaxtlarda internetə qarşıma çıxan, dünya üçün və eləcə də Azərbaycan üçün müxtəlif statistikalarla qarşılaşdım, maraqlı bildiklərimizi də blogdan paylaşdıq. Axır bir neçə gün ərzində isə Facebook-un sosial inboxunu aktiv etməyi ilə demək olar ki, mail bazarında ən iddialı oyunçu oldu. Lakin iddialı demək, hələki lider demək deyil. Onun funksiyası ola bilər ancaq istifadəsinin nə dərəcədə yayılacağı bəlli deyil.
Bəs indi Azərbaycanda mail servislərinin istifadəsində kimlər irəlidədir? Bunun üçün sadə bir araşdırma elədim. Üzv sayı çox olan saytların qeydiyyat mailləri arasında hansı servisin üstünlük təşkil etdiyini yoxlamaq lazım idi. Bunun üçün müvafiq saytlardan bu barədə xahiş elədim və onlardan statistikanı aldım. Araşdırmaya kömək etdikləri üçün hər bir sayta təşəkkür edirəm.
( Ətraflı oxuyun )
- +4
- 1 февраля 2011, 20:59
- 27
Box.az → Box.az-da bildirişlər qovluğu
blogunda yeniliyi haqqında məlumat :Sosial şəbəkələr (Facebook, Odnoklassniki, Vkontakte və s.) getdikcə populyarlaşmaqdadır və bir çox Box.az istifadəçisi bu sosial şəbəkələrə üzvdür.
Social şəbəkələrin əsas xüsusiyyətlərindən biri də şəbəkənizdə baş verən hər bir şey haqda sizə bildiriş məktubu göndərməkdir. Məsələn dostunuz sizin şəkilinizi bəyəndi, sizin şərhinizə cavab verildi, və s., və i.a.
Nəticədə sizin poçt qutunuz bu sosial şəbəkə bildirişləri ilə dolur, normal məktubları bildirişlər arasında tapmaq getdikcə çətinləşir, poçt qutusu yararsız hala gəlir.
Aktiv sosial şəbəkə istifadəçiləri gündə yüzlərlə bildiriş alırlar. Nəticədə onların poçt qutusunda 10.000-dən çox bildiriş məktubları yığılır ki bu da poçt qutusunun dolmasına gətirib çıxarır.
Onu da qeyd edək ki, bildirişlər sadəcə gəldiyi an əhəmiyyət daşıyır. Məsələn kiminsə sizin şəklinizi bəyənməyi bildikdən sonra o məktubun heç bir əhəmiyyəti qalmır və silinə bilər. Lakin bir çox istifadəçilər bunları silmədən poçt qutusunda saxlayır.
( Ətraflı oxuyun )
- +2
- 5 декабря 2010, 11:27
- şərh yaz
Mobil Texnologiya → Saytların mobil uyğunlaşdırılması - Box.az [photo]
Smartfonların artışı, mobil texnologiyaların və mobil internetin inkişafı, saytların da bu texnologiyaya uyğunlaşdırılmasını tələb edir. Təbii ki, həmişə olduğu kimi yenə də dünya trendlərini geridən izləyirik. Ancaq sevinmək də olarki, ən azından izləyirik.Heyif ki, Azərbaycanda əsasə köhnə stildə olan wml wap saytları üstündür. Bu texnologiya ilə isə yüksək keyfiyyətli məlumat ötürmək mümkün olmurdu.
Yeni texnologiyaya uyğunlaşdırılmış ilk sayt olaraq mən Azadlıq radiosunun saytını görmüşəm — . Bu da xarici təcrübə olduğundan onların mobil saytının yüksək səviyyədə olmağı normal haldır.
İndi isə mail servisi olan Box.az -ın mobil versiyası haqqında məlumat yazacam. Yeni əldə etdiyim məlumata görə, Box.az -ın yaxın zamanda bir sıra yenilikləri işıq üzü görəcəkmiş. Hal-hazırda yeniliklər üzərində iş gedir. Bu yeniliklərdən biri də mobil versiyadır. İndi hələki mobil variantın üzərində ilkin testlər aparılır. Hər nə qədər indi test aparılan variantda dəyişikliklərin olacağı gözlənilsə də mən screenshotları paylaşmaq istədim.
( Ətraflı oxuyun )
- +2
- 11 ноября 2010, 18:26
- 4



