Təhlil →  Xarici saytların Azərbaycanın internet bazarına marağı


Azərbaycan interneti inkişaf etdikcə, istifadəçilərin sayı çoxaldıqca, bazara qarşı olan maraq da getdikcə artmağa başlayır. Yerli bazara investisiya qoyan olmadığı üçün, xarici bazarın pullu oyunçuları burada da rahatlıqla öz işlərini görürlər. Həm də çox ağıllıca.
Nəzərə alsaq ki, bizim bazarda bir dənə də olsun normal bir elektron ödəmə vəsaiti yoxdu. Yerlilərdən əsası Goldenpay`dir ki, ona qoşulmaq elə də asan deyil. Ona görə də ən çox yayılmış ödəmə sistemi SMS`dir.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 17 марта 2010, 03:03
  • Shaig
  • 4

Blog: Shaig →  Bakililar`ın Bazarı bağlanıbdı...

Bu gün internetimizin veteran saytı, illərdir görünüşünə sadiq qalan, dəyişməyən, yenilənməyən Bakililar.az servislərindən birini — Elanlar bölməsini bağlayıbdı. Daha doğrusu servisdə təmir getdiyini yazırlar. İndi bilmirəm 2010-cu ilin yenilənmə trendində Bakililar da əməl edib, özündə nəsə yeniliklər edəcək ya sadəcə «doymuş» bir servisini bağlayıbdı. Hər halda yenilənsə daha yaxşı olardı. Hətta nəyinki bir bölməsi, ümumilikdə saytın özü.
Onu da qeyd edim ki, yazını yazmağa səbəb — mənim diqqətimi çəkən məqam, saytın təmirdə olmağı yazısı bildiyimiz ənənəvi təmir iconu ilə qoyulmamasıdır. Bu dəfəki də ənənəvi mənzərədir, sadəcə bizim ölkəyə məxsus ənənəviliyi var:
Paylaş :
  • 0
  • 11 февраля 2010, 23:07
  • Shaig
  • 6