İnteraktiv Marketinq →  Coca-Cola-nın interaktiv marketing kampaniyası

Bu gün Lent.az-da Coca-Colan-nın yeni illə bağlı reklam bannerini gördüm. Düzü reklam o qədər də gözə xitab edən deyildi. Onsuzda Lent.az-da reklam standartlarının qəribəliyi, reklam bannerlərinin çoxluğuna görə, bannerlərin seçilmək qabiliyyətinə təsiri çox olur. Banner diqqəti cəlb eləməsə də, adındakı Coca-Cola sözü kliklətdi. Çünki, Azərbaycanda demək olarki Coca-Cola internetə biganədir. Bunun globalın bir strategiyası ya localın qərarı olduğunu bilmirəm. Ancaq internetə elə də fikir vermirlər deyə, bannerini görmək maraqlı gəldi. Kliklədikdən sonra URL global sayta yönləndi — xmas.coke.com/v/az_AZ/. Global olmağına baxmayaraq Azərbaycan dilində. Azərbaycan dilinə tərcümə olunmağı yaxşı haldır. İnteraktiv kampaniyanın Azərbaycanda nə dərəcədə poromot ediləcəyini bilmirəm, ancaq global olaraq böyük kampaniyaya oxşayır.

( Ətraflı oxuyun )
Paylaş :