Start-up`lar → Yerler.im - Azərbaycanda bankomat axtarış servisi

Hansı bankın bankomatı sizə lazımdırsa onu tapmağı daha rahat etmək üçün yeni servis istifadəyə verilib — .
Saytda xəritə olaraq Google Maps-dan istifadə olunub. Azərbaycanda fəaliyyət göstərən bankların ATM məntəqələri qeyd olunub. İstifadəçi avtomatik olaraq olduğu yeri saytda təyin edə bilər və beləcə yaxınlığındakı istədiyi bankın ATM-ini öyrənə bilir.
PC və Mac-da Chrome 12+, Firefox 5+ ,Opera 11+ ,Internet explorer 8+ brouserlərində işləyir.
Saytda yazıldığına görə, yaxın zamanda iPhone, iPad və Android platformaları üçün də tətbiqləri istifadəyə veriləcək.
Saytın necə işləməsi ilə aşağıdakı videoda tanış olmaq mümkündür.
( Ətraflı oxuyun )
- +3
- 7 сентября 2011, 00:36
- 18
İnternet → Dünya Spam şəbəkəsində Azərbaycan adı da çəkilir

Yəqin ki, blogumuzun oxucuları spam barədə kifayət qədər məlumatlıdırlar. Korporativ e-maili olanların isə demək olar ki, spam e-maillər baş bəlasıdır.
Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan New York Times-da Spammerlərin Bankları haqqında bir yazı dərc . Bu yazıda Azərbaycanın da adı çəkilib. Belə ki, spamerlər pul transferləri üçün Azərbaycandan da istifadə edirlər. İstəyən yazını oxuya bilər. Yazının maraqlı məqamlarını isə mümkün qədər tərcümə edək.
Məqalə maraqlı bir fraza ilə başlayır:
Bill Gates-in 2004-cü ilin əvvəlindəki bir ifadəsi ilə — «2 il sonra spam problemi həll ediləcək». O vaxtdan indiyə çox vaxt keçib ancaq həll olunmayıb. Üstəlik indi e-maillərin 70%-ini də spamlar təşkil edir.
( Ətraflı oxuyun )
- +1
- 31 мая 2011, 03:34
- 6
Ultra → Bakıda “Bank sektorunun müasirləşdirilməsi üçün innovasiya həlləri” seminarı keçirildi
28 oktyabr 2010-cu il tarixində Bakıda ULTRA (Bakı), “Sistem Texnologiyaları” (Minsk) və Oracle (Bakı) şirkətlər alyansı tərəfindən təşkil olunmuş “Bank sektorunun müasirləşdirilməsi üçün innovasiya həlləri” mövzusunda seminar keçirilib. Tədbir Park İnn otelinin Dan Ulduzu konfrans zalında baş tutmuşdu. Seminarda biznesin gələcəkdə inkişafı və sabitləşməsi üçün informasiya texnologiyalarının effektiv istifadəsində maraqlı bank və maliyyə strukturlarının 40-dan çox mütəxəssisi iştirak etmişdir. ULTRA şirkətinin prezidenti Tahir Mirkişili və “Sistem Texnologiyaları” Birgə Məhdud Məsuliyyətli Cəmiyyətinin başçısı Aleksnadr Mukovozçik seminarı açıq elan etmişdilər. Seminarın əsas məsələləri tərəfdaş təşkilatlar tərəfindən işlənib hazırlanan və tətbiq edilən həllərin və İT texnologiyaların nəzərdən keçirilməsindən, həmçinin əməkdaşlığın aktual istiqamətlərinin müzakirəsindən ibarət idi. Tahir Mirkişili qeyd etdi ki, “bankdaxili proseslərin həyata keçirilməsində informasiya texnologiyaları artıq köməkçi funksiyanı yerinə yetirmir, hətta İT biznes-proseslərin ən mühüm tərkib hissəsinə çevrilmişdir. – Şöbələrin məqsədlərinə və tələblərinə uyğun olaraq yaradılan və fəaliyyət göstərən düzgün qurulmuş İT-infrastruktur bank rəhbərliyinə və işçilərinə təşkilat daxilində və ondan kənarda baş verən prosesləri tam olaraq anlamağa kömək edir, daimi dəyişən mühit şəraitinə tez uyğunlaşmağa, opertiv olaraq yeni müştəriləri tapmağa və yeni xidmətləri sürətlə bazara çıxarmağa imkan verir”.
( Ətraflı oxuyun )
- 0
- 2 ноября 2010, 10:17
- şərh yaz



