İnternet →  Yahoo CEO-su qovuldu


Yahoo tərkibinə 2009-cu ildə qatılan Carol Bartz, bu günə qədər ümidləri doğrulda bilmədiyi üçün qovuldu. Həm də telefonla.

Mütəxəssislər, Carol Bartzın vəzifəsindən kənarlaşdırılacağı barəsində əvvəlcədən praqnoz vermişdilər. Ancaq bu qovulma gözləniləndən bir xeyli əvvəl reallaşdı.
istiqamətində bir gözləmələrinin olduğunu daha əvvəl ifadə etmişlər idi. Ancaq yaşanan bu qovulma hadisəs(n)i, gözləniləndən çox daha əvvəl reallaşdı.
Carol Bartzın vaxtında Yahoo bir neçə xidmətini bağladı, bəzilərini satdı, çox sayda işçisini isə işdən azad etdi.

Carol Bartzın yerinə müvəqqəti Timothy Morse gətirildi. Şirkət, qalıcı bir CEO axtarışına da artıq başlayıb. CEO-nun kim olacağı, nə qədər vaxta tapılacağı isə maraqlıdır. Xatırladaq ki, AMD bir ildən müddətinə yeni CEO-sunu çətinliklə tapmışdı.
Ətraflı olaraq Wall Street Journal-da oxumaq olar.
Paylaş :
  • 0
  • 8 сентября 2011, 00:40
  • Weboxu
  • 1

Sosial Media →  Flickr-a 6 milyardıncı foto yüklənib


Flickr foto paylaşım saytına 6 milyardıncı foto yüklənib. Yüklənən foto barədə Flickr rəsmi blogundan məlumat verib.
Fotoya artıq 14 mindən çox baxılıb. Ümumilikdə Flickr hər il əvvəlki ilə nisbətən 20% böyümə əldə edir.
Bu say Flickr üçün uğur sayılsa da, rəqibləri ilə müqayisədə hələ də geridə qalır. Xüsusi ilə Facebook-un yüksəlişindən sonra Flickr daha çox professional fotolar üçün məkana çevrilib. Digər tərəfdən Flick-ın digər sosial şəbəkələrlə inteqrasıyanı sevməməsi ondakı foto sayının az olmasına gətirib çıxarır.
Rəqiblərə nəzər yetirsək, Facebook istifadəçiləri 2011-ci ilin Fevral ayı etibarilə 60 milyard fotoşəkil yükləmişdi, gündə əlavə olunan fotoşəkil sayı isə təqribi 100 milyondur. Eyni dövrdə Photobucket 8 milyard, Picasa isə 7 milyard fotoşəkilə çatmışdı. Qeyd edək ki, Picasa saytı Google məhsuludur. Photobucket isə Twitterlə razılaşma əldə edərək, rəsmi foto paylaşımları bu sistem üzərindən təqdim edəcək.
Flickr isə Yahoo-a aiddir. Yahoo, Flickri dəstəkləməyə və bazar payının böyüməsi üçün kömək etməyə davam edəcəyini ifadə edir.
Paylaş :
  • 0
  • 6 августа 2011, 17:30
  • Weboxu
  • 2

İnternet →  Yahoo, Hulu üçün 2 milyard dollar təklif edir


Bir vaxtların ən populyar saytı Yahoo gedərək öz mövqeyini itirir. 2-ci rübün hesabatında da, bu özünü göstərdi və Yahoo rübü ziyanla bağladığını açıqlamışdı. Ancaq bu mənfi xəbərlərə baxmayaraq Yahoo-nun yeni bir satınalma etmək istədiyi deyilir
Texnologiya bloglarında Google və Microsoftunda almaq istədiyi deyilən Hulu-nun sahibi olmaq istəyən növbəti şirkət deyilənə görə Yahoo-dur. Yahoonun, Hulunun sahiblərinə (Disney, News Corporation, Comcast ve özəl sərmayə şirkəti) etdiyi təklif isə 2 milyard dollardır. Ancaq bir şərtlə: 4 və ya 5 il boyunca televiziya proqramlarına və köhnə filmlərə yalnız Hulunun icazəsi olacaq və bunların yayım haqqlarına sahib olacaq. Bloomberg isə yayımladığı xəbərdə Hulunun indiki sahiblərinin satın alacaq firmaya 5 illik icazə və yalnız 2 illik yayım haqqı verə biləcəyini qeyd edib.
Başqa bir maraqlı cəhət isə Hulu-nun adının məhz Yahoo ilə bir çəkilməsidir. Çünki Yahoo qısa müddət əvvəl xərclərinin çoxluğuna və şirkətin gələcək siyasəti ilə uyğunlaşmadığına görə video xidmətini dayandırdı. Yenidən isə video ilə əlaqəli bir servisə maraq göstərirlər. 
Paylaş :
  • +1
  • 21 июля 2011, 16:50
  • Weboxu
  • 2

Təhlil →  Sona çatan trend - portal


Mənim üçün artıq portal erası rəsmi şəkildə bitdi deyə bilərəm.
Uzun müddətdir internet portal kimi fəaliyyət göstərən saytımız xazar.com-u da bağladıq. Bu haqda şəxsi fikirləri, şəxsi blogumda yazdım.
Qısa deyim ki, saytın sadəcə 4 bölməsi fəaliyyətini davam etdirəcək. Səbəbləri filan barədə də ətraflı qeyd eləmişəm.
Mənim üçün niyə portal öldü?

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 18 июня 2011, 01:39
  • Shaig
  • 7

İnternet →  SEO üçün Schema


Bing, Google və Yahoo Schema.org adlı internet platforması üçün birlikdə çalışacaqlarını elan etdilər. İnternet saytı sahiblərinin və veb developerlərinin, saytlarının axtarış mühərriklərində necə göründüyünü görə bilmələrini təmin edəcək olan bu platforma olduqca faydalı olacaq kimi görünür.

Platformanın yaradılmasında məqsəd axtarış motorları üçün standardlar yaratmaq. Bununla da developerlər hər axtarış motoru üçün fərqli SEO optimizasiyaları etmək əvəzinə gələcəkdə bu standardlardan istifadə edərək vahid optimizasiyalar edəcəklər.
Paylaş :
  • 0
  • 3 июня 2011, 23:13
  • Weboxu
  • 1

İnternet →  Delicious-u Youtube qurucuları, Yahoo-dan aldı


Sosial əlfəcin (bookmark), qısayol saxlama və paylaşma platforması Delicious-un gələcəyi artıq naməlum deyil. 2003 sonunda qurulan, 2005-in son ayında Yahoo!-un satın aldığı sayt, artıq YouTube qurucuları Chad Hurley və Steve Chenin yeni qurduğu AVOS-un olacaq. Deyilənə görə satış 5 milyon dollara reallaşıb. Ancaq bu dəqiq məlumat deyil. Bu rəqəm Yahoo!-nun servisi almağına nisbətdə çox kiçik məbləğdir.

Yahoo! bu il bir neçə servisini bağlamaq qərarı almışdı və bunlar arasında Delicious da var idi. Sonradan servisi bağlamaq yerinə onu satmaq qərarına gəldilər.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Yahoo! Buzz 21 apreldə bağlanır


Daha bir internet servisi bağlanır. Google Video-nun bağlanacağı haqqında məlumat vermişdik. Növbəti isə Yahoo!-nun servisidir. Yahoo! Buzz bağlanır.

Yahoo! Buzz eynilə Digg kimi istifadəçilərin bəyəndikləri məzmunları paylaşdıqları və səs vermə ilə üst sıralara çıxardıqları sosial media saytlarından biri. Buzz-ın saytında olan xəbərə görə aprelin 21-də bağlanacaq.
Bu da Yahoo-nun bağlamağı qərara aldığı servislərdən biridir.
Yahoo bu gedişlə mail xidmətini də bağlamasa yaxşıdır.
Paylaş :

Mobil marketing →  Google mobil reklam bazarının 97%-nə sahibdi


Google, xüsusilə Android əsaslı cihazlardadakı app-larda qarşımıza çıxan pulsuz reklamlı versiya strategiyası ilə hədəfinə çatmış kimi görünür.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Yahoo! Delicious-u Satır

Beş il əvvəl Yahoo! tərəfindən satın alınan Delicious-un gələcəyi bu günlərdə çox qaranlıqdır. Belə desək daha doğru olar: Yahoo-nun bir çox servisinin gələcəyi kimi qaranlıqdır. Ötən həftələrdə Yahoo!-nun rəsmi blogundan edilən açıqlamada, Delicious-un bağlanılacağı deyilirdi. Mövzu ilə əlaqədar heç bir səbəb və detallı açıqlama edilməməsi Delicious-u istifadə edən və xüsusilə bütün arxivini Delicious-a yazan istifadəçiləri narahat etdi.

Delicious istifadəçilərinin Yahoo!-ya bu əməliyyatın səbəbi və sayta qeyd etdikləri məlumatların gələcəyinin nə olacağı ilə əlaqədar göndərdikləri maillərə yenə Yahoo!ın rəsmi blogundan cavab gəldi. Edilən şərhdə, mövzu ilə əlaqədar çox sayda e-poçt alındığını və buna görə də açıqlama etmə gərəyi hiss etdiklərini ifadə edən şirkət səlahiyyətliləri, Yahoo! ilə Deliciousun artıq strateji olaraq eyni nöqtədə olmamasına görə Deliciousun satılmasına qərar verildiyi bildirildi.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Yahoo balacalaşır


Yahoo, gəlirli olmayan və qrupun strategiyalarına uyğun gəlməyən məhsul qruplarını bağlayır.

Yahoo-nun kiçilmə planıyla əlaqədar xəbər, ABŞ-ın nüfuzlu iqtisadiyyat qəzetlərindən Wall Street Journalda yer aldı. Xəbərdə, Yahoo spikerinin, «karlı olmayan ya da qrupun strategiyalarına uyğun gəlməyən məhsul və xidmətləri sona çatdıracağıq» şəklindəki şərhinə yer verildi.

Yahoo-nun cəmi çalışan sayı 14 mina çatır. Keçən həftə Yahoo 600 nəfəri işdən çıxarmışdı; bunların hansı iş sahələrini əhatə etdiyinə açıqlıq gətirilmədi. Mütəxəssislər, Yahoo rəhbərliyinin qapısına kilid vurulacaq xidmətlərin hansıları olacağına hələ qərar vermədiyinə diqqət çəkir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 20 декабря 2010, 18:41
  • Weboxu
  • 9