Texnologiya →  Bakıda İnnovasiyalar Günü keçirildi

Press-reliz: Forum çərçivəsində «Xalq Kompüter» layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma imzalandı.
30 iyun, Bakı — 30 iyun tarixində Hyatt Regency mehmanxanasının “Quba” zalında Azərbaycanda rəqəmli bərabərsizliyin aradan qaldırılması və müxtəlif əhali qruplarının informasiya ilə təmin olunması üçün dövlət və özəl təşəbbüslərin əməkdaşlığı məsələsinə həsr olunmuş İnnovasiyalar Günü keçirildi. İnnovasiyalar Günü Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Microsoft Azərbaycan tərəfindən HP, Bestcomp və Ultra şirkətlərinin dəstəyilə keçirilmişdir.



( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  ULTRA şirkəti "Xalq Kompüteri" layihəsinə dəstək verəcək!

Press reliz: Ölkənin İnformasiya Texnologiyaları və inteqrasiya həllərinin tətbiqi üzrə fəal çalışan ULTRA şirkəti artıq “Xalq kompüteri” layihəsinə də dəstək verəcək. Beləki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə olaraq həyata keçirdikləri «Xalq kompüteri» layihəsinin ölkədə daha da kütləviləşməsi və verilən kompüterlərin imkanlarının daha da artırılması üçün ULTRA şirkəti proqram çərçivəsində təqdim olunan kompüterləri Microsoft Korporasiyasının bu proqram üçün xüsusi imtiyazlı lisenziyalı proqram təminatları ilə təchiz edəcəkdir.

Layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompüterlər və lisenziyalı proqramları güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Bakıda "İnnovasiyalar Günü" keçiriləcək


Press-reliz: 30 iyun tarixində Bakıda informasiya–kommunikasiya texnologiyalarının inkişafına həsr olunmuş İnnovasiyalar Günü keçiriləcək. İnnovasiyalar Günü HP,Bestcomp və Ultra şirkətlərinin dəstəyilə Microsoft Azərbaycan şirkəti, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçiriləcək.

Forumun əsas mövzusu: Azərbaycanda rəqəmli bərabərsizliyin aradan qaldırılması və müxtəlif əhali qruplarının informasiya ilə təmin olunması üçün dövlətin səyləri və özəl təşəbbüslər.

İnnovasiyalar Günü ərzində «Xalq Kompüter» layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma da imzalanacaq. Layihənin yeni mərhələsi Microsoft Azərbaycan, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP, həmçinin Ultra və Bestcomp şirkətlərinin iştirakılə reallaşdırılacaq.
Paylaş :
  • 0
  • 24 июня 2010, 11:45
  • Weboxu
  • 1