İnternet → Sosial Mediadakı linklər - allinks.in
Bir vaxtlar dəbdə olan axtarış sistemləri, alexa reytinqləri idi. Bunlarla bağlı statistika verən saytlar çoxlu idi, elə indi də azalmayıb. Sosial media da inkişaf etdikcə, onlar üçün servislər təqdim edən saytların sayı çoxalır. Sosial mediada populyarlığın ölçüm meyarı isə paylaşım saylarıdır. Saytdan olan linklərin paylaşım sayı nə qədər yüksək göstərirsə bu müəllifləri bir o qədər sevindirir. Əsasən saytlara müəyyən buttonlar qoyulur. Elə bizim blogda da olduğu kimi. Proritet hesab etdiyimiz şəbəkələrin buttonlarını yerləşdirmişik. Buradan olan paylaşımları rahat ölçmək olur. Ancaq bütün sosial media vasitələrini yerləşdirmək düzgün olmur. Sosial mediada paylaşımları ölçmək daha çox PR sahəsində, reklam sahəsində işləyənlər üçün və ya bloggerlər üçün lazım olur. Mən bunun üçün xırda bir tooldan istifadə edirdim. Sonra düşündük ki, bunu daha public hala salıb, sayt kimi təqdim edək. Nəticədə son günlərdə domaini fikirləşib, sayt üçün də olduqca minimalist bir dizayn edəndən sonra həmin kiçik tool-u burada yerləşdirdik — .
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- +7
- 14 апреля 2011, 02:16
- 8



