Texnologiya →  Computex-in yeni il oyunu

Yeni ili online təbrik edənlər barədə blogumuzda yazmışdıq. Növbətisi isə bir yeni il oyun kampaniyasıdır. Bu dəfə oyunun nəticəsi olaraq hədiyyə qazanmaq şansı da əldə etmək mümkündür.
Bir müddət əvvəl mağazasını böyüdən Computex şirkəti, yeni il üçün də oyun kampaniyası keçirir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 30 декабря 2011, 16:15
  • Weboxu
  • 2

Sosial Media →  Yeni ilin online təbrikləri


Bu il diqqətimi çəkən bəzi reklam agentliklərinin yeni il təbriki zamanı «online» platformaları istifadə etməkləri oldu.
İlk əvvəl Mak.az-da AA&M-in işini gördüm. Yollanan offline açıqcalardan oxudulan QR code sayəsində hazırlanmış xüsusi saytın — optimism.az URL-ini əldə edib daxil olmaq mümkün hala gəlir. Mobile-dan daxil olanda da, saytın mobil versiyası açılır. Burada oxudur. Açıqcanı alanlar əvvəldən seçilmiş 50 mahnıya qulaq asırlar.

( Ətraflı oxuyun )
Paylaş :

DNS Computers →  Online alışlara 15% endirim

DNS Computers-in saytında yeni ilin gəlişi ilə əlaqədar yeni kampaniyaya start verilib. Kampaniya çərçivəsində sayt vasitəsilə alınan bütün mallara 15% endirim tətbiq olunmuşdur. Sifariş olunan mallar Bakı şəhəri ərazisində alıcılara pulsuz çatdırılır. Malın sayt vasitəsilə alışı prosesi kifayət qədər rahatdır. Sifarişin ödənişi mal müştəriyə çatdırıldıqdan sonra həyata keçirilir. Bununla yanaşı, malı kredit yolu ilə də əldə etmək mümkündür. Bunun üçün müştəri DNS Computers-in əməkdaşlıq etdiyi banklardan biri vasitəsilə krediti rəsmiləşdirdikdən sonra sifariş etdiyi malı əldə edə bilər. Yaxın gələcəkdə saytda onlayn ödəmə sistemlərinin də tətbiqi nəzərdə tutulur.
Paylaş :
  • +3
  • 7 декабря 2009, 14:24
  • Blezx
  • 4