Blog: thebayramli →  Bloggerin alətləri seriyasından – online və offline alətlər

Offline alətlər – Proqramlar.

Total Commander – www.ghisler.com/. Çoxfunksiyalı file explorer, vaxta və enerjiyə qənaət üçün çox əlverişlidir, funksiyalarının və imkanlarının genişliyi ilə əvəzedilməz alətinizə çevriləcəkdir. Qovluq və fayllarla əməliyyatlar, FTP client, mini proqramlar, çoxseriyalı əməliyyatların kompakt həlli və s. kimi imkanları vardır.
FileZilla – filezilla-project.org/. FTP client proqramıdır, pulsuz, rahat və sadədir.
Notepad++ – notepad-plus-plus.org/. Mətn redaktorudur, sadə və çoxfunksiyalı, alternativlərindən sürətli açılandır.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Blogger və Picasa brandları Google adına birləşir

Google-un blog servisi Blogger və foto servisi Picasa adları dəyişiləcək. Blogger — Google Blogs, Picasa isə Google Photos adlanacaq. Bu barədə Mashable məlumat verir.
Beləliklə Google-un iki məşhur brendi daha da çox istifadə ediləcək deyə düşünülür. Beləliklə onlar Google Plus-a daha sıx inteqrasiya olacaqlar.
Youtube-un isə Google adı ilə birləşməsi gözlənilmir. Çünki, may ayında Google Video servisi bağlanmış və YouTube vahid video kanalı olmuşdu.
Bəhsi keçən dəyişikliklərin yaxın həftələrdə edilməsi gözlənilir.
Google tərəfindən isə mövzu ilə bağlı rəsmi təkzib və ya təsdiq yoxdu.
Paylaş :