Twitter →  Twitter-ə yeni sərmayə qoyuldu

Dünən bu barədə məlumat əldə edəndə, Twitter hesabımızdan məlumatı paylaşmışdıq.
Zynga, Groupon, Facebook kimi vacib internet proyektlərinə də sərmayə qoyan Rus DST qrupu Twitterin mövcud sərmayədarlarının da bəzilərinin iştirak etdiyi raund ilə şirkətin 800 milyon dollar ətrafında bir sərmayə aldığı deyilir. Bu barədə rəsmi blogda da məlumat verilib. Beləliklə də, saytın dəyəri 8 milyard dollara çatdığı deyilir.
DST firması Azərbaycan üçün tanış Mail.ru-unun da sahibidir. Azərbaycan İnternet istifadəçilərinin yararlandığı bir çox saytda sərmayəsi var. Twitter də onlardan biri oldu.
Bu barədə bir infoqrafik də yayımlamışdıq. Artıq növbəti dəfə bu siyahıya Twitteri də əlavə etmək lazım olacaq.
5 iyun 2011-ci ildə hazırladığımız infoqrafika:

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  Azərbaycanda internetdən ən çox qazanan qrup - DST [infoqrafika]


Bu mövzuya çoxdan toxunmaq istəyirdim. Elə oldu ki, ilk əvvəl Webrazzi-də yazdığım postda ümumi şəkildə bu barədə yazdım. İndi isə bir qədər daha ətraflı bu barədə yazmaq istəyirəm. Eyni zamanda yazı üçün infoqrafika da hazırladıq. Əvvəl Azərbaycan dilində hazırlayırdıq, sonra fikrimizdən daşındıq ki, ingiliscə olsun (beləcə bəlkə daha geniş auditoriya görə bilər).

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 5 июня 2011, 21:42
  • Shaig
  • 12

Sosial Media →  Zynganın dəyəri 7-9 milyarda qalxır

Çox insanı Facebookda aludə edən FarmVille oyununun developer firması Zynga, bu günlərdə 250 milyon dollarlıq yeni bir sərmayə razılaşması etmək üzrə.

Hələ dəqiqləşməyən bu görüşmələrə görə şirkətin 250 milyon dollarlıq bir sərmayə alacağı təqdirdə dəyərinin təqribi 7 ilə 9 milyard dollar arasında olacağı hesablanır.

Keçən il Aprel ayında yeni səhm əməliyyatları zamanı edilən hesablamalarda firmanın dəyəri 4 milyard dollar olduğu bildirilmişdi.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Ruslardan Zynga`ya 180 milyon dollar.

ICQ`yə göz dikən Rusların DST (Digital Sky Technologies) qrupunun deyəsən pulları çoxdur. Farmville oyununun qurucuları — Zynga`ya 180 milyon dollarlıq sərmayə qoyuluşu ediblər. Bir app üçün çox böyük məbləğdi. Zynga təkcə sosial platformalar üçün oyun və bu kimi applar yazmaqla məşğuldur. Onu da qeyd edimki DST`də Facebook`un şəriklərindəndir. Üstəlik bu 180 milyon dollar da tamamilə satın almaq üçün olan məbləğ deyil. Sadəcə sərmayədir.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 16 декабря 2009, 17:38
  • Shaig
  • 2