AİF →  Elektron xidmətlərin göstərilməsinə hazırlıq sahəsində problemlər var


Press-reliz: 04 noyabr 2011-ci il tarixdə Multimedia Mərkəzi tərəfindən “ Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər ” mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz mövzu ilə bağlı təqdimatla çıxış edib. O, ölkədə elektron hökumət quruculuğu və xüsusilə də elektron xidmətlərin göstərilməsinə hazırlıqla bağlı müəyyən işlərin güldüyünü vurğulayıb. Bununla belə o, Prezidentin Elektron xidmətlərin göstərilməsinin təşkili haqqında 23 may tarixli Sərəncamında nəzərdə tutulan bəzi mələlərlə bağlı hələlik ictimaiyyətə heç bir açıqlama verilmədiyini bildirib. Təqdimatda Mərkəzi icra orqanları tərəfindən hansı xidmətlərin təqdim edilməsi və onların sosial əhəmiyyətliliyi məsələsinə toxunulub. Ümumiyyətlə bütün dövlət və bələdiyyə xidmətlərinin qabacadan inventarizasiyasının aparılmasının vacibliyi vurğulanıb. Hər bir dövlət qurumunda elektron xidmətlərlə bağlı məsul şəxslər və strukturların yaradılmasının, konkret büdcə bəndinin müəyyən edilməsinin vacibliyi qeyd olunub. Elektron hökumətlə bağlı hazırda həyata keçirilən Dövlət layihəsində şəffaflıq və informasiya mühitinin yetərli olmadığı qeyd olunub. Bu Layihə çərçivəsində hansı işlərin görüləcəyi, Vətəndaş cəmiyyətinin və biznes strukturlarının bu Layihəyə hansı formada töhfə verə biləcəkləri aydın deyil. Vahid Portalın, onun strukturu və işləməsi qaydalarının da hələ də hazırlanmamağından narahatçılıq ifadə olunub. Elektron xidmətlərlə bağlı ayrıca Qanun Layihəsinin hazırlanmasının vacibliyi bildirilib.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Bloqosfer 2011 sentyabrda baş tutacaq [müsahibə]


Ötən ilin ən səs-küylü texnologiya tədbirlərindən olan Bloqosfer bu il də baş tutacaq. İkinci bloqosfer tədbiri "Bloqosfer 2011" adı altında keçirləcək. Mən belə düşünürəm ki, ötən ilki tədbir Azərbaycan İnternetində Bloqlara və Bloqçuluğa olan baxışları dəyişdirməyə nail oldu. Görək bu il nələri dəyişəcək.
Tədbirin tarixi: 2-4 Sentyabr
Keçirilmə yeri: Nabran


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 21 июля 2011, 22:21
  • Shaig
  • 2

İnternet →  Milli internet resursları kütləvi ziyarət üçün hazır deyil

Press-reliz: Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AİF tərəfindən “Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?” mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbirdə AİF prezidenti Osman Gündüz 2012-ci ildə “Eurovision–2012” beynəlxalq tədbirinin Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb. Tədbirin məqsədinin də əsasən bununla bağlı olduğunu, “Eurovision 2012” keçirilən ərəfədə ölkə İnternetində yarana biləcək problemlər və onların həlli yolları haqqında müvafiq qurumları və ictimaiyyəti məlumatlandırmaqdan ibarət olduğu bildirilib.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 30 июня 2011, 14:43
  • Weboxu
  • 2

AİF →  "Azərbaycan İnterneti beynəlxalq tədbirlərə hazırdırmı"


Press-reliz: Azərbaycan İnternet Forumu yaxın zamanda “Azərbaycan İnterneti beynəlxalq tədbirlərə hazırdırmı” mövzusunda ictimai müzakirə keçirmək niyyətindədir.

AİF- dən verilən məlumata görə tədbirdə “Eurovision–2012” mahnı müsabiqəsinin keçirilməsi üçün Azərbaycan İnternetində görülməsi vacib olan məsələlər, həmçinin tədbir ərəfəsində Azərbaycan İnternetində yarana biləcək problemlər və onların həlli yolları ətrafında müzakirələr aparılacaq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 23 июня 2011, 13:36
  • Weboxu
  • 1

AİF →  AİF-in saytlara girişin məhdudlaşması ilə əlaqədar açıqlaması

AIF bildirir ki, son günlər www.eqreb.com internet resursuna girişin ölkə ərazisindən mümkün olmaması ilə bağlı məlumatlar yayılıb. Bir sıra media və ictimai qurumlar adı çəkilən resursa girişin hökumət tərəfindən bloklanması və bununla da ölkədə İnternet senzuranın tətbiqi haqqında fikirlər səsləndiriblər.

AİF –in araşdırmaları göstərib ki, həqiqətən də son günlərdə ölkə istifadəçiləri adı çəkilən resursdan ümumiyyətlə istifadə edə bilməmişlər. Adı çəkilən resursa digər ölkələrin ərazisindən giriş sərbəstdir.
Son bir neçə gündə AİF -in mütəxəssisləri və bir sıra ekspertlər tərəfindən baş verən məhdudiyyətin mahiyyətinin araşdırılması, problemləri törədən səbəblərin müəyyən edilməsi istiqamətində intensiv işlər aparılmışdır.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 16 октября 2010, 13:32
  • Weboxu
  • 2

AİF →  Provayderlərin internet xidmətləri keyfiyyətsizdir


AİF tərəfindən sentyabr ayı ərzində ölkədə internet xidmətinin keyfiyyəti ilə bağlı aparılan Monitorinq və araşdırmanın növbəti mərhələsi başa çatıb. Monitorinq müddətində ölkədə internet trafikdən istifadə üzrə vəziyyət, konkret provayderlər üzrə bu xidmətin keyfiyyəti və ADSL istifadəçilərin artım tempi araşdırılıb.

Monitorinqə 01 sentyabr 2010-cu il tarixdə, Delta Telekom şirkəti tərəfindən Provayderlərə satılan internetin qiymətinin 2 dəfə endirilməsindən sonra start verilmişdi. Bu qiymət endiriminin kifayət qədər əhəmiyyət daşıması baxımından gözləmək olardı ki, ölkədə internetin keyfiyyəti xeyli yaxşılaşacaq və ADSL istifadəçilərin sayı artacaq.

( Ətraflı oxuyun )
Paylaş :

AİF →  Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib

Toplantıda AİF tərəfindən RİTNDelta-Telekom şirkətinə göndərilən sorğulara verilən cavablar, Milli Net –Milli İnternet Mükafatının Əsasnaməsinə edilən dəyişiklik, Google şirkətinə məxsus resurslarda Azərbaycanla bağlı qeydi-dəqiq informasiyaların yayılması haqqında məsələlər müzakirə edilib.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 2 июня 2010, 10:54
  • Weboxu
  • 2

Ultra →  ULTRA-nın dəstəyi ilə “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində keçirilən Treninqlər başa çatıb

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə keçirilən Treninqlər başa çatıb. Treninqdə müxtəlif KİV-lərdə çalışan 25 nəfər jurnalistlər və jurnalist-tələbələr iştirak edib.

Sonuncu Treninqdə Sahil şirkətinin direktoru Vahid Qasımov "İnformasiya Təhlükəsizliyi" mövzusunda və İnfotex təşkilatının nümayəndəsi, ekspert Firudin Əhmədov "İKT və Azərbaycan dili " mövzularında Jurnalistlər qarşısında çıxış ediblər. Treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  AİF və Parketinq.com saytının birlikdə həyata keçirdiyi sorğunun nəticələri açıqlanacaq


28 aprel 2010 –cu il tarixdə AİF tərəfindən mətbuat konfransı keçiriləcək.

Mətbuat Konfransında ölkədə İnternetin keyfiyyəti ilə bağlı vəziyyət haqqında AİF və Parketinq.com saytının birlikdə həyata keçirdiyi sorğunun nəticələri açıqlanacaq.

Sorğu müxtəlif Provayderlərin müştəriləri olan 400-dən çox ADSL istifadəçisi arasında keçirilib.

Respondentlərə internetin sürəti, qırılmaların vəziyyəti, qiymətlər, müştəri xidmətlərinin fəaliyyəti ilə bağlı suallar verilib.

Sorğuda iştirak edənlər həmçinin ADSL xidməti əldə etmək üçün müraciətlərinin hansı müddətdə reallaşdığına, öz provayderlərinin seçimini nəyin əsasında etdiklərinə də münasibət bildiriblər.

Mətbuat Konfransı 28 aprel 2010-cu il tarixdə, saat 12.00 -da Azərbaycan Media Mərkəzində keçiriləcək. ( Ünvan: D. Əliyeva k 218., 493-25-22)
Paylaş :
  • +4
  • 26 апреля 2010, 16:02
  • Weboxu
  • 14

AİF →  AİF tərəfindən RİTN`ə və Delta Telecom Şirkətinə müraciət göndərilib

AİF ölkədə internetin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.
Ötən gün AİF tərəfindən Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasova və Delta Telekom Şirkətinin rəhbəri Ramazan Vəliyevə müraciət göndərilib.
Müraciətdə internetin keyfiyyətsizliyi ilə bağlı səbəblərin aradan qaldırılması istiqamətində zəruri olan informasiyaların açıqlanmasına diqqət yönəldilib.


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 14 апреля 2010, 16:04
  • Weboxu
  • 3