AzerDict → AzerDict iOS Tətbiqi
AzerDict lüğətinin iPhone versiyasi artıq hazırdır. Görünüşü və funksionallığı demək olar ki, versiyası ilə eynidir. Yani applicationda Azərbaycan-English və əksinə tərcümə bölümü və sözlərin düzgün yazılışını yoxlaya biləcəyiniz orfoqrafiya bölümü mövcuddur. Applicationun necə işlədiyini görmək üçün aşağıdakı videoya baxın.
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- +3
- 30 сентября 2011, 11:36
- 5
İnternet → Bir gündə AzNet-də nələr olur? [infoqrafika]

Əsasən dünya internetində bir saatda, bir gündə nələr olduğu ilə bağlı infoqrafikalar görürük. Belə bir infoqrafikanı yerli internet seqmentində verməyi düşündük. Bizdə istifadəçilərin o qədər də çox olmadığını nəzərə aldıqda bu bir saat ərzində olaraq yox, bir gün ərzində olmaqla statistikaları araşdırmaq daha rahat olar. Ən uyğun isə servis saytların statistikalarını araşdırmaq olar. Bunun üçün Azərbaycan internetində keyfiyyətli, çox istifadə edilən hesab etdiyimiz servis saytlarının statistikalarından ibarət müxtəlif məlumatlar əsasında infoqrafika hazırladıq.
( Ətraflı oxuyun )
- +3
- 18 сентября 2011, 01:19
- 13
AzerDict → AzerDict Android tətbiqi

Yerli layihələrimizi dəstəkləməyə davam edirik. Növbəti addımımız Android tətbiqidir. AzerDict-in nə olduğunu hələ də bilməyənlər üçün qısaca deyim ki, Azerbaycanca-İngiliscə-Rusca lüğət saytıdır. Eyni zamanda saytda Azərbaycanca sözlərin düzgün yazılışını yoxlaya biləcəyiniz orfoqrafiya bölməsi də var. Hal-hazırda rusca lügət Beta olduğuna görə Android tətbiqində Azərbaycanca-İngiliscə lüğət və Orfoqrafiya bölməsisi hazırlamağı qərara aldıq.
( Ətraflı oxuyun )
- +8
- 2 мая 2011, 22:36
- 16
AzerDict → Google Chrome AzerDict Qoşması
İngiliscə-azərbaycanca lüğətin tərəfindən üçün hazırlanan Google Chrome (Quql Krom) internet bələdçisi qoşması bu gün istifadəyə verildi. AzerDict uzantısı sadə istifadəçi araüzü () və istifadə rahatlığı ilə fərqlənir. Saytın mobil versiyasında olduğu kimi qoşmada sadəcə ingiliscə-azərbaycanca lüğət və lüğətdə istifadə olunmuş qısaltmalar yer alır. Bu qoşma sizə, Chrome bələdçisi istifadə etdiyiniz müddətdə sayta daxil olmadan, birbaşa və daha sürətli şəkildə sözləri lüğətdə axtarmaq imkanı verir. Qoşmanı endirə bilərsiniz. Qoşmanın istifadəsi haqqında qısa videonu aşağıda izləyə bilərsiniz:
( Ətraflı oxuyun )
- +7
- 17 марта 2011, 22:35
- 1
Weboxu → Weboxu 2010 istifadəçi seçimlərinin nəticələri
2011 başlayanda Weboxu-nun oxucuları üçün, bir səsvermə . Bu tip səsvermələr internetdə ənənəvidir və müxtəlif resurslar öz oxucularının ötən il nələri bəyəndiyini beləcə təyin edir.
Biz də ayın birindən seçimlərə başladıq. Seçim əvvəli müzakirələr zamanı namizədlər qərarlaşdırıldı və səsvermə başladı. 4 nominasiyada aparılan səsvermələr dünən axşam etibarı ilə başa çatdı. Gecə 24.00-da screen aldım. Onun əsasında da sıralamanı edəcəm. Gecikmə üçün əvvəlcədən üzrlər. Xüsusi səhifənin hazırlanması obyektiv səbəblərə görə bir qədər yubanır. Onu gözləməmək üçün blog postunu yazıram.
( Ətraflı oxuyun )
- +2
- 14 января 2011, 00:00
- 3
Təhlil → 2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?

2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi ( və yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.
( Ətraflı oxuyun )
- +6
- 1 января 2011, 17:51
- 5
AzerDict → AzerDict Aforizmlər
aforizm arxivini istifadəyə verdi. Hal-hazırda arxivdə 500-dən çox Azərbaycan və İngilis dilində aforizm mövcuddur və hər gün yeniləri əlavə olunur. Bu xidmətdən yararlanmaqla facebook hesabınız ilə daxil olub statuslarınızı məşhur filosof və elm xadimlərinin kəlamları ilə yeniləyə bilərsiniz. Bu şəkildə paylaşdıqdan sonra adresindən seçdiyiniz aforizmləri yaddaşda saxlama imkanı da var. Arxivə baxmaq üçün keçidindən istifadə edə bilərsiniz.
- +3
- 16 сентября 2010, 16:05
- şərh yaz
AzerDict → Tercumet.com, Azerdict.com-a birləşdi
2009-cu ildə açılmış saytlardan biridir. Saytla ilk dəfə 2009-cu il 10 avqustda . Təqribi 1 il əvvəl. Saytda Azərbaycan, İngilis, Türk dilləri arasında tərcümələr mümkün idi.

Sayt uzun müddət beta versiyada xidmət göstərdi. Ötən günlərdə isə Tercumet.com qurucusu ilə qurucuları arasında aparılan danışıqlardan sonra birgə fəaliyyət qərarı alınıb. Tercumet.com doamini AzerDict-ə bağışlanıb.
AzerDict isə cari ilin fevral ayından .Saytda Azərbaycan-İngilis dillərində lüğət, Rusca Lüğət və Orfoqrafiya Lüğəti mövcuddur. İki saytın əməkdaşlığı isə aşağıdakı kimi şərh olunub:

Sayt uzun müddət beta versiyada xidmət göstərdi. Ötən günlərdə isə Tercumet.com qurucusu ilə qurucuları arasında aparılan danışıqlardan sonra birgə fəaliyyət qərarı alınıb. Tercumet.com doamini AzerDict-ə bağışlanıb.
AzerDict isə cari ilin fevral ayından .Saytda Azərbaycan-İngilis dillərində lüğət, Rusca Lüğət və Orfoqrafiya Lüğəti mövcuddur. İki saytın əməkdaşlığı isə aşağıdakı kimi şərh olunub:
Azərbaycanın ilk lüğət saytlarından biri olan Tercumet.com 2009-cu ildən bəri fəaliyyət göstərir. AzerDict dil portalını daha da çox inkişaf etdirilməsi və yayğınlaşdırılması üçün Tercumet saytının qurucusu və idarəçisi saytımızla əməkdaşlıq çərçivəsində tercumet.com domeynini AzerDict-ə bağışlamışdır. Bundan sonra saytına girən bütün istifadəçilər ünvanına yönləndiriləcəkdir. AzerDict-ə köməyini əsirgəməyəcəyini bildirən Hilal Baydarov gördüyümüz işlərin də təqdirəlayiq olduğunu vurğulamışdır. AzerDict komandası olaraq biz də öz adımızdan ona təşəkkür edirik.
- +1
- 13 августа 2010, 01:12
- şərh yaz
AzerDict → Orfoqrafiya Lüğəti İstifadəyə Verildi
nda orfoqrafiya lüğəti istifadəyə verildi. ndə müəyyən edilmiş qaydalara görə sözlərin düzgün yazılış formaları verilir. Azərbaycan dilinin orfoqrafiya lüğəti Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni əsasında tərtib edilmişdir. AzerDict orfoqrafiya lüğətində 80 000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir. Lüğətdə axtarış zamanı səhv yazılan sözlərin düzgün alternativləri “Bunu demək istədiniz?” funksiyası vasitəsilə göstərilir. Bundan başqa yazılışında ən çox səhvə yol verilən sözlər düzgün variantları ilə birlikdə lüğətdə öz əksini tapıb.Orfoqrafiya lüğətinə keçidindən daxil ola bilərsiniz.
- +5
- 21 июля 2010, 13:39
- 3




Azərbaycanın ilk lüğət saytlarından biri olan Tercumet.com 2009-cu ildən bəri fəaliyyət göstərir. AzerDict dil portalını daha da çox inkişaf etdirilməsi və yayğınlaşdırılması üçün Tercumet saytının qurucusu və idarəçisi saytımızla əməkdaşlıq çərçivəsində tercumet.com domeynini AzerDict-ə bağışlamışdır. Bundan sonra saytına girən bütün istifadəçilər ünvanına yönləndiriləcəkdir. AzerDict-ə köməyini əsirgəməyəcəyini bildirən Hilal Baydarov gördüyümüz işlərin də təqdirəlayiq olduğunu vurğulamışdır. AzerDict komandası olaraq biz də öz adımızdan ona təşəkkür edirik.