Google →  Google-da axtarış nəticələri fərdiləşəcək


Google-a əlavə ediləcək yeni funksiya, axtarış nəticələrinizi xüsusiləşdirmənizi təmin edəcək. Axtarış nəticələrində ilk səhifədə görmək istəmədiyiniz saytları bloklama şansı təqdim edəcək. Yəni artıq ön sıralarda görmək istəmədiyiniz axtarış nəticələrini özünüz təyin edib Google nəticələrini fərdiləşdirmək artıq əlinizdə olacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google axtarışını təmizləyir

Google son zamanlarda axtarış nəticələriylə əlaqədar aldığı tənqidlərdən xilas olmaq istəyir. 2011-in ilk ayında Google axtarış nəticələrində saxta və spam saytlarının hədəfi olmuşdu.

Google-un baş mühəndisi Matt Cutts, belə saytları bu şəkildə şərh edir; «Axtarış nəticələrində gördüyünüz spam saytlar, axtarış mühərrikini aldadıb nəticələrdə daha yuxarılara çıxmaq üçün hiylə edirlər.»

Cutts köhnə sadə spam saytlarının yerini «məzmun tarlası» saytlarının aldığını söyləyir. Belə saytlar da istifadəçiləri aldadır. Bu saytlar axtarış sözlərindən ibarətdir və bu şəkildə axtarış nəticələrində yuxarıda görünür. Google-un yeni istifadə edəcəyi sinifləndirmə sistemi isə, bəzi xüsusi axtarış sözlərini ayırıb, bu kimi «məzmun tarlası» saytlarını ortaya çıxardır və bu saytların axtarış nəticələrində yuxarılarda olmasına maneə törədir.

Digər tərəfdən son zamanlarda Google müxtəlif bölmələrinə rəqib saytlar tərəfindən də tənqidə məruz qalmışdı. Rəqiblər ondan şikayətçi idi ki, Google özü fəaliyyət göstərdiyi sahələrdə axtarış nəticələrində həmişə öz servislərini öndə çıxarır və bu məzmunun keyfiyyətinə görə saytların sıralanması prinsiplərinə ziddir.
Paylaş :

İnternet →  Ask.com axtarış sistemi bazarından çıxır


Amerika bazarında 2 ilə 4% arasında bir bazar payının sahibi olan Ask.com, axtarış sistemi işini sonlandıraraq mərkəz nöqtəsinə Q&A (sual-cavab) xidmətini yerləşdirməyə qərar verdi. Alınan bu qərarın ardında yatan səbəb, Google və MS Bing kimi rəqiblərininin qarşısında daha çox boşa iş görmək yerinə mütəxəssislik sahələrini hələ nəhəng adlar tərəfindən işğal edilməyən nöqtələr üzərinə çevirməkdir.

Ötən aylarda Microsoft ilə razılaşma imzalayaraq axtarış texnologiyasını yeni şərikinə köçürən Yahoonun etdiyi kimi Ask da axtarışa öz daxilində yer verməyə davam edəcək, bundan belə öz alqoritmi üzərindən işi buraxıb, axtarış vəzifəsini üçüncü partiyalar üzərindən davam etdirəcək.
Paylaş :

Blog: web →  Mobildünya - Mobil telefonların axtarışı



www.mobildunya.az veb səhifəsi mobil telefonlar haqqında ətraflı məlumatların əldə olunmasına xidmət edir.

Veb səhifə üç istiqamət üzrə fəaliyyət göstərir:

1) Mobil telefonların istehsalçısının bütün modelləri üzrə və ya istehsalçının konkret modelinə görə axtarış aparılması.

2) İstifadəçilərin istədikləri mobil telefon funksionallıqlarının (Korpus, yaddaş həcmi, blutuz, WIFI, radio, kamera, video və s. olub olmamasına görə) hansı modeldə olduğunun tapılması.

3) 2-3 mobil telefonun müqayisə olunması.

Veb səhifədə əsas üstünlüklər ondan ibarətdir ki, mobil telefon haqqında ətraflı məlumat almaq olur. Misal üçün mobil telefon axtaran zaman onun funksionallıqlarını, orta hesabla 5-6 görünüşdən müxtəlif rənglərdə fotolarını, ən əsasə isə tağılan telefon haqqında video çarx izləmək olur, hansı ki telefonun hərtərəfli görünüşü və daxili menyuları və s. funksiyalarının necə işlədiyini görmək olar.
Bir neçə telefonda isə video çarxlarda mobil telefonun reklam çarxı yerləşdirilib.

Funksionallığa görə axtarış aparmaq üçün istədiyiniz funksionallıqları qeyd edib axtarış apararaq bu funksionallıqların hansı telefonda cəmləndiyini və həmin funksionallığa ən yaxın olan 10 modeli görmək olar.

www.mobildunya.az veb səhifəsinin digər üstün cəhəti ondadır ki, Azərbaycan, Rus və İngilis dillərində fəaliyyət göstərir.
Paylaş :
  • +1
  • 19 июля 2010, 12:16
  • web
  • 13

Blog: Elliot →  Mobil axtarışda milli hərflərdən istifadə üçün mini-həll

Mobil telefonların əksəriyyətində milli hərfləri daxil edə bilmədiyimizdən bəzən kompüterdən kənarda olanda hər hansı dəqiq bir ifadənin axtarışı mümkün olmur. Əgər Google Azərbaycan dilini Yandex rus dilini bildiyi dərəcədə bilsəydi, təbii ki belə problem olmazdı, məsələn "ən hündür zirvə" ifadəsini «en hundur zirve» yazardıq, google da bunu anlayardı. Amma hazırda anlamır. Ona görə də javascriptin köməyi ilə bu problemi həll edən mini səhifə düzəltməyə qərar verdim.


Səhifənin ünvanı cavablar.net/m — dir. İstifadə qaydası sadədir. Məsələn "ən hündür zirvə" əvəzinə "e0n hu0ndu0r zirve0" yazmaq kifayətdir. Faydalanmaq istəyənlər telefon bookmarkına əlavə edə bilər. Yaxın günlərdə səhifəni daha da əlverişli etmək üçün düşünəcəm. Hələ ki səhifə bir neçə sətirlik sadə koddan ibarətdir.
Paylaş :

Blog: Elliot →  Web sual-cavab sistemi

Təklif və məsləhətlər üçün yeni hazırladığım saytı təqdim etmək istəyirəm: Cavablar.net — Azərbaycan türkcəsində web sual-cavab sistemi. Bildiyiniz kimi bu sahədə boşluq mövcuddur və Aznet-də istifadəçilərin tez-tez rastlaşdıqları sualları cavabları ilə birlikdə mərkəzləşdirilmək fikrimcə pis ideya deyil. Universal sual-cavab sistemi də qurmaq olardı, amma hələ ki sırf web mövzusunda Yahoo Answers tipli sistemin qurulmasına qərar verdim.




( Ətraflı oxuyun )
Paylaş :

Blog: sabir177 →  Google-da axtardığını rahat tapmaq ...

Bəzən google da axtarış verərkən bizə lazım olmayan məlumatlarla qarşılaşırıq. Bunun qarşıni almaq üçün aşağıdakı məlumatlar sizin köməyinizə çata bilər.
1. Daha dəqiq axtarış üçün dırnaqlardan istifadə edə bilərsiniz.



( Ətraflı oxuyun )
Paylaş :

Qwerty.az →  Google-un "rəqibi" başlıq-keçid

Azərbaycan dili üzrə bir nömrəli axtarış sistemi olmağa iddialı yumroo-da qwerty.az sözünü axtarmağa qərar verdim. Nəticəyə buyurun baxın:
Paylaş :