Blog: VasiFQuluzade →  Yeni "Photoshop CS6" çıxdı



Yeni «Photoshop CS6» çıxdı

Adobe Systems" şirkəti yeni, «Photoshop CS6» qrafik redaktorunun beta-versiyasını təqdim edib.

Photoshopun yeni BETA versiyasını «Adobe»nin saytından yükləmək olar.
Proqramın «Windows» və «Mac OS X» üçün versiyaları var.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Subhan_CS →  Adobe Flash CS5 ilə yazı effektləri

Bu dərsdə adobe flash cs5-də sizlərə sadə yazı effektlərini necə vermək lazım olduğun izahh etmişəm. Növbəti dərslərimizdə daha da mürəkəb yazı effektlərini öyrənəcəyik.



Video üçün alternativ link: youtu.be/zNMXoA2iSZc
Paylaş :

Texnologiya →  Photoshop CS6-dan yeni videolar

Şəkillərlə işləmə sahəsində professional proqram təminatı olan Adobe Photoshopun -CS5dən sonrakı- gələcək versiyası olan CS6-dan yeni videolar yayımlanmağa başladı.

Olduqca üstün qabiliyyətlərə sahib olacağından bəhs edilən yeni CS6 haqqında hələlik çox məlumat verilmir. Bir növ CS5-in yenidən işlənmiş halı olması gözlənilən xidmətin hələlik bəzi xüsusiyyətlərinin tanıdıldığı videoları nəşr olunur.
Bu xüsusiyyətlərdən də sonuncu tanıdılan Content-Aware-dir.
Hələki yeni versiyanın dəqiq reliz olma tarixi bilinmir.

( Ətraflı oxuyun )
Paylaş :

EduCat →  eduCat IT kursları

Hər birinizi salamlayırıq. Yeni uğurlar əldə etmək üçün hər birimizə biliklər və bu bilikləri təsdiq edən sertifikatlar lazım olur. Biz, eduCat tədris mərkəzi olaraq, Azərbaycanda ən ilk IT tədris mərkəzi kimi keçirdiyimiz seminarlar, tədris etdiyimiz istiqamətlər üzrə treninqlər haqda sizlərlə məlumat bölüşümü edirik.
Tədris mərkəzi haqqında bir neçə maraqlı faktı sizinlə bölüşmək istərdim:

eduCat tədris mərkəzi 1998-ci ildə yaranıb və bu günə kimi 15 mindən çox tələbə bizim kurslarda təhsil alıb. Microsoft, Cisco, VMware, Oracle, Unix/Linux, SAP, ITIL, Project Management, Biznes-training, Java, 1С: Предприятие, Adobe, İnformasiya təhlükəsizliyi (ISO 20000, 27000 və s.) və Microsoft Office istiqamətləri üzrə kurslar keçirilir. Müəllimlər yerli, eləcədə əcnəbi mütəxəssislərdir. Keçirilən kurslar üzrə(məs. Microsoft, Cisco və s. sertifikatları) imtahan vermək üçün Prometric və Pearson VUE imtahan mərkəzləri var.

WebOxu kollektiv IT blog olduğuna görə, burada Azərbaycanın İnformasiya Texnologiyaları üzrə ən tanınmış insanları, eləcədə bu sahə üzrə maraqlanan ən fəal gənclər toplaşıb. Bu cəhətdən, sizlərlə bölüşəcəyim kurslar, gələcəyinizi qurmaq üçün lazım olan məqamlardan biridir. Buyurun, bu ilin yanvar-fevral ayları üçün eduCat tədris mərkəzinin cədvəlini Sizə təqdim edirəm:


( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Adobe, mobil cihazlara istiqamətli Flash dəstəyini sona çatdırır!


Adobe, mobil cihazlara istiqamətli Flash Player-in developunu sona çatdırdıqlarını açıqladı. Flash Player 11.1-in istifadəyə verilməsindən sonra artıq bu istiqamətdə yeniliklər etməyəcəklərini bildirdilər. Bundan sonra ancaq kritik xətaları düəltmək və ya hər hansı təhlükəsizlik problemi olduqda yeniləmələr edəcəklərini dedilər. Android və RİM-in Playbook-larında bundan sonra ancaq son versiyalar işləyəcək.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 10 ноября 2011, 02:28
  • Weboxu
  • 3

Blog: farxadus →  Kim daha çox inkişaf edib? Biz ya Ermənilər?

Birdən elə fikirləşərsiniz ki, bu 1001golos.ru saytı kimi növbəti bir səsvermədir? Ya bəlkə Ermənistanın avropa çempionatına çıxa bilmə ehtimalı, Azərbaycan futbol komandasının isə 7 xal yığdığı haqda yazacam? Yox… Bu mövzu nə səsvermə, nə də futbol haqda olacaq.  Bu günkü yazım, İnformasiya texnologiyaları sahəsində inkişaf barəsində olacaq. Bilirsiniz ki, XXI əsrdə informasiya müharibəsi ən böyük problemlərdən biridir. Ən böyük problemimiz olan «Qarabağ problemi» haqda informasiyanın internet cəmiyyətinə necə yayılması, elə bizlərdən asılıdır. Hətta bu günlərdə belə «Google Maps» xəritələrində, Dağlıq Qarabağda yerləşən rayonlarımızın adının erməni adları ilə əvəz edilməsi, bu müharibədə zəif olduğumuzu təstiq edir. Ünvan: http://maps.google.com/?ll=39.986591,46.771545&spn=0.612384,1.352692&t=h&z=10&vpsrc=6

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 12 октября 2011, 01:17
  • farxadus
  • 9

Texnologiya →  Adobe Flash Player 11 və Adobe AIR 3


Adobe-un flash-ın texnologiyasını hər nə qədər Adobe və Microsoft mobil cihazlarda dəstəkləməməyə qərar versə də Adobe inkişafdan dayanmır.
Bir neçə aydır Flash Player 11-in beta versiyalarını developerlərin sınağına təqdim edən Adobe, AIR 3 ilə birlikdə rəsmi elanını etdi. Bir çox əhəmiyyətli yenilik əlavə edilən Flash Player 11 və Adobe AIR 3 tətbiqləri konsollarla yarışacaq qədər keyfiyyətli 2D və 3D qrafikləri kompüterlərə, televiziyalara və Android, iOS, BlackBerry OS kimi mobil platformalara gətirəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  Windows 8 planşetlərdə də Flash dəstəyi olmayacaq


Microsoft əzəli rəqibi Apple-ın izindən gedir. Apple-ın çıxardığı heç bir mobil cihazda dəstəkləmədiyi Flash fayllarına bir zərbə də Microsoftdan gəldi. Bu qərar web texnologiyalarında bir dövrün sonu ola bilər.
Apple-ın çıxardığı cihazlara Flash dəstəyi qoymaması davamlı müzakirə edilən bir mövzu olmuşdur. Flash yerinə HTML5 texnologiyasını dəstəkləyən Apple-ın yanında artıq Microsoft da var. HTML5-in bu qədər tez yayılmağına bəlkə də ən böyük səbəblərdən biri məhz Apple-ın izlədiyi yol oldu. Microsoftun Flash-a dəstək verməməsi isə bir növ Flasha rəqib sistemi olan Silverlight-a görə ola bilər. Səbəb nə olursa olsun, nəticə eynidir.

Microsoftdan edilən rəsmi bir elan ilə Windows 8-in içindəki Metro stil Uİ-də İnternet Explorer 10-un Flash fayllarını oxutmayacağı bildirildi.

Bu halda Apple-ın iPad modelləri ilə Windows 8 yüklü satılacaq digər markaların planşet cihazlarında Flash faylları oxudulmayacaq. Hələki təkcə Android OS-li cihazlarda Flash dəstəyi olacaq.

Windows 8-in destkop versiyasındakı İnternet Explorer 10-da isə Flash dəstəyi davam edəcək.
Paylaş :
  • +1
  • 16 сентября 2011, 14:10
  • Weboxu
  • 3

Blog: sandstorm →  Androidlər üçün yeni Adobe Flash Player 10.2



Adobe Flash Player-in 10,2 versiyası hazırda Froyo, Gingerbread və Honeycomp qurğuları üçün Android Market-də mövcuddur. Flash Player 10,2-in Honeycomp versiyası hələ texniki olaraq betadır. Flash Player 10,2 Honeycomp-da Flash təsvirlərinin sürətlənməsi üçün aparat sürətlənməsindən istifadə edəcək. Xoom sahibləri isə Flash Player-ın yeni versiyasını yükləmədən öncə son Android 3.0.1 yeniləməsini qurmalıdırlar.

( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  Microsoft, Adobe-u satın ala bilər


İnformasiya sektoru önümüzdəki dövrdə nəhəng bir satın almağa səhnə ola bilər. Tərəflərdən biri Microsoft, digəri isə Adobe-dur. Yəqin ki, satın alacaq və alınacaq tərəflərin hansı olduğu kifayət qədər açıqdır.

New York Times-a görə, Microsoft ilə Adobe-un reallaşdırdığı görüşdə danışılan mövzulardan bir dənəsi də bu imiş. Bu cəhdin gerisində yatan səbəb isə, mobil sektorda gedərək daha çox söz sahibi olmağa başlayan Apple-ın qarşısında dayana bilməkdir. Təbii Google və Androidi də unutmayaq.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 10 октября 2010, 23:10
  • Weboxu
  • 3