Blog: Teodor86 → Amazon şirkəti elektron kitablar üçün yeni format təqdim edib

Amazon şirkəti elektron kitablar və növbəti nəsil jurnalları üçün Kindle Format 8 (KF8) formatını elan edib.
HTML5 və CSS3 kimi standartlara əsaslanan KF8 formatı Mobi 7 formatını əvəz edəcək. Amazon şirkətinin bəyanatına əsasən, KF8 formatı naşirlərə 150-dən çox müxtəlif formatlaşdırma funksiyaları təqdim edəcək.
( Ətraflı oxuyun )
- 0
- 26 октября 2011, 14:52
- şərh yaz
Mobil Texnologiya → Mobile OS-lərdə yeniliklər

Amazon webOS-i alır.
Mobil İnternet gedərək daha da çox yayılır. Yayılmağı ilə birgə Texnologiya şirkətlərinin də mobil texnologiyalara yatırımları daha artır.
Hewlett-Packardın radikal bir qərar alaraq bağladığı webOS mobil əməliyyat sistemi, sonunda yoluna davam edə biləcəyi bir tərəfdaş tapdı. Amazon, webOS-in yaradıcısı Palm firmasıyla maraqlanır. Amazon ötən günlərdə təşkil etdiyi mətbuat konfransında bu bazara da daxil olmuşdu. Satın alma əməliyyatı reallaşdığı təqdirdə, Amazondan daha çox planşet görmə ehtimalımız yaranır.
MeeGo proyekti Tizen OS-ə çevrilir
( Ətraflı oxuyun )
- +2
- 1 октября 2011, 02:27
- şərh yaz
Mobil Texnologiya → Amazon-dan Androidli planşet: Kindle Fire

Amazon yeni Android əməliyyat sistemli adlı planşetini tanıtdı. Bu amazonun cihazlarının hələki ən sonuncusudur. Amazon Kindle barədə blogumuzda .
Yeni cihaz 15 noyabrdan etibarən istifadəyə təqdim ediləcək. Cihazın 1024 x 600 həllolma əmsalı olan, 7 düymülük IPS ekranının parlaq və rəng baxımından zəngin olduğu ifadə edilir. Ayrıca ilk dəfə bir Kindle modelində Gorilla Glass görə bilərik. Hər nə qədər Kindle Fire Android əsaslı bir planşet olsa da, Amazonun bu planşet üzərində etdiyi radikal dəyişikliklər sayəsində Androidin xüsusiyyətləi bir xeyli arxa plana alınmış vəziyyətdədir. Cihazın təməlinin Android 2.3 olduğunu bildirək. Amazon bu planşet üzərində multimedia və e-kitab xidmətlərini, ayrıca Amazon Silk adını verdiyi yeni internet brouserini ön plana çıxarıb. İstifadəçi interfeysinin təməli kitab rəfi şəklində platforma üzərinə quruludur. Burada virtual kitablar, jurnallar, CD-lər və bütün tətbiqlər göstərilə bilir. Ən çox istifadə edilənlər isə ən başda görünür, ayrıca favorit məhsul və tətbiqləri favoritlər rəfinə qoymaq da mümkündür. Digər yandan, Qəzet Dileri, Kitablar, Musiqi, Video, Sənədlər, Tətbiqlər və Web kimi fərqli tablar da interfeysdə mövcuddur.
( Ətraflı oxuyun )
- +3
- 29 сентября 2011, 00:25
- 3
Blog: Elliot → Amazon Kindle haqda fikirlər
Çoxdandır almağı planladığım Amazon Kindle elektron kitab oxuyucusunu nəhayət bu günlərdə ebay vasitəsi ilə əldə etdim. Dostların təəssüratı paylaşmaq istəyini nəzərə alıb bu yazını yazıram. Həm də bu cihaz xeyli sayda tanışlara maraqlı olduğundan əminəm ki maraqlananların ümumi sayı çoxdur. Çünki müasir zamanda çap kitab oxumaq bir az əlverişsiz(tutduğu yer, həcm, daşımaq və.s.) olduğundan gənclərin müəyyən hissəsi elektron oxuyucalara üstünlük verir. Bunların da böyük qismini mobil telefonların oxuyucu proqramları, kiçik qismini də planşet, noutbuk, netbuk, ev kompüterinin müvafiq proqramları təşkil edir. Sadaladıqlarımın hamısı şüa-ekranlı olduğundan və kitab oxuyarkən göz daha diqqətlə ekrana zilləndiyindən gözlərə ziyanlıdır və yorucudur. Ona görə də kitab oxumağın sürəti və birdəfəyə oxuma müddəti adi kitab oxuyarkən olan haldakılardan xeyli geri qalır. Məhz buna görə də artıq qərbdə bir neçə ildir ki gözə demək olar ki zərərsiz olan elektron-kitab oxuyucularının istehsalına başlanılıb. İşin fizikasına çox varmayacam, maraqlananlar «Electronic ink display» yazıb axtarış edə bilərlər.
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- +7
- 24 июня 2011, 14:49
- 35
Blog: Teodor86 → Amazon.com rəhbəri 10000 il işləyəcək saat hazırlayır
İnternet-riteyler – “Amazon”-un yaradıcısı və rəhbəri Ceff Bezos bir gün əvvəl qeyri-adi layihəyə start verib. Layihəyə əsasən «vaxtın özünü testdən keçirməyə» qadir saat hazırlamaq güman edilir. Bezos yaradılan saatın kənardan müdaxilə olmadan işə salınma anından 10 000 il işləyə biləcəyini bildirib. Artıq Bezos unikal saat konstruksiyasının yaradılmasına öz şəxsi fondundan 42 milyon dollar sərmayə qoyub.İnternet-sahibkarın sözlərinə görə, qeyri-adi saatın yaradılması – bu, zəngin insanın dəliliyi yox, digər insanları da vaxtın hökmran ola bilməyəciyi dəyərlərin yaradılmasına ilham vermək cəhdidir. «Gələcək nəsillər daha miqyaslı konsepsiyalar və uzunmüddətli perspektivlərlə düşünməlidir» – Amazon rəhbəri bildirib.
( Ətraflı oxuyun )
- 0
- 24 июня 2011, 09:34
- şərh yaz
İnternet → Amazon serverlərindəki problem saytları çətin vəziyyətə saldı
İnternet saytlarının bir çoxu əsas serverlərindən əlavə, file serverlərinə də sahibdirlər. Fayl serverlərini əsasən bu xidməti göstərən Amazondan təmin edirlər. Əlbəttə bəzi saytların serverləri tamamilə Amazondadır. Dünyanın ən böyük server mərkəzlərindən biridir.Amazonda yaranmış — Amazon’un Elastic Compute Cloud (Amazon EC2) serverlərində, burada yerləşən bir çox saytı pis vəziyyətdə qoydu. Xüsusilə bu servisdən istifadə edən böyük sosial şəbəkələrin açılmamağı gün ərzində müzakirə mövzusu idi. Hətta bəziləri bunu «sosial medianın 11 sentyabrı» adlandırdı.
( Ətraflı oxuyun )
- +1
- 22 апреля 2011, 02:58
- 4



