Blog: seaman → autobaku.az - Netty 2010 Qalibi oldu!
Dünən keçirilmiş təntənəli mərasimdə ən yaxşı servis sayt müsabiqəsində autobaku.az saytı kuboka sahib olub.
NETTY-2010 Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və eləcə də, İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY mükafatı, başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm də ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. 2010-ci ildə mükafat artıq altıncı dəfədir ki, keçiriləcək.
NETTY – bütün dünyadan yüz minlərlə İnternet istifadəçilərini toplayan ölkənin informasiya texnologiyaları sahəsində ilin əsas hadisəsidir.
Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimlərini üzə çıxaran və dəyərləndirən, NETTY mükafatı bir-neçə il ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir adını qazandı.
Dünən Gənc Tamaşaçılar Teatrında keçirilmiş tədbirdə bir sıra internet layihələri rəhbərləri ilə yanaşı, Rabitə və informasiya Naziri Əli Abbasov cənabları və bir sıra nüfuzlu şəxslər də iştirak edirdilər. Yüksək səviyyədə təşkil olunmuş tədbirdə müxtəlif nominasiyalarda çıxış edən internet layihələrinin tutduğu yerlər açıqlanmışdır. Ən yaxşı servis saytı nominasiyasında çıxış edən autobaku.az saytı bu nominasiya üzrə qalib elan edilmişdir. Kubok və hədiyyələrlə təltif edilən autobaku.az saytının layihə rəhbəri Fərhad Sadıxov bu mükafatı komandanın gərgin əməyi sayəsində aldıqlarını bildirmişdir. Avtomobillərin alışı və satışı sahəsində alıcı və satıcılara yaxından kömək edən, eləcə də bir-birindən maraqlı avtomobil xəbərləri ilə öz oxucularını daim bu sahə ilə bağlı informasiya ilə mütəmadi olaraq təmin edən sayt bu mükafata həqiqətən də layiq olduğunu bir daha sübut etdi.
Saytın bütün əməkdaşları səsvermiş münsiflər heyətinə və bütün ziyarətçi kütləsinə dərin təşəkkürlərini bildirir.
Bu münasibətlə, saytın bütün ziyarətçi auditoriyasına yaxın zamanlarda təqdim edəcəyi bir sürpriz də var…

- -1
- 18 мая 2010, 11:47
- şərh yaz