İnternet → Yahoo, Hulu üçün 2 milyard dollar təklif edir

Bir vaxtların ən populyar saytı gedərək öz mövqeyini itirir. 2-ci rübün hesabatında da, bu özünü göstərdi və Yahoo rübü ziyanla bağladığını açıqlamışdı. Ancaq bu mənfi xəbərlərə baxmayaraq Yahoo-nun yeni bir satınalma etmək istədiyi .
Texnologiya bloglarında və unda almaq istədiyi deyilən -nun sahibi olmaq istəyən növbəti şirkət deyilənə görə Yahoo-dur. Yahoonun, Hulunun sahiblərinə (Disney, News Corporation, Comcast ve özəl sərmayə şirkəti) etdiyi təklif isə 2 milyard dollardır. Ancaq bir şərtlə: 4 və ya 5 il boyunca televiziya proqramlarına və köhnə filmlərə yalnız Hulunun icazəsi olacaq və bunların yayım haqqlarına sahib olacaq. Bloomberg isə yayımladığı xəbərdə Hulunun indiki sahiblərinin satın alacaq firmaya 5 illik icazə və yalnız 2 illik yayım haqqı verə biləcəyini qeyd edib.
Başqa bir maraqlı cəhət isə Hulu-nun adının məhz Yahoo ilə bir çəkilməsidir. Çünki Yahoo qısa müddət əvvəl xərclərinin çoxluğuna və şirkətin gələcək siyasəti ilə uyğunlaşmadığına görə video xidmətini dayandırdı. Yenidən isə video ilə əlaqəli bir servisə maraq göstərirlər.
- +1
- 21 июля 2011, 16:50
- 2
Təhlil → Azərbaycan üzrə ən çox istifadə olunan e-mail servislər [araşdırma, statistika]

Son vaxtlarda internetə qarşıma çıxan, dünya üçün və eləcə də Azərbaycan üçün müxtəlif statistikalarla qarşılaşdım, maraqlı bildiklərimizi də blogdan paylaşdıq. Axır bir neçə gün ərzində isə Facebook-un sosial inboxunu aktiv etməyi ilə demək olar ki, mail bazarında ən iddialı oyunçu oldu. Lakin iddialı demək, hələki lider demək deyil. Onun funksiyası ola bilər ancaq istifadəsinin nə dərəcədə yayılacağı bəlli deyil.
Bəs indi Azərbaycanda mail servislərinin istifadəsində kimlər irəlidədir? Bunun üçün sadə bir araşdırma elədim. Üzv sayı çox olan saytların qeydiyyat mailləri arasında hansı servisin üstünlük təşkil etdiyini yoxlamaq lazım idi. Bunun üçün müvafiq saytlardan bu barədə xahiş elədim və onlardan statistikanı aldım. Araşdırmaya kömək etdikləri üçün hər bir sayta təşəkkür edirəm.
( Ətraflı oxuyun )
- +4
- 1 февраля 2011, 20:59
- 27
İnternet → Yahoo balacalaşır

, gəlirli olmayan və qrupun strategiyalarına uyğun gəlməyən məhsul qruplarını bağlayır.
Yahoo-nun kiçilmə planıyla əlaqədar xəbər, ABŞ-ın nüfuzlu iqtisadiyyat qəzetlərindən Wall Street Journalda yer aldı. Xəbərdə, Yahoo spikerinin, «karlı olmayan ya da qrupun strategiyalarına uyğun gəlməyən məhsul və xidmətləri sona çatdıracağıq» şəklindəki şərhinə yer verildi.
Yahoo-nun cəmi çalışan sayı 14 mina çatır. Keçən həftə Yahoo 600 nəfəri işdən çıxarmışdı; bunların hansı iş sahələrini əhatə etdiyinə açıqlıq gətirilmədi. Mütəxəssislər, Yahoo rəhbərliyinin qapısına kilid vurulacaq xidmətlərin hansıları olacağına hələ qərar vermədiyinə diqqət çəkir.
( Ətraflı oxuyun )
- +3
- 20 декабря 2010, 18:41
- 9
Blog: sESo → Aznet...Saytlarımızın “əhatə dairəsi” nə qədər genişdir?

Saytlarımızın istifadəçilərə nə dərəcə də təsir göstərirlər?
Salam.Weboxu blogunu hər gün izləyirəm,hər postu maraqla oxuyuram.Qərara gəldim ki, məndə bir post yazım.Yaralı yerimiz olan yerli saytlardan danışmaq istəyirəm.Bu yaxında qwerty blogunda yerli popsa saytlarımız haqqında maraqlı yazını oxudum.Yazı bizim aznet-də çox sayda istifadəçi toplamış əyləncə saytlarına həsr olunmuşdu.Bəli belə saytlar gənclərimizin zövqünün formalaşmasında böyük rol oynayır.Nəzərə alaq ki, bu saytların istifadəçilərinin 90-95% — ni gənclər təşkil edir.Amma çox təəssüf ki, bu cür saytlarımız DLE sisteminin məhdud funksiyalarından istifadə edir.Eləcə də xəbərlər haqqında da yaxşı fikirlər söyləmək çətindir.Eksklüziv mp3,şəkillər və s.Elə bu məntiqlə də bütün belə saytlarımız fəaliyyət göstərir və saylarıda günü gündən artmaqda davam edir.Ucuz,asan quraşdırma və hazır şablon...Təsəvvür edin msn.com-da son xəbər başlığı "Əziz istifadəçilərimiz üçün super avatarlar! Dünyanın yek saytı msn.com-da! :)" ...Nə isə mövzuya qayıdaq.Düzdür aznet istifadəçilərinin əksəriyyəti əyləncəli xəbərlər tələb edir.Və bu saytlarımızda bunu nəzərə alırlar.Amma mən düşünürəm ki. aznet istifadəçilərinin indiki zamanda belə əyləncəyə meyilli olmalarında da elə qeyd etdiyim bu saytların rolu böyük olub.Mən çox istərdim ki, belə çox sayda istifadəçiyə sahib olan saytlarımız (mix.az,big.az və s.) yeni layihələrə başlasınlar.İstifadəçilərimizin internet saytları,onların məzmunu barədə fikirlərini daha doğru və səmərəli yöndə inkişafına nail olsunlar.Məncə aznetin inkişafında buna ehtiyac var.
( Ətraflı oxuyun )
- 0
- 8 апреля 2010, 16:18
- 20
İnternet → Yahoo! Foursquare’i almaq istəyir

Nəsə son zamanlarda satın alma xəbərləri çoxalmağa başlayıb. Hər kəs movqeyini yaxşı təyin etmək istəyir deyəsən. Son zamanlarda işləri düz gətirməyən Yahoo isə deyəsən özünə nəsə bir şey fikirləşmək istəyindədir. Satın almaq qərarlarında gecikən Yahoo bu dəfə irəli düşmək istəyir. Ona görə location əsaslı servis olan ’i satın almaq istəyir xəbərləri gəzməyə başlayıbdı. Xəbəri Silicon Valley Insider .
Yahoo indiyə qədər bu satın alma məsələsində hər zaman gecikir. Məsələn Flickri 2005′də 35 milyon dollara satın alan Yahoo!, bununla ağıllı addım atsa da sonrakı dövrlərdə susqun olmuşdu. Hətta Flick üçün xidmət verən Picnik`i almaqda da gecikən Yahoo`nu Google qabaqlamışdı. Bu dəfə deyəsən Yahoo gecikməmək üçün Foursquare’i heç 1 milyon useri olmamış almaq istəyir. Düzdü hələki təklif etməyib. Anacaq təklif etsə inanmıramki satmasınlar. Təqribi bir ildirki sayt açılıbdı. Bir ilə 100 milyonluq sayt olmaq yaxşıdır. Təbii ki saytın dəyəri bundan aşağıdır. Sadəcə Yahoo gələcək üçün almaq istəyir. Həm də Google`un bu il bir çox servisi almaq niyətidə var. Hər an Google bu saytı ala bilər. Görək indi Yahoo təklif edəcək ya yox, Foursquare saytı satacaq ya yox…
- 0
- 7 апреля 2010, 22:19
- şərh yaz
İnternet → İnternet bağlantısında problemlər - bəzi saytlar problemli açılır

Son 1 ayda internet bağlantısından yana üzümüz gülmür. Ofisdəki internet dəndir və ara-sıra kəsilmələr ilə lap bezdirir. Evdə isə dir. Son zamanlara qədər elədə çox problem yaşamırdıq. Hərdən nəsə nasazlıq olurdu. Ancaq son zamanlar burada da tez-tez internet kəsintiləri olmağa başlayıbdı. Son 2 gündə isə lap qəribə problemlər olur. Bəzi saytların açılmağı günün müəyyən periodlarında açılmır. Məsələn , , kimi saytlara gah daxil olmaq mümkün olur, gah da heç açılmır. (php.net Yahoo serverlərində olduğundan eyni problem yaşanır) Sosial platformalar, Facebook və Twitter`də gördüyüm qədəri ilə Yahoo`ya daxil ola bilənlər isə e-mail`ə daxil olmaqda çətinlik çəkirlər. Mən də həmçinin yoxladım, həqiqətən çətin oldu. Ajax`la olan formasına daxil olmaq mümkün olmadı ancaq classic Yahoo mail açıldı.
Digər bir problem də Facebook`un bəzi provayderlərdə zəif işləməsidir. Bu zəifliyə görə də Facebook API`sindən istifadə etmiş saytlarında açılmağı ləngiyir. Məsələn Weboxu`da Facebookda edilən paylaşımların sayını göstərmək üçün API`dən istifadə etmişik deyə, Facebook`u zəif açan provayderlərdə Weboxu`nun açılmağında da ləngimə olur.
Başqa kim, hansı saytların açılmağında problemlərlə üzləşibdisə bölüşsə maraqlı olardı.
- 0
- 7 марта 2010, 21:45
- 39



