Google →  Google axtarışını təmizləyir

Google son zamanlarda axtarış nəticələriylə əlaqədar aldığı tənqidlərdən xilas olmaq istəyir. 2011-in ilk ayında Google axtarış nəticələrində saxta və spam saytlarının hədəfi olmuşdu.

Google-un baş mühəndisi Matt Cutts, belə saytları bu şəkildə şərh edir; «Axtarış nəticələrində gördüyünüz spam saytlar, axtarış mühərrikini aldadıb nəticələrdə daha yuxarılara çıxmaq üçün hiylə edirlər.»

Cutts köhnə sadə spam saytlarının yerini «məzmun tarlası» saytlarının aldığını söyləyir. Belə saytlar da istifadəçiləri aldadır. Bu saytlar axtarış sözlərindən ibarətdir və bu şəkildə axtarış nəticələrində yuxarıda görünür. Google-un yeni istifadə edəcəyi sinifləndirmə sistemi isə, bəzi xüsusi axtarış sözlərini ayırıb, bu kimi «məzmun tarlası» saytlarını ortaya çıxardır və bu saytların axtarış nəticələrində yuxarılarda olmasına maneə törədir.

Digər tərəfdən son zamanlarda Google müxtəlif bölmələrinə rəqib saytlar tərəfindən də tənqidə məruz qalmışdı. Rəqiblər ondan şikayətçi idi ki, Google özü fəaliyyət göstərdiyi sahələrdə axtarış nəticələrində həmişə öz servislərini öndə çıxarır və bu məzmunun keyfiyyətinə görə saytların sıralanması prinsiplərinə ziddir.
Paylaş :

Blog: web →  Mobildünya - Mobil telefonların axtarışı



www.mobildunya.az veb səhifəsi mobil telefonlar haqqında ətraflı məlumatların əldə olunmasına xidmət edir.

Veb səhifə üç istiqamət üzrə fəaliyyət göstərir:

1) Mobil telefonların istehsalçısının bütün modelləri üzrə və ya istehsalçının konkret modelinə görə axtarış aparılması.

2) İstifadəçilərin istədikləri mobil telefon funksionallıqlarının (Korpus, yaddaş həcmi, blutuz, WIFI, radio, kamera, video və s. olub olmamasına görə) hansı modeldə olduğunun tapılması.

3) 2-3 mobil telefonun müqayisə olunması.

Veb səhifədə əsas üstünlüklər ondan ibarətdir ki, mobil telefon haqqında ətraflı məlumat almaq olur. Misal üçün mobil telefon axtaran zaman onun funksionallıqlarını, orta hesabla 5-6 görünüşdən müxtəlif rənglərdə fotolarını, ən əsasə isə tağılan telefon haqqında video çarx izləmək olur, hansı ki telefonun hərtərəfli görünüşü və daxili menyuları və s. funksiyalarının necə işlədiyini görmək olar.
Bir neçə telefonda isə video çarxlarda mobil telefonun reklam çarxı yerləşdirilib.

Funksionallığa görə axtarış aparmaq üçün istədiyiniz funksionallıqları qeyd edib axtarış apararaq bu funksionallıqların hansı telefonda cəmləndiyini və həmin funksionallığa ən yaxın olan 10 modeli görmək olar.

www.mobildunya.az veb səhifəsinin digər üstün cəhəti ondadır ki, Azərbaycan, Rus və İngilis dillərində fəaliyyət göstərir.
Paylaş :
  • +1
  • 19 июля 2010, 12:16
  • web
  • 13

Qwerty.az →  "SMS dili" və axtarış problemi başlıq-keçid

Aznet istifadəçiləri internetdə yazışarkən Latın qrafikalı Azərbaycan əlifbasından(LQAƏ) daha çox ingilis əlifbası(İƏ) ilə yazırlar, nəticədə Azərbaycan «SMS dili» meydana çıxır. (Men gelirem, en yaxshi, mentiqli dushunce və.s.). Aznetin ümümi mətn bazasının nəhəng olmadığını və istifadəçilər tərəfindən daxil olunan informasiyanın(forum müzakirələri,twitter tweetləri, bloq şərhləri və.s.) əksərinin İƏ-də olduğunu nəzərə alsaq, bu önəmli bir axtarış probleminə gətirib çıxarır.
Paylaş :