Blog: Mursal → Bloqosferdən gələn səs “paslı” qulaqların açılmasına kömək olacaqmı?

Bloqosferdən bu üç gün ərzində bütün yeni media aləmi danışdı. Tədbirin yüksək səviyyədə keçməsindən, iştirakçıların aktivliyindən, bəzi qarşıdurmalardan… Bir sözlə, Facebook, Twitter, bloqlarda xəbər əlindən yer yox idi. Telebe.az olaraq çox təssüf ki, bəzi səbəblərə görə, bu tədbirə qatıla bilmədik. Amma hər halda xəbərlərin çoxluğu bizi bu tədbirdə iştirak etmiş kimi hiss etdirdi. Bu müsbət amilləri nəzərə alanda nə edəsən ki, çətinliklərdən və yenə də ancaq Azərbaycana aid olan anormallıqlardan da danışmalı olursan. Çox təəsüf ki, tədbirin bu qədər kütləviliyinə baxmayaraq, böyük şirkətlər bu tədbirə o qədər də maraq göstərmədilər. Bu “mətbəxin” içində olduğumdan xəbərim var ki, edilən müraciətlər, təqdimatlara baxmayaraq bir çox şirkət son anda və ya belə deyək, yola vermək üsulundan istifadə edərək, Bloqosferə maddi dəstək olmaqdan boyun qaçırdılar. Özlərinə əziyyət vermək istəməyib bu tədbirə qatılmadılar. Paslı qulaq sahibləri, tənbəl cəmdəklərini öz kreslolarından qaldırıb heç olmasa o toppuş barmaqlarını işə salıb bir neçə işçini bu tədbirə göndərmək belə istəmədilər ki, barı gələn il bu mərasimə dəstək olmaq barədə gələn ilin strategiyasına bir bənd salsınlar.
( Ətraflı oxuyun )
- +1
- 4 сентября 2011, 23:51
- 1
Texnologiya → Bloqosfer 2010 - Azərbaycan bloqçuları bir arada!
Nəhayət ki, Azərbaycan İnternetinin bloqçuları və yeni media mütəxəssisləri bir araya gəlmək, fəaliyyətlərini müzakirə etmək şansını əldə etdilər. “″-a hazırlıq artıq başlamışdır və 10-12 Sentyabr 2010-cu ildə Xudat rayonunun Nabran qəsəbəsində keçiriləcəkdir. Bloqsferin təşkilinə dəstək olmaq istəyən hər bir şəxsi sıralarımızda görməyə sevinərdik.Qızmar, süst yaydan sonra iş mövsümə bol-bol motivasiya və ideya ilə dolu başlayın! Bloqosfer 2010-a qeydiyyat açıq elan olunur!
“Bloqosfer 2010″ Soros fondunun dəstəyi ilə təşkil olunmağa başlasa da, yeni-yeni partnyorlarımızın qoşulması istisna deyil. Xəbərlərimizi izləyin.
- +2
- 20 августа 2010, 14:55
- 13
Blog: Zhala_Najafova → 2Y “Yaz-Yay Məktəbi” Bloqlar haqqında təlim
AEGEE-Bakı Avropa Tələbələr Forumu 2Y “Yaz-Yay Məktəbi” Yeni media və İnternet haqqında təlimlər layihəsinə davam edir. İlk təlim Bloq yazmaq istəyən, Bloqer olmaq istəyən gənclər, tələbələr və gənc jurnalistlər üçün nəzərdə tutulmuşdur.
Üç günlük təlim ərzində öyrənəcəksiniz:
* Bloq nədir? Nə üçün YAZmaq lazımdır?
* Bloq YAZmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli)
* Məşhurlaşdırmaq və YAYmaq (oxucuların cəlb olunması)
* Bloqun idarə olunması (istifadə rahatlığı, funksionallıq, əks-əlaqə)
* Bloq yaratmaq (prinsiplər, ad seçimi, platforma seçimi, )
* Bloqdan qazanc (Kim qazanır? Nə və necə qazanır?)
( Ətraflı oxuyun )
- +1
- 8 февраля 2010, 14:38
- 4
İnternet → Obama`nın seçki kompanyası qrafikləri
Barack Obama namizədliyi dövründə indiyə qədərki Amerika prezidentlərindən fərqli olaraq online kompaniyaya çox böyük yer ayırdı və bunun nəticəsində də qalib gəldi. Bu barətə isti-isti vaxtlarda da yazmışdım Oxatanda. İndi əlimə qrafiklər düşübdü. Dedim paylaşım. Beləsə aydın görmək olarki online`ın necə böyük gücü var.
Onun seçki kompaniyası qrafiklərində «Yeni Media» xüsusi olaraq yer tutan bir başlıq olmuşdu:

( Ətraflı oxuyun )
Onun seçki kompaniyası qrafiklərində «Yeni Media» xüsusi olaraq yer tutan bir başlıq olmuşdu:

( Ətraflı oxuyun )
- 0
- 13 ноября 2009, 12:48
- şərh yaz



