Start-up`lar →  MoBiz.az - Mobil Biznes Portalı

Bu gün Facebook səhifəmdə yeniliklər səhifəsində, bizim sevimli Rəşad Əliyevin yeni statusunu gördüm. O gün yazırdı ki, bəs FirstSteps.az üçün könüllü axtarıram. Bu da statusu:

"İlk Addımlar layihəsinin inkişafı üşün könüllü axtarışında...Tələsin, vaxta az qalıb..." url.az/7rt

Bəs siz fikirləşə bilərsiniz ki, Rəşad özü gözəl proqramçı olduğu halda niyə köməkçi axtarır? Öz bloqunda bu halı belə aydınlıq gətirib:

İlk Addımlar layihəsinin yeni versiyası üzərində çalışıram, bununla əlaqədar digər layihələrin də proqramlaşdırılması üzərində işlədiyim üçün görürəm ki, artıq mənə köməkçi lazımdır.
Ona görə də, İlk Addımlar layihəsinin yeni versiyasını işə salmaq üçün könüllülər axtarışına başlayıram.


Bu günkü statusu isə, təxmini yarım saat bundan əvvəl yazıb. İndi başa düşürəm ki, nəyə görə FirstSteps layihəsini özü proqramlaşdıra bilmir. Hal-hazırda əlində olan wap.xana.az / poni.az / moxito.az və s. layihələri ilə birlikdə yeni bir beta layihə təqdim edir:


( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 8 сентября 2011, 22:57
  • farxadus
  • 6

Texnologiya →  Ən çox etibar edilən sahə hansıdır?


Dünya üzrə edilən bir araşdırmada insanlara ən çox etibar etdikləri sahənin hansıları olduğu soruşuldu.
Ən düzgün olanı etdiyinə, ən çox güvəndiyiniz sahə hansıdır? Bu sualı 23 ölkədən cəmi 5075 iştirakçıya soruşan Edelman adlı araşdırma şirkəti, hər il təşkil etdiyi güvən indeksi araşdırmasının nəticələrini nəşr etdi.

Edelman tərəfindən nəşr olunan nəticələrdə texnologiya sənayesinin açıqca ən çox etibar edilən sahə olduğu meydana çıxdı.

İştirakçıların 81%-i texnologiya sahəsinə güvəndiklərini ifadə edərkən, ikinci və üçüncü sırada isə avtomobil və telekominikasiya sahələri oldu.
Paylaş :

Texnologiya →  Bakıda Azərbaycan-Belarus İKT forumu keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən:
Fevral ayının 9-da paytaxt Bakıda informasiya-kommunikasiya texnologiyaları sahəsində birinci Azərbaycan-Belarus biznes forumu keçiriləcək.
Tədbirin məqsədi iqtisadiyyat sahəsində dövlətlərarası münasibətlərin genişlənməsi, ölkələrin İKT sahəsində inkişaf vəziyyətlərinə dair məlumat mübadiləsinin aparılması, əməkdaşlığa dair birgə istiqamət və layihələrin müzakirəsindən ibarətdir.
Forum çərçivəsində Belarus tərəfi bu ölkədə həyata keçirilən layihələr, xüsusən də milli iqtisadiyyatın rəqabətə davamlılığının artırılmasına yönəldiləcək proqram təminatı, informasiya-kommunikasiya və digər yeni və yüksək texnologiyaların işlənib hazırlanması üçün yaradılmış Yüksək Texnologiyalar Parkı (YTP) barədə məlumatlar təqdim edəcək.
Forum əsnasında YTP-nin direktoru Valeri Sepkalonun “Belarus Respublikasının innovasiyalara açıq mühiti” mövzusunda təqdimatı keçiriləcək. Həmçinin Forumda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsinin “Azərbaycan Respublikasında Regional İnnovasiya Zonasının yaradılması perspektivləri” mövzusunda təqdimatla çıxış edəcəyi nəzərdə tutulur.
Tədbirdə iki ölkənin şirkət və təşkilatları arasında sazişlər imzalanacaq.
Forumun proqramı aşağıdakı tematik bölmələrdən ibarətdir:
bank sektoru üçün həllər;
neft və qaz sektoru üçün informasiya texnologiyaları həlləri;
Azərbaycanın rabitə operatorlarının (GSM, CDMA, PSDN) nümayəndələri ilə görüş; Azərbaycanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri ilə görüş.
Paylaş :
  • 0
  • 8 февраля 2010, 22:29
  • Weboxu
  • 4