Blog: Antonio →  AzeriBlog açıldı


Axırı ki, uzun ayrılıqdan sonra Azeriblog fəaliyyətini bərpa etdi. Təxminən bir neçə həftə bundan qabaq blogun bağlanması ilə bağlı xəbərlər yazmışdıq. Bağlanma haqda müxtəlif söhbətlər də gəzirdi. Hətda blogun rəhbəri Fərhad bəy bununla bağlı açıqlama da vermişdi. Belə…

Düşünürəm Azeriblog əvvəlki statusunu qayta bilər. Amma mən Fərhad bəyi heç qınamıram öz maliyyə vəsaiti ilə blogu saxlayırdı. Baş verən hadisələrə gəlincə internet istifadəçiləri anlaşlıqlı qəbul eləməlidirlər. Hər kəsə uğurlar…

LİKE etməyi unutmayın
Paylaş :

Bloglar →  AzeriBlog yenidən açılır.


Təqribən 1 ay əvvəl — oktyabr ayının 28-də, AzeriBlog-un bağlanmağı ilə əlaqədr bir yazı yazmışdım. Həm blog servisinin bağlanmağı məyus etdi. İlk blog servisi bağlanırdı. Həm də bir qədər istənməyən söz-söhbətlər olmağı məyus edti.
Başqa bir maraqlı məqam isə, dalbadal Azərbaycana aid blog servisləri bağlandı. Azeriblogun ardından Blogda.az servisi bağlandı. Üstündən bir az keçmiş, yumruya məxsus Canli.az servisinə daxil olmaq mümkün olmadı. Belə görünür ki, servis artıq fəaliyyətini dayandırıb.

Bu gün e-mailimə Azeriblogdan bir məktub gəldi. Məktubda blog servisinin aqibəti haqqında məlumat verilirdi.
Sitat:
Yeni ilin ilk gününün ilk dəqiqəsində AzəriBlog sistemi yeni dizayn və yeni imkanlarla yenidən istifadiyə veriləcək.

Mətndən belə görünür ki, 2011-ci ilin başlanğıcında blog servisi yenidən açılacaq. Həm dizaynda, həm də sistemdə müəyyən yeniliklər də olacaqmış. Düzdü məktubda məlumat verilməyib, ancaq mən hesab edirəm ki, baza da bərpa olunar. Sayt açılanda yenidən baxıb nə yerdə olduğunu görə bilərik. Uğurlar.

Məni maraqlandıran digər məsələ isə, saytın açılandan sonra onun köhnə mövqeyinə qayıdıb-qayıtmayacağıdır. İndiyə qədər kifayət qədər ciddi qəbul edilmiş resurs idi. Lakin birdən-birə xəbərsiz bağlanması onun ciddiliyinə indiki anda xələl gətirib. Sayt iki aydan çox bağlı qalacaq. Bu müddətdə oradakı blog sahibləri öz bloglarını yeniləyə bilməyəcək. Bu isə gələcəkdə insanların blog açarkən düşünməyə vadar edən məsələ olacaq. Ümumiyyətlə yerlo blog servislərinə inam azalacaq. Bu tək Azeribloga aid deyil. Digər sistemlər də eyni vəziyyətdədir. Beləliklə Azeriblogun yenidən mövqeyini bərpa etməyi yəqin ki asan olmayacaq. Üstündə çox çalışmaq gərək olacaq.
Paylaş :

Blog: Antonio →  Azeriblog.com-dan 15 min bloq yazarına «sürpriz»

“Bu, tam qanunsuzluqdur və fırıldaqdır, mənim müddətim bitsəydi, hətta abonent haqqı ödəməsəydim, yenə həmin sayt təzələnmək imkanı olmadan orda qalmalı idi. Üstəlik, heç bir xəbərdarlıq eləmədən bunu edib, bu, etikadan kənar hərəkətdir”.

1020 YAZI BİR ANIN İÇİNDƏ GÖYƏ SOVRULDU

Azeriblog.com saytında şəxsi bloqunu yaratmış və xeyli müddətdir ki, burada bloq yazıları ilə çıxış edən 15 mindən artıq azərbaycanlı oktyabrın 20-də günün ikinci yarısında bloqundan istifadədən məhrum edilib.

Müstəqil jurnalist Məmməd Süleymanov da həmin saytda şəxsi bloqunu yaradanlardandır və deyir ki, iki ildən artıq müddətdə bloqunda 1020 yazısını yerləşdirib. Hətta ötən ilin sentyabr ayından saytın sahibi bloq yazarlarına pullu xidmət təklif edəndə buna razılıq verənlərdən biri də o olub:

“Keçən ilin sentyabrında pullu elədi, mən də noyabr ayında illik 10 manat ödədim. Pulu bank yolu ilə şəxsi hesabına köçürürdüm, bankdan aldığım qəbzin fotosunu elektron adreslərinə göndərdim ki, bloqumu aktivləşdirsinlər”.

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  Azeriblog bağlandı, domain satılır [Yeniləmə]

Azərbaycanın ən böyük blog servisi, blog şəbəkəsi olan AzeriBlog təəssüfki bağlandı. Saytın əsas səhifəsində domainin satıldığı yazılır. Bu satış məsələsi barədə çoxdan eşitmişdim. Belə sonlanacağını isə ehtimal etmirdim.
Yəqinki satış barədə çoxlarının da artıq xəbəri var. Yazmaqda gecikmə səbəbim Azeriblogla əlaqə saxlamağa çalışmağım oldu. Ancaq e-mail və msn-dən bir cavab gəlmədiyi üçün mən də müşahidələri qeyd edəsi olacam.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 28 октября 2010, 15:08
  • Shaig
  • 19

Blog: KoLGe →  AzəriBlog bağlan(ıb)mayıb(?)! [YENILƏNİB!]

AzeriBlogun bağlanıb-bağlanmadığına aydınlıq gətirildi. Özü də bir başa AzeriBlog-un Admini güneyli qardaşımız Fərhad bəy tərəfindən. Fərhad bəy, yazıb bildirdi ki, «Sizin baxdığınız AzerBlog-dur və AzeriBloga heç bir aidiyyatı yoxdur.» Həqiqətən də elədir.

P.S. Yazını yorğun iş günündən sonra, gecə saatlarında hazırlamışdım. Üzrlü hesab edin həqiqətən də bircə simvolda səhv etmişəm "İ". Səhifədəki yazının fars əlifbasına oxşaması, google translate-de Fars dilində tərcümə olunması məni lap çaş-baş saldı. :) Diqqətsizliyimə görə üzr istəyirəm.

Dərin hörmətlə.

AzNET-də bir canlılıq hiss olunur son vaxtlar. Birdən yadıma Azəriblog düşdü… Ki girim görüm bəlkə nəsə yenilik gördüm… Amma gördüyüm tanımadığım əlifba ilə yazılmış yazı oldu.

قوللانیلمادی، قاپاتیلدی


Google Translate ilə tərcümə etdim… Belə bir yazını oxudum… Kullanılmadı, Qapadıldı...

Tərcümə üçün tıkla

Heyif. Öz üzərilərində işləyib inkişaf etmək əvəzinə tez bezdilər görünür…
Paylaş :
  • +1
  • 10 февраля 2010, 22:06
  • Panda
  • 24