Blog: Shaig →  31 avqust - Dünya blog günü


Bu günün (31 avqust) ilk dəfə dünya blog günü olduğunu 2008-ci ildə, Barcamp Lənkəranda öyrənmişdim. 29-31 Avqust tarixində keçirilən ölkədəki ilk Barcampın son günü «Dünya blog günü»nə təsadüf edirdi. Mənim də həmin günü bloglara aid olan təqdimatım olmuşdu. Niyə məhz 31 avqustun blog günü olduğunu dəqiq bilmirəm. Təxminim isə Blog sözünün «31og» bənzəməsi və bu bənzəmədən də 31 avqust ifadəsinə yaxın bir məna alınmasıdır. Ancaq tamamilə səhv fikir də ola bilər. Bilənlər varsa bölüşə bilər. Bu fikrə www.blogday.org saytında gördüyüm logolara baxaraq gəlirəm.
İki il əvvəl Barcampda etdiyim təqdimatın adı «Blogosfer» adlanırdı. Bu gün isə Barcamp Azerbaijan, Bloqosfer2010-nun təşkilatçılarındandır.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 31 августа 2010, 00:09
  • Shaig
  • 2

Texnologiya →  Bloqosfer 2010 - Azərbaycan bloqçuları bir arada!

Nəhayət ki, Azərbaycan İnternetinin bloqçuları və yeni media mütəxəssisləri bir araya gəlmək, fəaliyyətlərini müzakirə etmək şansını əldə etdilər. “Bloqosfer 2010″-a hazırlıq artıq başlamışdır və 10-12 Sentyabr 2010-cu ildə Xudat rayonunun Nabran qəsəbəsində keçiriləcəkdir. Bloqsferin təşkilinə dəstək olmaq istəyən hər bir şəxsi sıralarımızda görməyə sevinərdik.
Qızmar, süst yaydan sonra iş mövsümə bol-bol motivasiya və ideya ilə dolu başlayın! Bloqosfer 2010-a qeydiyyat açıq elan olunur!
“Bloqosfer 2010″ Soros fondunun dəstəyi ilə təşkil olunmağa başlasa da, yeni-yeni partnyorlarımızın qoşulması istisna deyil. Xəbərlərimizi izləyin.
Paylaş :
  • +2
  • 20 августа 2010, 14:55
  • Weboxu
  • 13

Blog: 2ral →  Bloq nədir və bloqumuz necə olmalıdır? başlıq-keçid

Yəqin ki, bu sahədə maraqlanan hər birimiz üçün sual olar ki, bu gün bir çoxlarımızın yaratdığımız bloqlar hardan ortaya çıxdı, bunu kim ərsəyə gətirdi, bu nə üçündür və s...?! Hələ 1994-cü ildə internet aləmində ilk gündəlik dünyaya gəlir. Bu gündəliyin sahibi tələbə olan Castin Xoll (Justin Hall) idi.
Paylaş :

İnternet →  İlin və son 10 ilin sözü.

İl dəyişikliyi olduğunda görə, hər sahədə statistikalar açıqlanmağa başlayıbdı. Hətta il dəyişikliyi eyni zamanda on illik dəyişimi olubdu deyə on illiyin bəzi statistikalarıda açıqlanmağa başlayıbdı. İndi də ilin sözü statistikası da açıqlanıbdı. Burada yazmağıma səbəb isə ilin bütün sahələrdə sözləri arasında internet terminləri üstündür.
2009`un sözü "tweet" olaraq seçilibdi.
Son on ilin sözü də bəlli olubdu. Bu da yəqinki, çox adamın təxmin etdiyi kimi Google`dur.
Araşdırmanın URL`i və PDF forması.
Ən populyar sözlər arasında 9/11, blog, text, war on terror ve Wi-Fi kimi sözlər də var. İlk yeri tutan sözlər onu göstərir ki, texnologiya həyatıma tamamilə daxil olubdu.
Paylaş :

Oxatan →  2009`un İnternet üzrə yekunları başlıq-keçid

Artıq 2009-cu il sona çatır. 2009`un İT sahəsində baş verənlər haqqında bundan əvvəlki postumda yazmışdım. Bu dəfəki yazıda 2009-un internet yenilikləri barədə ağlıma gələnlər haqqında yazıram. Həmin İT tədbirlərin internetədə təsiri oldu demək olar. İnternetdə bir xeyli canlanma yarandı. Maraqlı saytlar açıldı.
Paylaş :

Oxatan →  Blogosferada 2 yeni ad! başlıq-keçid

Blogosferaya iki yeni ad daha gəlir. İkisi haqqında da bir qədər məlumat vermək istəyirəm. Bilindiyi kimi Oxatanda hər açılan sayt yox əsasən yeni, maraqlı ideyalar və ya tamamilə əksinə olaraq keyfiyyətli kimi özlərini göstərmək istəyib çox zay məhsulla qarşımıza çıxan saytlar haqqında məlumat veririk. Bu dəfəki məlumat da müsbət yöndədir.
Paylaş :

digitalbr@nd →  Digitalbrand presentation.

Paylaş :

HP →  HP şirkəti Azərbaycan bazarına əfsanəvi Compaq brendi altında iki kompüter çıxarır.

Compaq brendi altında iki kompüter çıxardır

HP şirkəti dünya kompüter bazarına əfsanəvi Compaq brendi altında iki kompüter çıxardı. Etibarlı stolüstü Compaq 500B və 505B kompüterləri kiçik və orta biznes üçün hazırlanmışlar, və bütün zəruri alətləri və proqram həllərini səmərəli şəkildə istifadə etməyə imkan verib, müasir biznesin bütün tələblərinə cavab verirlər.


( Ətraflı oxuyun )
Paylaş :

Yumroo →  Yumroonun blog servisi yeniləndi

Yumroo`nun blog servisi yeniləndi. Artıq canli.az kimi fəaliyyət göstərəkmiş. IBP-nin blog servisindən, Wordpress MU sisteminə keçiriblər indi. Özlərindən sitat:
Hörmətli istifadəçilər,

Yeni Canlı Bloqlar xidməti sizin istifadə üçün təqdim edirik. Sizin Loqin və şifrələr saxlanıldı. Bütün məlumatlar qayğı ilə yeni interfeysə köçürüldü.

Canlı Bloqlar müvəqqəti İngilis dilində çalışır. Yaxın zaman tam olaraq Azərbaycan dilində fəaliyyəti davam edəcək.

Canlı Bloqlar daha çox imkanlara malikdır. Sınayın və rəyinizi bildirin :)

Canlı Bloqlar bir ay test rejimində çalışacaq və biz sizin təkliflərinizi diqqətlə təhlil olunacaq.

Hörmətlə,

Canlı Bloqlar.
Paylaş :
  • -1
  • 14 октября 2009, 12:44
  • Weboxu
  • 21