İnternet → NETTY 2010 Milli İnternet mükafatında iştirak etmək üçün ərizələrin qəbulu başlanıb
Press-reliz: 5 mart 2010-cu il tarixində “Novosti beynəlxalq mətbuat mərkəzində” NETTY 2010 Azərbaycan Milli İnternet mükafatının yeni mərhələsinin başlanması haqqında elan olundu. Müsabiqənin Təşkilat komitəsinin nümayəndəsi Qaçayev Ramilin sözlərinə əsasən müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyat, 5 mart tarixindən başlayaraq 28 aprel tarixinədək aparılacaq. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü hər qeydiyyatdan keçmiş, müsabiqənin qaydaları ilə razılaşan və Təşkilat Komitəsi tərəfindən bəyənilən -ın istifadəçisi ola bilər. 28 aprel tarixindən 7 may tarixinədək virtual jürinin səsverməsi keçiriləcək və bu səsvermə nəticəsində mükafatın nominantları elən ediləcək. Jürinin hər bir üzvü Mükafat boyunca bir səs hüququna malikdir və səsi qeydə alınması üçün hər bir nominasiyada səs verməyə borcludur. Hər təqdim edilmiş kateqoriyada üç nominant müəyyən edilir.
( Ətraflı oxuyun )
- 0
- 5 марта 2010, 14:31
- 5
Oxatan → 6-cı NETTY internet mükafatı - yeni və ənənəvi

Mən bloggerliyə bəri hələki bu haqqında bir xoş söz yaza bilməmişəm. Bilmirəm 2010-da bu tendensiya dəyişəcək ya yox. Amma onu bilirəm ki, may ayına qədər internetdə və bloglarda müəyyən qədər canlanma olacaq. Netty`ni alacağıq əlimizə, dolayacağıq qolumuza, haqqında o ki var yazacağıq. Gah ağına, gah da qarasına.
Yaxşısı ilə pisi ilə Netty ən qocaman internet mükafatıdır. Hər zaman Rus dilli olması qabarıq görsənirdi. Bu il qaydaları oxuyanda Azərbaycan dilinə üstünlük verəcəkləri haqqında bəndlər qarşıma çıxdı. Ən azından bu müsbət cəhətdir amma görək bu praktikada özünü necə doğruldacaqdı. Bunu zamanla görəcəyik.
Saytlarında da müsbət dəyişikliklər var. Yeni texnologiyalara inteqrasiya nəzərə çarpır. Yaxşılığa doğru dəyişim var. Ən azından bu il mükafat başlayanda bir-iki xoş söz deməyə şərait yarandısa bu da uğurdur.
Ancaq hələ də ənənəvilik var. Hansıki bu ənənəni heç bəyənmirəm. Həmişə də bunu tənqid etmişəm. Bilmirəm bu qüsurlar nə vaxt düzələcək.
( Ətraflı oxuyun )
- +1
- 5 марта 2010, 12:59
- 21



