Blog: farxadus →  İnternet həyatımızda yeniliklər

Son günlərdə Bloqosfer 2011 keçdiyi zaman, çox gözəl anlar yaşadıq. Çoxdandır görmədiyimiz insaları, Nabranda, 2-4 sentyabrda gördük, söhbət etdik. Bu da son ayların ən yadda qalan hadisələrindən birinə çevirildi. Bir neçə gündən sonra MilliNet başlaması da, çox böyük hadisələrdən biridir. MilliNet haqqında dünən bir qədər məlumat vermişəm, yəni demək olar düz 1 həftə qalır. Ancaq hələlik bu hadisələri kənara qoyub, bu günlərdə AzNetdə baş verən yeniliklər haqda sizi xəbərdar edim. Son zamanlar, aktiv və lazımlı layihələrin sayı artır. Elə yenilənən saytlarında sayı az deyil… Son bir neçə həftədə hansı yeniliklər baş verib? Hər bir yenilik barədə qısaca məlumat alaq.

Yeni "Yoxla.az" layihəsi açıldı. Yaradıcılar tərəfindən ADSL, mobil və simsiz internet paketlərinin qiymətlərini seçim ilə fərqləndirən servis təqdim olunub. Elə ana səhifədə də, servis tərəfindən təqdim olunan paketlərdə oldu. Ən sərfəli paket NAR mobile paketi olduğuna görə, Azərfon öz saytında belə bu haqda xəbər yayıb. Bu haqda bloqumdada məlumat vermişdim.

URL:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 8 сентября 2011, 00:02
  • farxadus
  • 2

İnternet →  Boss.az yeniləndi və Azərbaycan dili əlavə olundu


Yeni mövsümün gəlişi ilə, internetdə də canlanmalar başlayır. Azərbaycan internetindəki reytinqli saytlardan olan, Boss.az yeniləndi.
Sayt iş və işçi axtarışları üçün nəzərdə tutulub. Uzun müddət təkcə Rus dilində fəaliyyət göstərən sayt bu yeniləmə ilə birgə Azərbaycan dilini də təkribinə qatır. Saytın default açılış dili də Azərbaycan dilinə dəyişilib. Bu dəyişikliklər Azərbaycan internetindəki Azərbaycan dilinə olan tələbatı da göstərir.
Belə görünür ki, sayt bir qədər tələsərək efirə verilib. Rus dilinə keçmək üçün klik etdikdə http://127.0.0.30:3000/ru URL-inə link verildiyini görmək olur. Bu da işləmir. Ancaq rus dilli versiyası mövcuddur. Sadəcə boss.az/ru adresinə daxil olmaq lazımdır. Haqqımızda bölməsi də hələ hazır deyil.

Saytda diqqət çəkən başqa məqamlar da var: Sağda sayt boyu uzanan reklamlar yığışdırılıb. Həmçinin saytın logosu da dəyişilib.
Paylaş :
  • +2
  • 1 сентября 2011, 01:38
  • Weboxu
  • 6