Yoxla.az →  Yoxla.az-a Rəqəmli və Kabel TV xidmətləri əlavə olundu!

Artıq Yoxla.az-da rəqəmli və kabel televiziya xidmətlərini də yoxlaya biləcəksiniz. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən 4 TV provayderinin təqdim etdiyi 30-a yaxın paketi və yüzlərlə kanalı müqayisə edə bilərsiniz. Hər zamankı kimi saytımızda paketin qiyməti və paketə daxil olanlar haqda ətraflı məlumatlar da yerləşdirilmişdir.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Yoxla.az yeni xüsusiyyətləri istifadəyə verdi

Bu barədə Yoxla.az-ın rəsmi blogunda yazılıb. Bir müddətdir ki, üzərində iş aparılırdı. Artıq işlər tamamlanıb:
Bu həftə saytımıza yeni funksionallıq əlavə etdik – xidmət haqda istifadəçilərin rəyini paylaşması. Başqa insanlar hər hansı bir xidməti aldıqda digər istifadəçilərin təcrübə və rəylərindən faydalanaraq düzgün qərar verə biləcəklər.
Hər hansı bir provayderin paketini seçdiyinizdə sol tərəfdə insanların onu bəyənib-bəyənmədiyini, həmçinin neçə nəfərin rəy yazdığını görə biləcəksiniz. Xidməti bəyəndiyiniz və ya bəyənmədiyiniz (qınadığınızı) halda sadəcə bu düymələrlə səs vermək kifayətdir.
Əgər siz öz təcrübənizi başqaları ilə paylaşmaq istəyirsinizsə o zaman ətraflı olaraq xidmətin müsbət və mənfi cəhətləri haqda rəy yazın.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  ADSL provayderlərində qiymət endirimləri


Azərbaycan internetində yeni mövsüm internet qiymətlərinin endirimləri başlayır. İnternet endirimləri olaraq deyilsə də, bunlar bir növ sürətlərin qaldırılmasıdır. Yəni məsələn əvvəllər eyni qiymətə 1mbps almaq mümkün idisə, artıq 2mbps almaq mümkün olacaq.
Bu barədə internet provayderlərinin qiymətlərini yoxlamaq üçün olan servis Yoxla.az-ın da blogunda məlumat verildi.
Sitat:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 6 сентября 2011, 02:08
  • Weboxu
  • 3

Start-up`lar →  Hansı internet bağlantı tarifinin sərfəli olduğunu Yoxla(.az)

Blogumuzun oxucularına yəqin ki, “Hansı internet provayderi yaxşıdır” sualı veriblər. İnternetdən aktiv istifadə edənlərə, yeni qoşulmaq istəyənlərin ən çox ünvanladığı sualdır. Bütün internet provayderləinin paketlərinə eyni bir resurs üzərindən baxmaq imkanı yox idi. Bu boşluğu nəzərə alaraq belə imkan yaratdıq — Yoxla.az. İdeya olaraq uzun müddətdir üzərində iş gedirdi. Sistem olaraq sayt indi hazır oldu. Ancaq yenə də çatışmamazlıqlar qalacaqdır. Xüsusi ilə, elə bu gündən RİTN-nin tətbiq etdiyi yeni zona kodları səbəbi ilə, yenidən baxış keçirilməli, provayderlərin update-ləri sayəsində biz də sistemdəki məlumatlara yenidən baxmalıyıq.
Xidmətləri almazdan əvvəl yoxlaya biləcəyiniz iki kateqoriya var:
Genişzolaqlı İnternet
Mobil və Simsiz İnternet

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 1 августа 2011, 18:28
  • Shaig
  • 2